Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2138/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, 22.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 03.03.2022-ci il tarixinə yaranmış 259 manat əsas borc, 38,8 manat cərimə borcu, cəmi 297,8 manat borcun, ********* saylı, 30.12.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 203,5 manat əsas borc, 30,5 manat cərimə borcu, cəmi 234 manat olmaqla, ümumilikdə 531,8 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 22.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “ASER” markalı notebook görə 12 ay ödəniş cədvəli üzrə hər ay 134 manat olmaqla, cəmi 1599 manat, ********* saylı, 30.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X1 9S” markalı mobil telefona və qol saatına görə 12 ay ödəniş cədvəli üzrə 53 manat olmaqla, cəmi 627,5 manat, ümumilikdə hər iki müqavilə üzrə 2226,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, iki müqavilə üzrə qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. İş materiallarında olan 03.03.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh ********* saylı, 22.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 259 manat məbləğində əsas, 388 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 647 manat borcu, ********* saylı, 30.12.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 203,5 manat məbləğində əsas, 305 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 508,5 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh ********* saylı, 22.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 259 manat məbləğində əsas borc, 38,8 manat məbləğində cərimə borcu, ********* saylı, 30.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 203,5 manat məbləğində əsas borc, 30,5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 531,8 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən sadələşmiş qaydada kiçik ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh ********* saylı, 22.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 259 (iki yüz əlli doqquz) manat məbləğində əsas borc, 38,8 (otuz səkkiz manat səksən qəpik) manat məbləğində cərimə borcu, ********* saylı, 30.12.2020-ci il tarixli saylı nisyə alqı-satqı müqaviləsi üzə 203,5 (iki yüz üç manat əlli qəpik) manat məbləğində əsas borc, 30,5 (otuz manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 531,8 (beş yüz otuz bir manat səksən qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2138/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2138/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver