Məhkəmə qərarları › İş №e-2(004)-208/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-208/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-208/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, L-BK-0060790-F saylı Kredit müqaviləsi və BK-00027984saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 2042,02 (iki min qırx iki manat iki qəpik) manat, cərimə borcu üzrə 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 204,13 (iki yüz dörd manat on üç qəpik) manat olmaqla, ümumulikdə 9103,30 (doqquz min bir yüz üç manat otuz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli L- BK-0060790-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.17%, illik 26 % olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00027984 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1576,21 (bir min yeddi yüz yetmiş altı manat iyirmi bir qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1502,08 (bir min beş yüz iki manat səkkiz qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 366,71 (üç yüz altmış altı manat yetmiş bir qəpik) manat olmaqla ümumilikdə 3445 (üç min dörd yüz qırx beş) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh2 ödənilməmiş 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat əsas məbləğ üzrə, 2042,02 (iki min qırx iki manat iki qəpik) manat məbləğində faiz və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-BK-0060790-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 204,13 (iki yüz dörd manat on üç qəpik) manat təşkil edir Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 24 ay müddətinə, aylıq 2.17%, illik 26 % olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BK-00027984 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 2042,02 (iki min qırx iki manat iki qəpik) manat, cərimə borcu üzrə 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 204,13 (iki yüz dörd manat on üç qəpik) manat olmaqla, ümumulikdə 9103,30 (doqquz min bir yüz üç manat otuz qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7602 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 6175,95 manat, faiz borcu isə 421,87 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 445.7 (faiz borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zamin Cavabdeh1 “Borcverən” Bank olmayan kredit təşkilatı "xxxx" MMC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşlar. Nəticə etibarilə, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 445.7 (faiz borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli L-BK-0060790-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.17%, illik 26 % olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK- 00027984 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, ödənişləri həyata keçirtməmiş və nəticədə ödənilməmiş 6175,95 (altı min yüz yetmiş beş manat doxsan beş qəpik) manat manat əsas borc, 421,87 (dörd yüz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat məbləğində cərimə borcu, 204,13 (iki yüz dörd manat on üç qəpik) manat gecikdirilmiş vaxta görə faiz borcu olmaqla ümumilikdə 7235,31 (yeddi min iki yüz otuz beş manat otuz bir qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin tam təmin edilməsi istiqamətində sübutetmə yükünü həyata keçirtməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə əsasən (müvafiq 3 ulduzlu qərar) kredit müqavilələri üzrə banklar (maliyyə təşkilatları) tərəfindən tərtib edilmiş maliyyə arayışları birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edilmiş sənədlər olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Həmin sənədlərin mübahisəsiz qaydada qəbul edilməsi istinna olunur. Müvafiq maliyyə arayışı üzrə qeyd edilən borcun hesablanma əsaslarının və əsaslılığının sübut edilməsi yükü iddiaçı tərəfin üzərinə düşür. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 112 manat məhkəmə xərcinin 92 (doxsan iki) manat hissəsi də cavabdehlərə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6175,95 (altı min yüz yetmiş beş manat doxsan beş qəpik) manat əsas borc, 421,87 (dörd yüz iyirmi bir manat səksən yeddi qəpik) manat faiz borcu və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat cərimə borcu, 204,13 (iki yüz dörd manat on üç qəpik) manat gecikdirilmiş vaxta görə faiz borcu olmaqla ümumilikdə 7235,31 (yeddi min iki yüz otuz beş manat otuz bir qəpik) manat məbləğində borc və ödənilmiş 112 manat dövlət rüsumunun 92 (doxsan iki) manat hissəsi alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6175,95 (altı min yüz yetmiş beş manat doxsan beş qəpik) manat əsas borc, 421,87 (dörd yüz iyirmi bir manat səksən yeddi qəpik) manat faiz borcu və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat cərimə borcu, 204,13 (iki yüz dörd manat on üç qəpik) manat gecikdirilmiş vaxta görə faiz borcu olmaqla ümumilikdə 7235,31 (yeddi min iki yüz otuz beş manat otuz bir qəpik) manat məbləğində borc və ödənilmiş 112 manat dövlət rüsumunun 92 (doxsan iki) manat hissəsi alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar