Məhkəmə qərarları › İş №e-2(004)-2140/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2140/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2140/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair" iddia ərizəsinə Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Kərı̇ mov Anar Ramı̇ z oğluna qarşı "mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair" iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar