Məhkəmə qərarları › İş №e-2(004)-2118/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2118/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2118/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi və eyni zamanda vəkili Zümrüd Əliyevanın, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 14.08.2018-ci il tarixində AKX-0018084/08-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchizetmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchizedən qazxəttinin üzərində isə G-4T markalı qazsayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qazsayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 31.03.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci illinoktyabr-dekabr ayları üzrə 206 manat sərfiyyat borcu və limitdən əlavə 2,30 manat sərfiyyat borcu, 2021ci illin yanvar-dekabr ayları üzrə 806,70 manat sərfiyyat borcu və limitdən əlavə 31,10 manat sərfiyyat borcu, 2022-ci illin yanvar ayın üzrə 93,72 manat sərfiyyat borcu qalmışdır (206+2,30+806,70+31,10+93,72= 1139,82 manat). 2020-ci ilin oktyabr ayından 2022-ci ilinfevral ayına qədər cavabdeh cəmi 630,90 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 508,92 (beş yüz səkkiz manat 92 qəpik) manat borcu (debitor borc) da qalmışdır (1139,82-630,90=508,92 manat). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 724,92 (yeddi yüz iyirmi dörd manat 92 qəpik) manat təşkil etməkdədir (216+508,92=724,92). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 216 (iki yüz on altı) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 508,92 (beş yüzsəkkizmanat 92 qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 754,92 (yeddi yüz əlli dörd manat 92 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X2 şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və eyni zamanda vəkili Zümrüd Əliyeva iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bldirdi ki, cavabdeh tərəfindən sayğaca deyil, sayğacın iç çıxış borusunda korroziya müəyyən edilmişdir. Belə ki, sözü gedən boru paslanmış və korroziyaya uğramışdır. Hazırda bundan başqa cavabdehin qazdan istifadə nəticəsində yığılmış debitor borcu da, vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, 16.10.2020-ci ildə ona məxsus olan smart tipli sayğacı mexaniki tipli sayğacla əvəz edilmişdir. Bu birbaşa “Azəriqaz İB”-nin Bakı qaz satış departamentinin nümayəndələri: Şahin Hacıyev və Namiq Qasımovun iştirakı ilə həyata keçirilmişdir. Onlar sayğacın istismar müddətinin bitdiyini əsas göstərmişlər. Onlar şəxsən boruya və sayğaca vurulan blomba heç bir müdaxilə olmadığının şahidi olmuşlar. Çünki ana xəttdən sayğaca gələn boru birbaşa qaynaqlanmış və sayğaca vurulan blombu özləri tərəfindən açılmışdır. Hətta onlar yeni sayğacın qoyulmasında və köhnə sayğacın təhvil götürülməsində meteralogiya agentliyinin nümayəndəliyinin iştirakı ilə həyata keçirmişlər. Əgər onun smart tipli sayğacına müdaxilə olunsaydı bunu yerində və dərhal onun iştirakı ilə aşkar edib deyərlərdi. İkinci əsas kimi onu da deyə bilər ki, sayğaclar dəyişdirilməmişdən təxminən iki ay öncə boruların təmiri zamanı smart tipli sayğac açılıb metearologiya agentliyinin nümayəndəsinin yoxlanışı ilə yenidən yerinə qoyulmuşdur. Eyni zamanda bildirir ki, debitor borcunu hazırda birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, iddia tələbini cərimə hissəsində rədd edərək, debitor borcun tutulması hissəsində isə hissə-hissə icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 14.08.2018-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-0018084/08-2018 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarındakı Cavabdeh adına olan **********00001 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 508.92 manat borcu yaranmışdır. İşdə olan 31.03.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşildiyi və yivli birləşmələrində korroziya izinin mövcudluğu müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə debitor borcu üzrə 508.92 manat məbləğində borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adına olan **********00001 saylı abonentin saldosuna əsasən cavabdehin debitor borcu üzrə hazırda ödənilməmiş 508.92 manat borcu yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X1nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən, cavabdehin məhkəmə iclasında iddiaçıya təbii qazdan istifadəyə görə borcunun olmasını, lakin hazırda borcu birdəfəyə deyil, hissə-hissə ödəmək iqtidarında olmasını etiraf etməsini də nəzərə alır. Məhkəmə iddia tələbininin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 216 manat məbləğində zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacın və ya onun borusunda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Bundan başqa məhkəmə həmçinin iddia tələbini bu hissədə təmin etməyərkən qeyd edir ki, iddia tərəfindən, cavabdehə məxsus ünvanda iddiaçının əməkdaşları tərəfindən sayğac və borsunda korroziya halının mövcudluğunu və bu halın məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə 508 (beş yüz səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; Azəriqaz İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 29.80% yəni 8 (səkkiz) manat 94 (doxsan dörd) qəpik məbləği iddiaçıya aid edilsin, qalan 70.20% yəni 21 (iyirmi bir) manat 06 (altı) qəpiyi məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 508 (beş yüz səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; Azəriqaz İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 29.80% yəni 8 (səkkiz) manat 94 (doxsan dörd) qəpik məbləği iddiaçıya aid edilsin, qalan 70.20% yəni 21 (iyirmi bir) manat 06 (altı) qəpiyi məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar