Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2087/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas borcun qaytarılması, tələbin ipoteka predimetinə yönəldilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əsas borcun qaytarılması, tələbin ipoteka predimetinə yönəldilməsi”nə tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 22.548,21 manat, faiz borcuna görə 7351,01 manat, cərimə borcuna görə 7680 manat olmaqla, cəmi 37.579,22 manat və tələbin Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara rəngli, ban nömrəsi JTMZ43FVX0D502653 olan, **-TN-*** qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsinə, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh YSAVT-0229 saylı 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 37.579,22 manat və 202 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASCyə ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait qeyd olunan YSAVT-0229 saylı 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı baş kredit müqaviləsinə əsasən illik 19 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 38.400 manat məbləğində kredit verilmişdir. 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylıbaş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara rəngli, ban nömrəsi JTMZ43FVX0D502653 olan, **-TN-*** qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında YSAVT-0229 saylı 03.06.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. YSAVT-0229 saylı 03.06.2019-cu il tarixli baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzr hesablanmış dəbbə pulunu, faizləri, və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh X1 YSAVT-0229 saylı 03.06.2019-cu il tarixli baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 23.548,21 manat, faiz borcuna görə 6046,36 manat, cərimə borcuna görə 7680 manat olmaqla borcun cəmi məbləği 37.274,54 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, tələbin tam təmin edilələrək yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində göstərilən 22.500,21 manat əsas borc və 7351,01 manat faiz borcunu qəbul etdiyini, iddianı digər hissədə qəbul etmədiyini bildirdi və məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən cavabdehin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə illik 19 faiz olmaqla 38.400 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı ipoteka müqaviləsindən görünür ki, 03.06.2019-cu il tarixli, YSAVT- 0229 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş 2019-cu il buraxılışlı, qara rəngli, ban nömrəsi JTMZ43FVX0D502653 olan, **-TN-*** qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan 06.06.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı müqavilə üzrə 06.06.2022-ci il tarixə borcu əsas borc üzrə 22.548,21 manat, faiz borcu üzrə 7351,01 manat, cərimə borcu üzrə 7680 manat olmaqla, cəmi 37.579,22 manat təşkil edir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh baş kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi əsas borc və kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 7680 manat məbləğində deyil 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəlikləri 03.06.2019-cu il tarixli, YSAVT-0229 saylı İpoteka Müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş Cavabdeh məxsus 2019-cu il buraxılışlı, qara rəngli, ban nömrəsi JTMZ43FVX0D502653 olan, **-TN-*** qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 22.548,21 (iyirmi iki min beş yüz qırx səkkiz manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 7351,01 (yeddi min üç yüz əlli bir manat bir qəpik) manat, cərimə borcu 100 (yüz) manat olmaqla, cəmi 29.999.22 (iyirmi doqquz min doqquz yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat və 180 (yüz səksən) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan 2019cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban-JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilə yönəldilərək, açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 2019-cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban- JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, 2019-cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban-JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 22.548,21 (iyirmi iki min beş yüz qırx səkkiz manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 7351,01 (yeddi min üç yüz əlli bir manat bir qəpik) manat, cərimə borcu 100 (yüz) manat olmaqla, cəmi 29.999.22 (iyirmi doqquz min doqquz yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat və 180 (yüz səksən) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan 2019-cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban-JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilə yönəldilərək, açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 2019-cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban-JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. 2019-cu il buraxılışlı, **-TN-*** dövlət qeydiyyat nişanlı, ban-JTMZ43FVX0D502653, “TOYOTA RAV-4” minik markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2087/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2087/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver