Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2140/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1, Cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər Cavabdeh1 və Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 92273,69 manat, faiz borcu üzrə 7804,27 manat olmaqla, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqının tutulması; tələbin 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 (2/5hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyət üzrə məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan – Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh1 və Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızı tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 300 ay müddətinə, 8 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. 015İK/207 saylı, 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 015İK/2017 saylı 23 iyun 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə dair təminat qismində olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qeydiyyata alınmasına dair 46,45 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehlərə xx.xx.2023-cü il tarixdə 2-22/2- 5546/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və cavabdeh Nəcəfova (Bağırzadə) Səbinə Əsgər qızının nümayəndəsi və vəkili Nümayəndə3 iddiaya etiraz etmiş, mənzil satılarkən bazar qiymətlərinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 015İK/207 saylı kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 100000 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev14, mənzil 241, yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 27 aprel 2017-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün verilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC (Kreditor-İpoteka saxlayan) ilə Cavabdeh1 (Alıcı-İpoteka qoyan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satış qiyməti 174 000 manat olan mənzilin dəyərinin 74 000,00 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 100 000,00 manat məbləğində olan hissəsi İsə Kreditor-İpoteka saxlayan tərəfindən 22 iyun 2017-ci il tarixli 015İK/2017 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Alıcı- İpoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor- İpoteka saxlayana ipotekaya vermişdir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 47427,52 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s. tələblər barədə” ilk iddiasına, cavabdehin iddiaçıya və X3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s. tələblər barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə xx.xx.2020-ci il tarixli, 2(103)-6806/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241, (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 03 otaqlı mənzilə dair birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 2/5, X1 3/5 hissədə payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241 (yeni qaydalarla ünvan 3 2/5 hissəsi üzərində Cavabdeh1, 3/5 hissəsi üzərində X1 mülkiyyət hüquqları müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Maddə 741. Borc üzrə faizlər
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu M a d d ə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən götürülmüş kredit ailə ehtiyaclarına – mənzil alınmasına istifadə olunduğundan iddia tutmanın Cavabdeh1 ilə onun keçmiş arvadı X1 ümumi paylı mülkiyyətində olan əmlaka - Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241, (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 03 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2140/2023 saylı qərardadı ilə ipoteka əmlakının qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, lakin cavabdehlər tərəfindən əmlaka baxış keçirilməsi təmin edilmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Odur ki, ipoteka əmlakının hazırda mövcud olan bazar qiymətləri nəzərə alınmaqla likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması tələbi də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təhvil verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2023 tarixli qərardadına əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2017-ci il tarixdə, yəni 28 dekabr 2018-ci il tarixdən öncə bağlandığından iddiaçının “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, "Azərbaycan Beynəlxalq Bankı” ASC -yə təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılmalı və iddia bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məbləğlə ifadə olunmuş iddia tələbi tam təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat rüsumu və xidmət haqqının Cavabdeh1 tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 92273,69 manat, faiz borcu üzrə 7804,27 manat olmaqla, cəmi 100 077,96 manat borc, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat dövlət rüsumu və xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97 manat xidmət haqqı Cavabdeh1 tutulsun. Tutma 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 (2/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyət üzrə məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və onun satışından əldə olunmuş vəsait Cavabdeh1 015İK/207 saylı 22 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cəmi 100 077,96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 391 manat dövlət rüsumu və 0,97(doxsan yeddi) manat xidmət haqqının ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan – Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 241 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 44, M3, mənzil 5) tutma yönəldikdən sonra cavabdehlər tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilsin. Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova