Məhkəmə qərarları › İş №e-2(004)-2082/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2082/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2082/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə 14685,84 manat əsas, 2526,62 manat faiz, 6,4 manat cərimə borcu olmaqla, cəmi 17218,86 manat borc və ödənilmiş 142 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il, ban nömrəsi TMAJ3813DJJ624489 olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə 14685,84 manat əsas, 2526,62 manat faiz, 6,4 manat cərimə borcu olmaqla, cəmi 17218,86 manat borc və ödənilmiş 142 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il, ban nömrəsi TMAJ3813DJJ624489 olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC 26.04.2022-ci il tarixdə ərizə göndərək 26.04.2022-ci il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış YSAVT-0200 saylı, 02.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən illik 19 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 31140 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı zaminlik müqaviləsi bağlanılmışdır. YSAVT-0200 saylı, 02.11.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi TMAJ3813DJJ624489 olan, **-HV-*** qeydiyyat nişanlı, “Hyundai Tucson” minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borca görə 14685,84 manat, faiz borcuna görə 2526,62 manat, cərimə borcuna görə 6,4 manat olmaqla, cəmi 17218,86 manat pul təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 19% ödəmək şərtilə 31140 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il olan nişanlı nəqliyyat vasitəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan AA 138690 nömrəli, 02.11.2018-ci il tarixli çıxarışa əsasən 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 02.11.2018-ci il tarixdə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 04.02.2022-ci il tarixli, RB-02/PK-845 saylı maliyyə arayışına əsasən Cavabdeh1 02.11.2018-ci il tarixli, YSAVT- 0200 saylı kredit müqaviləsi üzrə 01.02.2022-ci il tarixə 14685,84 manat əsas, 2526,62 manat faiz, 6,4 manat cərimə borcu olmaqla, cəmi 17218,86 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 02.11.2018-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə yaranmış borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan borc ipoteka ilə yüklü edilmiş “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməlidir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsin, girov saxlayanın tələblərinin ödənilməsinə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün və ya daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə yönəldilir və ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 142 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə 14685,84 manat əsas, 2526,62 manat faiz, 6,4 manat cərimə borcu olmaqla, cəmi 17218,86 manat borc və ödənilmiş 142 manat dövlət rüsumunun tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il, ban nömrəsi TMAJ3813DJJ624489 olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına borc ödənilməli, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə 14685,84 manat əsas, 2526,62 manat faiz, 6,4 manat cərimə borcu olmaqla, cəmi 17218,86 (on yeddi min iki yüz on səkkiz manat səksən altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 142 (yüz qırx iki) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. 02.11.2018-ci il tarixli, YSAVT-0200 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş “Hyundai Tucson” minik markalı, qara rəngli, buraxılış ili 2018-ci il, ban nömrəsi TMAJ3813DJJ624489 olan, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar