Məhkəmə qərarları › İş №e-2(004)-2113/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2113/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2113/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc verilmiş 600.000 (altı yüz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, borc verilmiş 600.000 (altı yüz min) ABŞ dolları üçün hesablanan faiz məbləği olan 102.000 (yüz iki min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 1386 (min üç yüz səksən altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 fevral 2020-ci il tarixdə İddiaçı və Cavabdeh arasında borc vəsaitinin verilməsi barədə akt (borc müqaviləsi) bağlanılmışdır. Həmin yazılı müqaviləyə əsasən Cavabdeh İddiaçı 600.000 (altı yüz min) ABŞ dolları almış və həmin borcun mövcudluğun təsdiqləmişdir. Həmin borc məbləği Cavabdeh tərəfindən onun özünə aid olan biznesin inkişafı üçün alınmışdır. Tərəflər arasında bağlanılmış yazılı (akt) akta əsasən Cavabdeh 2022-ci ilin müvafiq aylarına kimi götürdüyü 600.000 ABŞ dolları və ona hesablanacaq faiz məbləği olan 102.000 ABŞ dollarını İddiaçı geri ödəməlidir. Bağlanılmış yazılı borc (akt) müqaviləsinə əsasən, verilmiş borcun və ona hesablanan faiz məbləğinn ödənilməsi üçün Cavabdeh 28 yanvar 2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 7 gün müddət təyin edilmişdir. Lakin 20 gündən artıq bir müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı etirazını təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə, İddiaçı barəsində xüsusi qərardad çıxararaq Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin başlanması iddiaçının qeyd etdiyi kimi xx.xx.2020-ci ildə deyil xx.xx.2018-ci ildə başlamışdır. xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 240.000,0 ABŞ dolları, xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 60.000,0 ABŞ dolları, xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən isə 300.000,0 ABŞ dolları vəsaiti borc vermişdir. Həmin tarixdən bugünədək Cavabdeh iddaçı İddiaçı ümumilikdə 1359520,0 manat (bir milyon üz yüz əlli doqquz min beş yüz iyirmi) yəni 799717,64 ABŞ (yeddi yüz doxsan doqquz min yeddi yüz on yeddi ABŞ dolları 64 sent) dolları, o cümlədən 401823,52 (dörd yüz bir min səkkiz yüz iyirmi üç ABŞ dolları 52 sent) xx.xx.2020-ci il tarixli aktdan sonra pul ödəmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh iddiaçıdan aldığı 600.000,0 ABŞ dolları müqabilində ona 799717,64 ABŞ dolları, yəni 199.717,0 ABŞ dolları əlavə faiz ödəmişdir. İddiaçının iddiasının əsassız olmasının digər bir səbəbi isə iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli akt bağlanılan zaman iddiaçı Elmar Məmmdov tərəfindən Cavabdeh bir manat və ya bir ABŞ dolları da pul verilməməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Hüquqlarını müdafiə etdiyi şəxs iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli akt bağlandıqdan sonra 401823,52 (dörd yüz bir min səkkiz yüz iyirmi üç ABŞ dolları 52 sent) ödədiyi halda iddiaçı vicdanlılığın tələb etdiyi tərzdə davranmayaraq aktda göstərilən əsas və faiz məbləğini tam tələb etmişdir. Bu da onu göstərir ki, iddiaçı iddiası tamamilə əsassızdır. Hörmətli Məhkəmə iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçib sahibkarlıq fəaliyyəti göstərmir. Lakin qanunsuz olaraq faiz tələb edir. Belə olan halda iddiaçının barəsində qanunsuz sahibkarlıqdan əldə etdiyi vəsaitlər üzrə xüsusi qərardad çıxarılıb, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinə göndərilməsi üçün Baş Prokurorluğa xəbər verilməlidir. İddiaçı təkcə Cavabdeh ödədiyi fazilərdən 200000,0 ABŞ dolları məbləğində gəlir əldə etməsi öz təstiqini sənədlərlə tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma qanunsuz sahibkarlıq fəaliyyəti hesab edilir. İddiaçı cavabdehin ödədiyi faiz gəlirlərindən ümumilikdə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində külli miqdarda 339520,0 manat gəlir əldə etmişdir. Bu da Cinayət Məcəlləsinin tələblərinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, pulu cavabdehə o təklif etməmişmişdir. Pulu cavabdeh təhlükəsiz biznesə görə istəmiş, “pulu verin, qazanc verəcəyik” demişdir. Qazanılacaq təxminən 36%-i 50-50 olmaqla şərik kimi böləcəkdilər. Pulu vermiş, vaxtında pul gəldiyi üçün də verməyə davam etmişdir. Pandemiya başladıqdan sonra gəlir dayandı. İllərdir ki, pulu istəyir, amma cavabdeh vermir. VÖEN-i yoxdur, direktor deyil. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid onun yaxın dostu deyil, tanışıdır. Hesab edir ki, o, cavabdehlə iş görür. Şahid tərəfindən qəbzə imza edilməklə götürülən pullar ona çatmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şahidin məhkəmə iclasında bildirdikləri isə şifahi sözlərdir, yazılı sübutu yoxdur. Həmçinin cavabdehlə tabeçilik münasibətləri var. Bilir ki, işdən çıxarıla bilər. Şahidin iddia etdiyinə görə qəbzləri imzalayıb, amma pulun məbləğini bilməyib, həmçinin pulu dəqiq harada verməsini də deyə bilmədi. Həmçinin qeyd edir ki, iş üzrə hesablanmalı olan daiz ödənişinin hüquqi əsasınını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742-ci maddəsi təşkil edir və hesab edirik ki, həmin maddə maddi norma kimi Məhkəmə tərəfindən tətbiq edilməlidir, AR Mülki Məcəlləsinin 742-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Tərəflərin razılığı əsasında müəyyən edilən faiz ödənişləri borc müqaviləsinə əsasən borcverənə müqavilədə qeyd edilmiş müddətdə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, verilən pullar həmişə mədaxil qəbzində qeyd olunurdu. Aralarında bağlanmış aktda isə 2 sonrakı dövrün də faizləri hesablanmışdır. Lakin sonradan şirkət bağlanmış, maddi vəziyyəti çətinləşmiş, ona görə də gəlirlərindən verə bilməmişdir. Bu barədə iddiaçıya bildirmiş və vəziyyəti düzələcəyi təqdirdə ödəyəcəyini demişdir. Aralarında pulun məbləği barədə yazışmalar var. Şahid ilə biznes qurmayıblar. O, etibarlı adam olduğu üçün adı qeyd olunmuşdu. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh götürdüyü 600.000 ABŞ dolları vəsaitdən 872.000 manata yaxın vəsait qaytarılıb. Akt bağlandıqdan sonrakı dövrdə müəssisə bağlanaraq müflis vəziyyətə düşmüşdür. Tərəflər arasında əməkdaşlıq müəssinənin gəlirləri ilə bağlı olmuşdur. İddiaçı aktdan əlavə olaraq da cavabdehdən pul götürmüşdür. İddiaçı haqsızlığa yol verərək, cavabdeh tərəfindən qaytarılan pulları nəzərə almadan aktda qeyd olunan əsas məbləği və ona hesablanmış faizləri tam şəkildə cavabdehdən tələb edir. Göründüyü kimi iddia tələbi mülahizələrə əsaslanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 91.800 manat pulu qəbzə qol çəkərək özü şəxsən götürmüşdür. Çıxışında İddiaçı barəsində xüsusi qərardad çıxararaq Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, iddiaçını ümumi dostları vasitəsilə tanımışdır, münasibətləri yaxşıdır. Cavabdehi də tanıyır. Heç biri ilə düşmənçilik və ya ədavətləri yoxdur. Elmar dediyi üçün gedib Əhəddən pulu alıb Elmara vermişdir. Pulun məbləğini bilmir, çünki ona mühafizəçiyə yaxınlaşdıqda gedib kassadan götürməsini bildirmişlər və o da kassadan pulu götürmüş, məbləğindən isə məlumatı olmamışdır. Kassadan pulu götürəndə qəbzə qol çəkmişdir. Hadisənin dəqiq nə vaxt baş verməsini xatırlamır. İddiaçıdan eşitdiyinə görə Əhədin ona 600.000 ABŞ dolları borcu olmuşdur. O, Elmarın işi ilə əlaqədar Elmarı tanımışdır, onun üzünü görməyib. Pulu aldığı gün Elmara çatdırmışdır. Çekləri imzalasa da pulun məbləğini görməmişdir. Bir neçə dəfə pul alıbvermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şəhriyar Şirinovu, Syed Qvaisarı tanımır. Elmar onun qardaşı kimidir və ona etibar etmişdi, ona görə də gedib pulu götürürdü. Əhədlə isə danışmamışdır. Pulu götürəndə saymırdı. Aparıb pulu evinə yaxın bir yerdə Elmara verirdi. Elmar Nəsimi bazarının yanında yaşayırdı. Fərid Eynullayev onun yaxın dostudur. Birlikdə işləyirlər. O da cavabdehi tanıyır. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (borc verən) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli borc müqaviləsidən görünür ki, borclu 240.000 ABŞ dolları məbləğində borcu xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 881469 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 240.000 ABŞ dolları vəsait ödənilmişdir. İddiaçı (borc verən) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02 nömrəli borc borc müqaviləsidən görünür, borclu 60.000 ABŞ dolları məbləğində borcu xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 883549 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 60.000 ABŞ dolları vəsait ödənilmişdir. İddiaçı (borc verən) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04 nömrəli borc müqaviləsinə əsasən, borclu 300.000 ABŞ dolları məbləğində borcu xx.xx.2019cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 510.300 manat vəsait ödənilmişdir. İddiaçı (borc verən) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2020-ci il tarixli akta əsasən, borc verən 600.000 ABŞ dolları məbləğində pulu borcluya verməyi, borclu isə həmin məbləği faizi ilə (102.000 ABŞ dolları) birlikdə 8 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, F00050148 nömrəli, xx.xx.2018-ci il tarixli, F00050539 nömrəli, xx.xx.2018-ci il tarixli, F00057939 nömrəli, xx.xx.2019-cu il tarixli, F00073850 nömrəli, xx.xx.2019-cu il tarixli, F00080854 nömrəli, xx.xx.2019-cu il tarixli, F00090397 nömrəli, xx.xx.2019-cu il tarixli, F00102939 nömrəli, xx.xx.2019-cu il tarixli, F00152962 nömrəli, xx.xx.2019-cu il tarixli, F00167308 nömrəli və xx.xx.2020-ci il tarixli, F00178026 nömrəli kassa məxaric orderlərinin surətlərindən görünür ki, müvafiq olaraq 10.000 ABŞ dolları, 17.000 ABŞ dolları, 18.000 ABŞ dolları, 27.000 ABŞ dolları, 18.000 ABŞ dolları, 18.000 ABŞ dolları, 36.000 ABŞ dolları, 36.000 ABŞ dolları, 54.000 ABŞ dolları və 18.000 ABŞ dolları məbləğlərdə pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2018-ci il tarixli, F00057869 nömrəli və xx.xx.2018-ci il tarixli, F00066039 nömrəli kassa məxaric orderlərinin surətlərindən görünür ki, müvafiq olaraq 4.600 manat və 8.600 manat məbləğlərdə pul vəsaiti X3 tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2018-ci il tarixli, F00029677 nömrəli, xx.xx.2018-ci il tarixli, F00033561 nömrəli və xx.xx.2019-cu il tarixli, F00067336 nömrəli kassa məxaric orderlərinin surətlərindən görünür ki, müvafiq olaraq 45.000 manat, 100.000 manat və 56.000 manat məbləğlərdə pul vəsaiti Şahid tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2019-cu il tarixli, F00138757 nömrəli kassa məxaric orderindən görünür ki, 18.000 ABŞ dolları məbləğində pul vəsaiti Şəhriyar Şirinov tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2020-ci il tarixli, F00192772 nömrəli kassa məxaric orderindən görünür ki, 91.800 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2020-ci il tarixli, F00193306 nömrəli kassa məxaric orderindən görünür ki, 28.300 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2020-ci il tarixli, F00223726 nömrəli kassa məxaric orderindən görünür ki, 18.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2020-ci il tarixli, F00226333 nömrəli kassa məxaric orderindən görünür ki, 18.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2021-ci il tarixli, F00249171 nömrəli kassa məxaric orderindən görünür ki, 18.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2021-ci il tarixli, F00259149 nömrəli kassa məxaric orderindən görünür ki, 18.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2021-ci il tarixli, F00261431 nömrəli kassa məxaric orderindən görünür ki, 10.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir xx.xx.2021-ci il tarixli, F00261718 nömrəli kassa məxaric orderindən görünür ki, 13.600 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir xx.xx.2021-ci il tarixli, F00266637 nömrəli kassa məxaric orderindən görünür ki, 30.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2021-ci il tarixli, F00277717 nömrəli kassa məxaric orderindən görünür ki, 257.000 manat məbləğində pul vəsaiti Şahid tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir xx.xx.2021-ci il tarixli, F00285823 nömrəli kassa məxaric orderindən görünür ki, 20.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2022-ci il tarixli, F00297209 nömrəli kassa məxaric orderindən görünür ki, 3400 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2022-ci il tarixli, F00300823 nömrəli kassa məxaric orderindən görünür ki, 36.600 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2022-ci il tarixli, F00309274 nömrəli kassa məxaric orderindən görünür ki, 34.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş və bu barədə orderə imza etmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehə 702.000 ABŞ dolları borcun qaytarılması ilə bağlı xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır və əmək haqqı 2000 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmənin sorğusuna cavab olaraq 3-21-2-1/2-5115/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı və Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Eyni zamanda bildirilir ki, reyestrdə İddiaçı və Cavabdeh müxtəlif hüquqi şəxslərin rəhbəri və təsisçisi olması barədə məlumatlar mövcuddur. Sorğuda göstərilən şəxslərin təsisçi və rəhbəri olduğu hüquqi şəxslər barədə hazırlanmış məlumatlar məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci ilin iyun və dekabr aylarında ümumilikdə 600.000 ABŞ dolları məbləğində 3 borc müqaviləsi bağlanmışdır. Daha sonnra tərəflər arasında xx.xx.2020-ci il tarixli akta əsasən, borc verən İddiaçı 600.000 ABŞ dolları məbləğində pulu borclu Cavabdeh verməyi, borclu isə həmin məbləği faizi ilə (102.000 ABŞ dolları) birlikdə 8 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla, tərəflərin izahatları və şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, 2020ci ilin fevralında aylıq müəyyən qədər faiz müqabilində cavabdehə borca pul vermişdir. Belə ki, iş materiallarında olan 2018-ci il qəbzlərlə müəyyən edilmişdir ki, 2018-2020-ci illər üzrə (2020-ci il fevral ayının iyirmi üçünədək) İddiaçı ümumilikdə 648.000 ABŞ dolları və 232.300 manat pul ödənilib. 2020-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək isə 132.000 ABŞ dolları və 201.700 manat pul ödənilib. Odur ki, həmin məbləğlər qəbzlərdə öz əksini tapdığından və iddiaçı qəbzlərdə onun adından imzalanmaqla pul vəsaitlərini əldə etdiyini təsdiq etdiyindən, həmin məbləğlərdə pul vəsaitinin iddiaçı tərəfindən qəbul edilməsinin əlavə araşdırılmasına lüzum yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində İddiaçı istəyi əsasında gedib pulları cavabdehin şirkətindən alması, lakin götürdüyü pulun məbləğindən məlumatı olmaması, pulu aldığı gün Elmara çatdırmasını bildirsə də, iddiaçı həmin məbləğlərin şahid tərəfindən ona çatdırılmadığını və həmin pulu almadığını bildirmiş, şahidin ifadəsində bildirdikləri və onun tərəfindən alınmış məbləğlərin iddiaçıya çatdırılması işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qiymətləndirmir. Bundan başqa iş materiallarında olan Şəhriyar Şirinov və X3 tərəfindən imzalanmış qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin şəxslər tərəfindən alınan məbləğlərin iddiaçıya çatdırıldığını bildirsə də, bu halı sübut edə bilməmiş, iddiaçı da həmin məbləğləri almadığını qeyd etmişdir. X1 və X3 tərəfindən alınmış pul məbləğlərinin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, onlar tərəfindən imzalanmış qəbzlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli borc müqavilələrinə münasibətdə qeyd edir ki, 06 iyun 2018-ci il tarixdə 240.000 ABŞ dollar pulun xx.xx.2018-ci il tarixədək kimi ödənilməsi şərtilə verilməsinə baxmayaraq, həmin borc ödənilmədən 1 gün sonra təkrarən 60.000 ABŞ dolları borc pulun verilməsi, həmçinin xx.xx.2020-ci il tarixli akta əsasən, 600.000 ABŞ dolları məbləğində pulun faizi ilə birlikdə 8 ay müddətinə (xx.xx.2022-ci il tarixdən 10.11..2022-ci il tarixədək) borc verənə qaytarılması öhdəliyinin götürülməsi iddiaçının cavabdehə davamlı olaraq faizə pul verdiyini və bununla da əsassız olaraq varlanmağa çalışdığını göstərir. Bundan başqa məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməklə sahibkarlıq fəaliyyəti göstərmir. Lakin həm iddiaçı, həm də cavabdeh ayrı-ayrı müəssisələrdə direktor kimi fəaliyyət göstərir və qanuni təmsilçi kimi dövlət qeydiyyatından keçmişdirlər. Buna baxmayaraq iddiaçının cavabdehdən onun əldə etdiyi gəlirlər vasitəsilə əlavə qazanc əldə etməyə çalışması işin halları və şahid ifadəsi ilə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə borc pul verərək, ondan faiz tələb etməsi qanunsuz olmuşdur. Belə ki, iş materiallarında olan qəzlərdən müəyyən edilmişdir ki, cavabdehin 349.353 (üç yüz qırx doqquz min üç yüz əlli üç) ABŞ dolları məbləğində borcu qalmışdır, buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməli, lakin borca hesablanan faizin tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş iddiaçı barəsində xüsusi qərardad qəbul edilməsi məsələsinə münasibətdə hazırki iş üzrə İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması üçün xüsusi qərardad çıxarılmaqla bu barədə prokurora məlumat verilməli olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli xüsusi qərardadı ilə, İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair mülki iş üzrə İddiaçı əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılması və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Yasamal Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 349.353 (üç yüz qırx doqquz min üç yüz əlli üç) ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumunun 883 (səkkiz yüz səksən üç) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 349.353 (üç yüz qırx doqquz min üç yüz əlli üç) ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumunun 883 (səkkiz yüz səksən üç) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar