Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2159/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Nikoyl” X3 ilə İddiaçı arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə verilməsi, habelə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Nikoyl” X3 arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə ona 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilmişdir. Tərəflər arasında bağlanılmış eyni tarixli ipoteka müqaviləsinə əsasən sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Bundan sonra İddiaçı tərəfində ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmiş, gecikmələr yarandığı üçün Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-755/2010 saylı 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı və X4 müştərək qaydada 96653 ABŞ dolları 37 sent əsas borcun, 12130 ABŞ dolları 74 sent faiz borcunun, 1569 ABŞ dolları 98 sent dəbbə pulunun, ümumilikdə 110354 ABŞ dolları 09 sent borcun ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tutmanın girov qoyulmuş Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi 9 nömrəli ev 78 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə borc tam qaydada icra edilmiş və həmçinin girov qoyulmuş əmlak bank tərəfindən realizə edilmişdir. Öhdəliklər icra edildiyi üçün 25 iyun 2010-cu il tarixində icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Məhkəmə qətnaməsi tam şəkildə icra edilmiş və hətta bundan sonra iş üzrə iddiaçı müxtəlif banklardan kreditlər götürmüşdür. Borcun olmaması Mərkəzləşdirilmiş kredit Reyestrindən 05 noyabr 2015-ci il tarixli, 21 avqust 2017-ci il tarixli və 12 noyabr 2018-ci il tarixli çıxarışlardan da aşkar şəkildə görünür. Həmin çıxarışlarda sözügedən öhdəlik tam icra edildiyi üçün kreditin statusu bağlı kimi göstərilmişdir. Buna baxmayaraq üstündən 14 il keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları İddiaçı zəng vuraraq külli miqdarda kredit borcunun olduğunu bildirmişlər və ödəməyi tələb etmişlər. Halbuki, İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir və öhdəlik tam şəkildə icra edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Mərkəzi Bankın aktivlərin təsnifləşdirilməsinə dair qaydaları mövcuddur. Bu qaydalarda ehtiyatların hesablanması, balans arxasından balansa ötürülmə qaydası göstərilib. Bütün bunlar onu göstərir ki, borc mövcud olmamışdır. Qarşı tərəf balans arxasında mövcud olan bir şeyi 12 ildən sonra balansa artırıb. Halbuki mövcud qaydalara əsasən bunun müddəti 5 ildir. Eyni zamanda onda dəqiq məlumat vardır ki, bu işdə borcun silinməsi ilə bağlı 4 kredit komitəsinin protokolu var. Onun onu əldə etmək imkanı yoxdur. Qətnamədə borcun tutulması aydın göstərilir. İddiaçı və digərindən 110000 dollar borc tutulsun və bu əmlaka yönəldilsin. Yəni bu əmlak satıldısa, bu borcun tələb edilmə qaydası yoxdur. Bu məsələ artıq qətnamədə açıq-aydın yazılıb. Eyni zamanda icra məmuru da ona demişdir ki, bu qətnamə artıq icra olunub. Çünki onların özlərinin məktubları da var. Həmin məktubda qeyd olunur ki, mənzil açıq hərrac yolu ilə satılıb, borcun bir hissəsi ödənilib, 30000 dollar qalıb. Halbuki 9000 dollar qalıb. May ayında icra vərəqəsi verilib. 20 gün sonra iş məhkəməyə qaytarılıb. 20 gün ərzində icraçı hərracını keçirib. Təbii ki, bu mümkünsüzdür, ipoteka qaydalarının tələblərinin pozulmasıdır. Qarşı tərəf özü əmlakı şəxsdən alıb, borcu siliblər. Ev heç hərrac yolu ilə də satılmayıb. Hərracdan kənar şəkildə əldə olunub. Onlar həmin 4 komitə qərarı ilə bağlı protokollarla tanış olsalar, onlara hər şey aydın olar. Həmin qərarlar bankdadır. Bütün banklarda belə məsələlər komitə qərarları ilə həll olunur. Bankda 4 protokol var, bununla bağlı qərar qəbul olunmuşdur. İndi isə 12 ildən sonra gəlib borc istəyirlər. Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışlarda da görünür ki, son ilə qədər şəxsin borcu yoxdur. Şəxs ondan sonra bir neçə bankdan kredit götürüb. 100000 dollar və ya 33000 dollar borcu olan şəxsə bank kredit verməz. Şəxs öz işi ilə məşğuldur, kredit götürür və vaxtında da qaytarır, heç bir problemi yoxdur. Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışlarda da görünür ki, şəxsin borcu 9000 dollardır, lakin qarşı tərəf borcu məktubdan da göründüyü kimi, 33000 dollar göstərir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəf iddia verib. Bu iddia üzrə də 2010-cu il tarixli məhkəmə qətnaməsi var. Onlar maliyyə arayışı və hesabdan çıxarışı təqdim etmişlər. Qarşı tərəf iddia ərizəsinə dair heç bir sübut təqdim etmir, hər şeyi sözlə deyir. Əgər qeyd edirlərsə ki, borc ödənilib, onda sübut təqdim etsinlər ki, ya nağd şəkildə ödənilib, ya da bank tərəfindən əmlak satılıb ya balansa götürülüb. Eyni zamanda 110000 məbləğində pulun tutulmasından sonra hər hansı bir ödənişin edilməsi ilə bağlı sübut təqdim etsinlər. Təqdim olunmuş hesabdan çıxarışda qeyd olunur ki, 18 iyun 2011-ci il tarixdən hərrac vasitəsi ilə mənzilin alınmasına görə silinmə aparılıb – 67230 dollar. Qətnamə üzrə qalıq bu günki günə kimi mövcuddur. Necə xitam verilə bilər ki, onların müraciətləri əsasında yenidən icraata başlanılıb. Xitam verilən icra vərəqəsi ilə necə yenidən icraata başlamaq olar. Keçən dəfə iddiaçı tərəf reyestrdən çıxarış təqdim etmişdi və qeyd edirdi ki, həmin çıxarışa əsasən tərəfin borcu yoxdur. Lakin həmin çıxarışda balansdan çıxılma və faiz borcu görünür. Uzun müddətli borc krediti olduğu üçün, bank artıq həmin zərəri qarşıladığına görə sistemdə borc balansdan silinmiş göstərilir. Hal-hazırda borc mövcuddur. Belə ki, kredit müqaviləsi üzrə tərəfin borcunun olması məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu günkü gündə qanuni qüvvədə olan məhkəmə qətnaməsi var. Orada da konkret məbləğ müəyyən olunmuşdur. Tərəf iddia edirsə ki, qətnamə icra olunub, borc bağlanıb bununla bağlı sübutlarını təqdim etsin. Onlar evin hərraca çıxarılması, hərrac vasitəsi ilə satılması, ödənilən məbləğ və qalan məbləğlə bağlı sübutlarını təqdim etmişlər. MKR-də borcun görünüb-görünməməsi artıq başqa bir məsələdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi var və kredit borcu da həmin qətnamə ilə təsdiqini tapır. Müştəri borcu ödədiyi halda güzəştlə bağlı komitə qərarı olur. Əgər güzəştlə bağlı komitə qərarı var idisə, niyə 4 qərar var. Bir komitə qərarı olur və güzəşt ya tətbiq edilir, ya da edilmir. Məhkəmə qətnaməsi ilə əmlak hərrac vasitəsi ilə bankın balansına keçib. Bankın nə marağı ola bilər ki, hərracla balansa keçirilmiş əmlakla bağlı tərəfə qalıq məbləği güzəşt etsin. Məhkəmə qətnaməsi könüllü icra olunsa idi, komitə qərarı olardı. Ona görə də belə hesab edirlər ki, tələb əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC tərəfindən 13 mart 2008-ci il tarixdə 18 faizlə 132 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-755/2010 saylı qətnaməsi üzrə İddiaçı ümumi borcu 33669,39 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Qətnaməsinə əsasən İddiaçı və X4 müştərək qaydada 96653,37 ABŞ dolları əsas borc, 12130,74 ABŞ dolları faiz borcu, 1569,98 ABŞ dolları dəbbə pulu, cəmi 110354,09 ABŞ dolları sentin ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tələbin girov qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “Nikoyl” X2 ödənilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzildən çıxarılması qət olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən Xətai Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli KBD7822 saylı məktuba əsasən müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədinin icrası məqsədi ilə tələb yönəlmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 9 nömrəli evin, 78 nömrəli mənzili xx.xx.2011-ci il tarixdə hərrac yolu ilə satılmış, lakin icra vərəqəsi tam icra olunmamış və xx.xx.2022-ci il tarixə olan borc 33669,39 ABŞ dolları təşkil edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədinin tam icra olunmasından ötrü icra tədbirlərinin görülməsi, borcların aylıq gəlirlərinə yönəltmə edildiyi təqdirdə məktuba əlavə olunan rekvizitdən istifadə edilməsi və görülmüş icra tədbirləri barədə Cavabdeh ASC-yə məlumat verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə ki, İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, İddiaçı və X4 müştərək qaydada 96653,37 ABŞ dolları əsas borc, 12130,74 ABŞ dolları faiz borcu, 1569,98 ABŞ dolları dəbbə pulu, cəmi 110354,09 ABŞ dolları sentin ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tələbin girov qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “Nikoyl” X2 ödənilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzildən çıxarılması qət olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-755/2010 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bundan əlavə məhkəməyə icra sənədi üzrə borcun tam ödənilməsinə dair heç bir sübut təqdim olunmamışdır. Belə olduğu halda, tələbkar icra sənədi tam icra olunmadığına görə yenidən icraya yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Xətai Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli KBD7822 saylı məktuba əsasən müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədinin icrası məqsədi ilə tələb yönəlmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 9 nömrəli evin, 78 nömrəli mənzili xx.xx.2011-ci il tarixdə hərrac yolu ilə satılmış, lakin icra vərəqəsi tam icra olunmamış və xx.xx.2022-ci il tarixə olan borc 33669,39 ABŞ dolları təşkil edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədinin tam icra olunmasından ötrü icra tədbirlərinin görülməsi, borcların aylıq gəlirlərinə yönəltmə edildiyi təqdirdə məktuba əlavə olunan rekvizitdən istifadə edilməsi və görülmüş icra tədbirləri barədə Cavabdeh ASC-yə məlumat verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədi üzrə borc tam ödənilmədiyindən İddiaçı Cavabdeh ASC-yə qarşı “Nikoyl” X3 ilə İddiaçı arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə verilməsi, habelə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2159/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2159/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver