Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2101/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və digər xərclərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və digər xərclərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 180 manat müəyyən edilmiş alimentin 500 manat miqdarında müəyyən edilməsi, X7 3 (üç) yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması, X5 tibbi xərclərinə çəkilmiş xərcin yarısı, 583,17 (beş yüz səksən üç manat on yeddi qəpik) manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 500 (beş yüz) manat pulun, mediasiya xərci kimi ödənilmiş 120 (yüz iyirmi) pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 1193,17 (min yüz doxsan üç manat on yeddi qəpik) manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4758/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay 180 manat sabit pul məbləğində alimentin, X7 üç yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir və qeyd olunan xüsusat işin mübahisəsiz halıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 276 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi xidmətlərin həyata keçirilməsi üçün 477 (dörd yüz yetmiş yeddi) manat və əlavə 20 (iyirmi) manat pul və 3 (üç) manat komissiya olmaqla ümumilikdə 500 (beş yüz) manat pul ödənilmişdir. ********** nömrəli qəbzə əsasən 500 (beş yüz) manat pulun hüquqi xidmətlərin həyata keçirilməsi üçün ödənilməsi müəyyən edilir. İş materiallarında olan Olimp Hospital tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il təvəllüdlü X5 əməliyyat və müayinə xərclərinə çəkilmiş ümumi məbləğ 1121,34 (min yüz iyirmi bir manat otuz dörd qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı əsasən müəyyən olunur ki, mediasiya prosedurasının həyata keçirilməsi üçün iddiaçı tərəfindən 60 (altmış) manat pul 2 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifə əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh təklif göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri rəhbər götürülməklə İddiaçı tərəfindən aliment məbləğinin 500 (beş yüz) manat məbləğində və uşağın üç yaşına çatanadək saxlanılması üçün 50 manat xərcin 100 manata artırılmasının hüquqi əsasları barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. Lakin, məhkəmə uşağın maraqları və xərcləri, iqtisadi şərtlər nəzərə alınmaqla aliment məbləğinin qismən artırılması, yəni 220 (iki yüz iyirmi) manat məbləğindən müəyyən edilməsini və uşağın 3 (üç) yaşına çatanadək saxlanılması üçün 50 manat xərcin qismən, yəni 10 manat artırılmaqla 60 (altmış) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, işin hallarının məhkəmənin öz təşəbbüsü ilə məhkəmə tərəfindən araşdırılması hakimin prosesdəki arbitr roluna ziddi olmaqla mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aid edilir. İş materiallarına əsasən İddiaçı tərəfindən hüquqi xidmətlərin həyata keçirilməsi üçün 500 (beş yüz) manat ödəməsi müəyyən edilir. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, mübahisə üzrə 2 (iki) dəfə mediasiya sessiyası həyata keçirilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, mediasiya xərcinin 50 (əlli) manat hissəsi və hüquqi yardımın həyata keçirilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul məbləğinin 200 (iki yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə azyaşlı uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 180 manat və X5 üç yaşına çatanadək hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmalı, X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində və 3 (üç) yaşına çatanadək 60 (altmış) manat sabit pul məbləğində aliment, X5 tibbi xərclərinə çəkilmiş xərcin yarısı, yəni 583,17 (beş yüz səksən üç manat on yeddi qəpik) manat pul, mediasiya xərcinin 50 (əlli) manat hissəsi və hüquqi xidmətlərin həyata keçirilməsi ödənilmiş məbləğin 200 (iki yüz) manat hissəsi, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və digər xərclərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 180 manat və X5 üç yaşına çatanadək hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği artırılsın. X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment və 3 (üç) yaşına çatanadək 60 (altmış) manat sabit pul məbləğində aliment, X5 tibbi xərclərinə çəkilmiş xərcin yarısı, yəni 583,17 (beş yüz səksən üç manat on yeddi qəpik) manat hissəsi, mediasiya xərcinin 50 (əlli) manat hissəsi, hüquqi xidmətlərin həyata keçirilməsi ödənilmiş məbləğin 200 (iki yüz) manat hissəsi və dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2101/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2101/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver