Məhkəmə qərarları › İş №e-2(004)-2071/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2071/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2071/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmri ilə xx.xx.1961-ci il tarixdə Şəki şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan borclu Cavabdeh kreditor İddiaçı xeyrinə 548,80 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmri ilə borclunun ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, fərdi sahibkar İddiaçı xx.xx.2019-cu il tarixli 16505 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 55 manat ödənilməsi şərti ilə 658,80 manat dəyəri olan 1 ədəd “Samsung SM” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 55 manat ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Cavabdehin hazırda ödənilməmiş qalan borcu 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu təşkil edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddiatəmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli 16505 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 55 manat ödənilməsi şərti ilə 658,80 manat dəyəri olan 1 ədəd “Samsung SM” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı mobil telefonun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alınmış “Samsung SM” mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu olmaqla, cəmi 548,80 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 16505 nömrəli alqı-satqı və öhdəlik müqaviləsinə əsasən aldığı “Samsung SM” markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu, o cümlədən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 568,80 manat pul tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 16505 nömrəli alqı-satqı və öhdəlik müqaviləsinə əsasən aldığı “Samsung SM” markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu, o cümlədən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 568,80 (beş yüz altmış səkkiz manat səksən qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar