Məhkəmə qərarları › İş №e-2(004)-2169/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2169/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2169/2023 15.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 21 yanvar 2020-ci il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh 07 mart 2019cu il tarixdə 3 saylı Bakı Asan Xidmət X3 №677 nömrəli qeydlə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 21 yanvar 2020-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Tərəflər arasında nikah formal xarakter daşıdığından iddiaçı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və alimentin tutulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin № 2(007)-2125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 07 mart 2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət X3 bağlanmış nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş 21 yanvar 2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh X2 üçün xx.xx.2020-ci ildən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment və ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sözügedən qətnamədən tərəflər şikayət verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd etmişdir ki, iddiaçı hazırda uşağı saxlamaqda çətinlik çəkir. Uşağın qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşağın normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün çox xərc tələb olunur. Digər tərəfdən, uşağa qulluq üçün təyin edilmiş ödəniş uşağın 3 yaşı tamam olduğuna görə artıq kəsilmişdir. Cavabdeh uşağın saxlanılması üçün yalnız məhkəmə qətnaməsi ilə təyin edilmiş 170 manat sabit pul məbləğində aliment ödəyir. Bu məbləğ isə uşağın saxlanması üçün kifayət etmir. Birgə nikahdan olan uşağa qulluq etmək və onun mənəvi, maddi və psixi inkişafını təmin etmək hər iki valideynin vəzifəsi olduğuna görə hesab edir ki, uşağın saxlanması üçün alimentin məbləği qüvvədə olan qanunvericiliyə əsasən artırılmalıdır. Qeyd etmişdir ki, İddiaçı tərəfindən mediasiyaya də müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, razılıq əldə edilməmişdir. Odur ki, mediator tərəfindən xx.xx.2023-cü il tarixli № MŞB/16 – 00483 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ARAYİŞ təqdim edilmişdir. Hazırda mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bu günə kimi Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi 50 manat, cəmi 220 manat aliment ödəmişdir. Lakin uşağın bu il 3 yaşı tamam olduğu üçün 50 manat alimentin kəsildiyini bildirmişdir. Cavabdeh qeyri-müntəzəm işlədiyinə görə, bəzən işi olub və ya olmadığı üçün və alimenti qeyri-müntəzəm ödədiyi üçün iddiaçı hesab etmişdir ki, sabit pul məbləğində alimentin artırılması iddiası ilə məhkəməyə müraciət etsin. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini etiraf etdiyini, iddiaçı ilə birgə nikahdan doğulmuş övladının saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş, bundan əlavə bildirmişdir ki, işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcək, iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(004)-2125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2019-cu il tarixdə 03 saylı Bakı Asan Xidmət X3 bağlanmış və 677 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2020ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, 16 iyul 2020-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(004)-2125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar