Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2071/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi kimi 5508 manat, dərman vasitələrinin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 500 manat, əmək fəaliyyətinin davam etdirilməməsi səbəbindən məhrum olunumuş 1000 manat vəsaitin, hüquqi yardım üçün vəkil ödənilmiş 600 manat məbləğinin, habelə ödənilmiş 96,08 manat dövlət rüsumu olmaqla ümumilikdə 7704,08 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun istifadəsində olan “Nıssan Sunny” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində, saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Qala Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində İddiaçı mülkiyyətində olan “VAZ 2107” minik markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmuş, eyni zamanda İddiaçı sağlamlığına xəsarət yetirilmişdir. Xəsarətin dərəcəsi az ağır kimi xarakterizə olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə araşdırmalar aparılmış və araşdırma nəticəsində ilkin olaraq xx.xx.2021-ci il tarixndə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, həmin qərardan edilmiş şikayət əsasında qərar ləğv edilmiş və iş araşdırılması üçün aidiyyəti üzrə yenidən Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmışdır. Aparılmış araşdırımalar nəticəsində xx.xx.2022-ci il tarixndə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Sabunçu rayon Polis İdarəsində ********* saylı cinayət işi başlanılmışdır. Qərar qəbul edildikdən və müvafiq qaydada araşdırmalar aparıldıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olaraq 02 fevral 2023-cü il tarixndə ittiham aktı tərtib edilmiş və hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)- 367/2023 saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarın 9.1-ci bəndi tətbiq edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 85 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş mülki iddianın baxılmmamış saxlanılması və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət emək hüququnun izzah edilməsi qərara alınmışdır. Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi sahibkar kimi fəaliyyət göstərən X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən müəyyən olunmuşdur ki, 2006-ci il buraxılışlı, ağ rəngli, **-NR-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı nəqliyyat vasitəsinə 3158 manat məbləğində zərər vurulmuş, işçilik xərci isə 2350 manat olmaqla ümumilikdə 5508 manat məbləğində xərc yaranmışdır. Akta əsasən İddiaçı mülkiyyətində olan **-NR-*** dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı, ağ rəngli “VAZ 21074” minik markalı nəqliyyat vasitəsinin ön kapot, ön sol qanad, ön sol bakavin, balka, ön sol və sağ alt haça, ön sol və sağ üst haça, ön sol amarzator, ön bamper, ön sol fara, setka, ön patpers, dam, ön sol qapı, şit, ön sol oturacaq, rulavoy, sükan, rulavoyun oxu, ötürücü qutu, su radiatroru, ön sol disk, ön sol təkər, ön alt panel, kardan, çılok, most, vazdoxamer, injektor balonu, sol yan karniz və setka, antifirist, sinəlik, ön kapotun zamoku, tormoz vakumu, akumlyator, idarəedici qol və ön sol safa hissələr zərər görümüş və həmin hissələrin dəyişdirilməsi üçün zəruri olan məbləğ ayrıca qeyd edilmişdir. İşçilik xərci kimi isə dəmirçi 700 manat, rəngzas 800 manat, armatur 300 manat, elektrik 150 manat, çilingər 350 manat və evakutor 50 manat olmaqla 2350 manat məbləğində müəyyən edilmişdir. Nəqliyyat vasitəsi hazırda duracaqdadır və həmin duracaqda saxlanılması üçün də hər gün üçün vəsait hesablanır. AR Daxili İşlər Nazirliyi BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD № 280069 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən bəlli olur ki, **-NR-*** dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı, ağ rəngli “VAZ 21074” minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ərazi X3 “X8” tərəfindən verilmiş X1 bəlli olur ki, İddiaçı xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mərkəzə daxil olmuş və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixində Mərkəzdə stasionar müayinədə olmuşdur. xx.xx.2023-cü il ittiham aktından bəlli olur ki, Cavabdeh bildirimişdir ki, xx.xx.2021-ci il tarixində saat təxminən 08:30 radələrində idarə etdiyi “Nıssan Sunny” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ramana qəsəbəsində qəbirstanlıq istiqamətində 50-55 km saatda edən zaman “Al” marketin qarşısında olan zaman fikirli olmuş və qarşıdan gələn “VAZ 2107” markalı avtomobilin gəlməsinə fikir verməmiş və hadisə baş vermişdir. Hadisə nəticəsində zərərçəkmiş kimi xx.xx.1989-cu il təvəllüdlü İddiaçı tanınmış və hadisə zamanı onun sağlamlığına az ağır zərər vurulmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-367/2023 saylı qərarında zərərçəkmiş şəxs kimi İddiaçı tərəfindən mülki iddia ərizəsinin verilməsi əks olunmuş, lakin cinayət təqibinə qanunvericlikdən irəli gələrək xitam verildiyindən məhkəmə istintqanının keçirilmədən mülki iddiaya qiymət verilməsinin mümkünsüzlüyü əks olunmuş və mülki iddia baxılmamış saxlanılmışdır. Baş vermiş hadisə ilə əlaqədar nəqliyyat vasitəsinin və hadisə yerinin fotoşəkillər çəkilmiş və videolentlə qeydiyyat aparılmışdır. İddiaçı hadisə baş verən zaman yuyucu və avtoyuyucu vəzifələrində çalımış, hadisə baş verdikdən sonra isə xəsarət aldığından 4 ay müddətinə işə çıxa bilməmiş və əmək haqqısının tam almaq imkanından məhrum olmuşdur. Həmin tarixdə iddiaçının əmək haqqı məbləği 250 manat olduğundan və işə çıxmama 4 ay müddəti əhatə etdiyindən iddiaçının məhrum olduğu əmək haqqının məbləği 1000 manat təşkil edir. Bundan əlavə hadisə baş verdikdən sonra, habelə istintaq dövründə cavabdeh tərəfindən iddiaçıya heç bir maddi yardım göstərilmiş, müalicəsi üçün zəruri olan bütün dərman vasitələri və digər ödənişlər iddiaçının özü tərəfindən ödənilmişdir ki, hazırki mərhələdə iddiaçı tərəfindən tələb edilən məbləğin ümumi həcmi 500 manat təşkil edir. Belə ki, hadisə baş verdikdən sonra cavabdeh hadisə yerini tərk etmiş, iddiaçı isə ətrafdaki insanların köməyi və hadisə yerinə gəlmiş təcili-tibbi yardım vasitəsilə xəstəxanaya aparılmışdır. İttiham aktı tərtib edilib məhkəməyə göndərilən zaman iddiaçı tərəfindən mülki iddia məhkəməyə təqdim edilmiş və buna uyğun olaraq "xxxx" ASC-nin Bakıxanov filialı vasitəsilə xx.xx.2023-cü il tarixində ********** №-li qəbzlə 92 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Lakin məhkəmə tərəfindən cinayət təqibinə xitam verildiyindən və mülki iddiaya baxılmadığından hazırki iş üzrə ayrıca Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu ödənilməmişdir. xx.xx.2023-cü il tarixli 21638 №-li qəbzdən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi məqsədi ilə 600 manat məbləğində vəsaiti “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına mədaxil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, ekspertiza rəyində göstərilən məbləği ödəməyə razıdır, qalan məbləğə etiraz edir və hissə-hissə ödəməyə imkanı çatır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtomobillərin texniki xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3158 manat ehtiyat hissələri və 2350 manat işçilik olmaqla, cəmi 5508 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-367/2023 saylı qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilməklə barəsində Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh oğlu “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Qala Ramana qəsəbəsi istiqamətində saatda 50-55 km sürətlə hərəkətdə olarkən «X6» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz tərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə, riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib yol hərəkət qaydalarını pozaraq yolun əks hərəkət zolağına çıxaraq ehtiyatsızlıqdan İddiaçı idarə etdiyi “VAZ 2107” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun sağ diz qapağının yerinin dəyişən, qapalı sınığı, sol bazu, sol said, sol dirsək və diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan İddiaçı sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2071/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3599 nömrəli ekspert rəyi 06 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3599 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il buraxılışlı “VAZ 2107” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 3850 manat müəyyən edilir. İş materiallarında olan 21638 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 600 manat vəkil xərci Mirzəyev və Partnyorları Vəkil Bürosuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh onun istifadəsində olan “Nıssan Sunny” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində, saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Qala Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində İddiaçı mülkiyyətində olan “VAZ 2107” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmuş, eyni zamanda İddiaçı sağlamlığına xəsarət yetirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-367/2023 saylı qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilməklə barəsində Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3599 nömrəli ekspert rəyinə əsasən 2006-cı il buraxılışlı “VAZ 2107” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 3850 manat müəyyən edilmişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi kimi 5508 manat ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus **-NR-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 5508 manat olduğunu bildirsə də, avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 3850 manat müəyyən edilmişdir, Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən tələb olunan dərman vasitələrinin alınması üçün çəkilmiş xərcin əvəzi və əmək fəaliyyətinin davam etdirilməməsi səbəbindən məhrum olunmuş vəsaitin ödənilməsi hissəsində sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Bunlardan başqa, İddiaçı tərəfindən vəkil xərci olaraq Mirzəyev və Partnyorları Vəkil Bürosuna ödənilmiş 600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh 3850 manat maddi ziyanın əvəzinin, 600 manat vəkil xərci və dövlət rüsumu üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat maddi ziyanın əvəzinin, 600 (altı yüz) manat vəkil xərci və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2071/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2071/2023
31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver