Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2202/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən 6140,67 (altı min yüz qırx manat 67 qəpik) manat borcun silinməsi, tərəflər arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsinin təminatı kimi 2021/00935-İP saylı xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.3 kv.m. ümumi sahəsindən ibarət olan 2 otaqlı 28 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında illik 32% faizlə, 36 ay müddətinə 32000 (otuz iki min) manat olmaqla 2021/00935 saylı xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi 2021/00935-İP saylı xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.3 kv.m. ümumi sahəsindən ibarət olan 2 otaqlı 28 nömrəli mənzil "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qrafikinə əsasən aylıq 1393,74 manat ödəniş edilməklə kreditin bitmə tarixinə 32000 manat əsas borc, 18174,67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 50174,67 manat pul "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməlidir. Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən İddiaçı tərəfindən "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ümumilikdə 44034 manat məbləğində ödənişlər edilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışdan görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə 6140,67 (altı min yüz qırx manat 67 qəpik) manat qalıq borcu vardır. (32000+18,174,67=50174,67 ; 50174,67- 44034=6140,67) Qeyd etmişdir ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan kredit öhdəliklərini vaxtı-vaxtında icra etmişdir və onun tərəfindən dəfələrlə böyük məbləğlərdə (2000 azn, 2000 azn, 4100 azn, 1600 azn, 4400 azn və 1600 azn) ödənişlər edilmiş, lakin həmin məbləğlər əsas borcdan silinməli olduğu halda əsassız olaraq faiz və cərimə borcuna silinmiş və düzgün silinmə aparılmadığından nəticədə əsas və faiz borcu şişirdilərək qalıq borc kimi yaranmışdır. Hesab edir ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə iddianın verildiyi tarixədək hər hansı bir pul borcu yoxdur və belə olan halda xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan kredit müqaviləsi üzrə əsassız olaraq şişirdilmiş 6140,67 (altı min yüz qırx manat 67 qəpik) manat borc silinməli, kredit müqaviləsinə xitam verilməli və kredit müqaviləsinin təminatı kimi 2021/00935-İP saylı xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.3 kv.m. ümumi sahəsindən ibarət olan 2 otaqlı 28 nömrəli mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı “borcun silinməsi, kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 10687,76 (on min altı yüz səksən yeddi manat yetmiş altı qəpik) manat əsas, 66.50 (altmış altı manat əlli qəpik) manat faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 19746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi; tələbin qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilnə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 19746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı və 149,24 (bir yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində imzalanmış 2021/00935 saylı kredit müqaviləsinə əsasən, İddiaçı 36 (otuz altı) ay müddətinə, illik 32% (otuz iki) faiz olmaqla 32000 (otuz iki min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixində 2021/00935-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh2nın mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Reyestr nömrəsi **********23-05101- 093056, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi: xx.xx.2021). Lakin İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 10687,76 (on min altı yüz səksən yeddi manat yetmiş altı qəpik) manat əsas, 66,50 (altmış altı manat əlli qəpik) manat faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 19746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində borcu yaranmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsinin xahiş etdi hissəsinin ikinci abzasında faiz borcu 66,50 (altmış altı manat əlli qəpik) manat texniki olaraq səhv qeyd edilmişdir. Faiz borcu 05 mart 2025-ci il tarixli, 4965 nömrəli maliyyə arayışında qeyd edildiyi kimi 893,02 (səkkiz yüz doqsan üç manat sıfır iki) manat kimi qəbul edilməsini və oxunmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 7991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, 504,50 (beş yüz dörd manat əlli qəpik) Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 17943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə də qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsində zərurət yaranmışdır. Buna görə də ilkin iddia üzrə İddiaçı “borcun silinməsi, kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 7991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, 504,50 (beş yüz dprd manat əlli qəpik) Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 17943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi; tələbin qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilnə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 17943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat məbləğində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı və 149,24 (bir yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 2(004)-2202/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə baxış iclasında İddiaçı ailə vəziyyətinin pisləşməsi (həyat yoldaşının ağır xəstəliyə düçar olması) səbəbindən maddi vəziyyətinin kəskin aşağı düşməsi ilə bağlı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra edə bilməyəcəyini əvvəlcədən bildirərək “X7 Kredit Təşkilatı” MMC-nə ünvanladığı faiz məbləğlərinə üç aylıq güzəştin olunması xahişi ilə bağlı ərizəsinin müzakirəsi zamanı, hansı tarixlər üzrə güzəştin verilməsinin nəzərdə tutulması barədə məhkəmənin şifahi sorğusuna cavab olaraq bildirirlər ki, İddiaçı “X7 Kredit Təşkilatı” MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində maddi vəziyyətinin pisləşməsi səbəbindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri üzrə faiz məbləğlərinə güzəştin olunmasını xahiş etmişdir. Ərizəyə şifahi olaraq bildirilmişdir ki, “X7 Kredit Təşkilatı” MMC həmin təqvimlər üzrə güzəştin verilməsini təmin edir və ödənişin növbəti təqvim üzrə xx.xx.2022-ci il tarixində edilməsini iddiaçıya bildirir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, ona ərizə ilə müraciət etməyini cavabdeh qurumun nümayəndələri məsləhət görüblər. O, avqust ayında BOKT-a borcu bağlamağı üçün yaxınlaşmış və ona bildirmişlər ki, güzəşt tətbiq olunaraq 3 ay müddətinə faiz borcunu dayandıracaqlar, hətta həmin gün BOKT-un işçisi tərəfindən də, ona bu barədə mesaj yazıldı. Amma sonradan o, BOKT-a yaxınlaşanda ona məlum oldu ki, heç bir güzəşt tətbiq olunmamışdır. Həmin bu 3 ay ərzində faiz borcu hesablanmışdır. Hazırda BOKT-dan ona vaxt verilməsini və yeni qrafik tərtib olunmasını xahiş edir. Oktyabr ayında BOKT-a müraciət edəndə ona şişirdilmiş məbləğ demişlər, daha sonra hüquqi yardım üçün vəkilə müraciət etməli omuşdur. Ondan artıq pul almaq üçün mübahisə yaratdılar. 6 ay əvvəl 10000 manat verəndə, qəbul etməmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, Nazim adlı şəxsə 2000 manat ödəmişdir. Bununla bağlı qəbz yoxdur. Həyat yoldaşı xəstədir və onun himayəsindədir. xx.xx.2022-ci il tarixdə güzəştin tətbiq olunması ilə bağlı ərizə yazmış, amma ərizəsinin imtina və ya qəbul olunması ilə bağlı ona sənəd təqdim edilməmişdir. Oktyabr ayında müqavilə vaxtı bitmişdir. Ödədiyi məbləğlər faiz borcuna çıxılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı bütün ödənişləri vaxtında edib. Sadəcə olaraq iddiaçının həyat yoldaşının səhhətində müəyyən problemlər yarandığına görə bununla bağlı banka yazılı ərizə ilə müraciət edib, 3 aylıq borcunun yalnız əsas borcdan silinməsini xahiş etmişdir. Lakin bundan sonra edilmiş ödənişlər faiz borcuna çıxılmışdır. Hesab edirlər ki, iddiaçı tərəfindən edilmiş ödənişlər düzgün çıxılmayıb. Əgər düzgün çıxılsa idi, hazırda iddiaçının cüzi borcu qalardı. Ekspert rəyində bəzi hissələrə toxunulmayıb. İddiaçı 3 ay müddətinə faiz hissəsində güzəşt edilməsi ilə bağlı ərizə yazmış və BOKT-la aralarında razılaşma olmuşdur. Əgər ərizənin qəbulundan imtina gəlibsə ona uyğun cavab verilməli, ərizəyə münasibət bildirilməyibsə deməli aralarında həqiqətəndə razılıq olmuşdur. Məhkəmənin sorğusuna BOKT tərəfindən cavab verilmişdir ki, İddiaçı güzəşt təbiq edilməsi barədə ərizəsi daxil olmamışdır. BOKT-nın qeydiyyat jurnalını tələb edilməsini xahiş etmiş, orada bütün gələn ərizələr, cavablar olur. Cavabdeh BOKT tərəfindən verilmiş sorğunun cavabı natamamdır. Həmin qeydiyyat jurnalının sözügedən jurnal olması aydın görünmür. Hesab edir ki, məhkəmə tərəfindən verilmiş sorğu cavabdeh tərəfindən tam şəkildə icra edilməmişdir. İlkin iddia üzrə cavabdeh BOKT tərəfindən 3 ay müddətində rəsmi olaraq vətəndaşa, yəni ilkin iddia üzrə iddiaçıya xəbərdarlıq etməyib ki, əsas borcunu ödəsin. İlkin iddia üzrə iddiaçı noyabr ayında, yəni ərizəni yazdıqdan 3 ay sonra 1400 manat pul ödəmişdir. Məhkəmə iclasına ekspert dəvət edilsə də, iştirak etməkdən boyun qaçırmışdır. Verilmiş ekspertiza rəyində boşluqlar var, müəyyən edilmiş məbləğ bugünkü bazar və likvid dəyərlərinə uyğun qiymət deyil. Qarşılıqlı iddia da göstərilən məbləğlər isə süni şəkildə artırılmışdır, təmin edilməməsini xahiş edir. İş üzrə ekspertin rəyi hesab edir ki, məhkəmə tərəfindən əsas götürülə bilməz. Ona verilən suallara cavab olaraq bildirdi ki, BOKT-un rəhbəri kimi özünü təqdim edən Rəşad adlı şəxs iddiaçıya bildirib ki, ərizə yazılsın və onun üçün güzəşt tətbiq edilsin. Digər Cavabdeh2 evin mülkiyyətçisi, Kəmalə xanımın əridir, İ qrup əlildir, İddiaçı himayəsindədir. Məhkəmə iclasında iştirak edən ilkin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbinin təmin olunmamasını xahiş etdi. Ödəniş tapşırıqından da görünür ki, 2022-ci ilin iyul ayından noyabr ayına kimi heç bir ödəniş olunmamışdır. Gecikmə olanda müqavilə üzrə faiz üzrədə hesablana bilər, dəbbə pulu kimi də hesablana bilər. Müqavilə üçün müəyyən olunmuş 36 aylıq müddət bitmişdir. Belə bir ərizə mövcud deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə qarşılıqlı iddia üzrə digər Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə qarşılıqlı iddia üzrə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsinə əsasən İddiaçı 36 (otuz altı) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 32000 (otuz iki min) manat məbləğində krеdit verilmişdir. - Cavabdeh2 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00935-İP saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43,30 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən müqavilə üzrə ödənilməli cəmi 50174,67 manat vəsaitdən 44034 manat ödənilmiş, nəticədə 6140,67 manat məbləğində qalıq borc yaranmışdır. - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsinə əsasən borcun 5 (beş) gün müddətində silinməsi, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2, mənzil 28 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin adına qeydiyyata alınmışdır. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsinə əsasən borcun 21 (iyirmi bir) gün müddətində ödənilməsi, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə borclu xəbərdar edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2025-ci il tarixli 9/2227 saylı ekspert rəyindən görünür ki, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 8446,63 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 7.991,98 manat; faiz borcu üzrə 454,65 manat. İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 43.034,00 manat məbləğində ödəniş edilmişdir. Üçüncü sual üzrə: İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmişdir. Dördüncü sual üzrə: Qeyd edilir ki, hazırki tədqiqatla İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş 24.008,02 manat məbləğdə ödənişlər əsas borca, 19.025,98 manat məbləğdə ödənişlər işə faiz borcuna silinmişdir. Beşinci sual üzrə: Bundan başqa qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Yuxarıda göstərilən cəvdəl məlumatlarından da göründüyü kimi kredit üzrə ödənişlər 30 gün müddəti keçdiyi təqdirdə gecikmiş hesab olunur. Həmin kredit müqaviləsi üzrə aparılmış ödənişlər üzrə gecikdirilən günlər yuxarıdakı cədvəl məlumatlarında öz əksini tapmışdır. - “X4 Mərkəzi” MMC-nin YDQM 004-060/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən aparılmış hesablamalar nəticəsində ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43,30 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilin likvid dəyəri yuvarlaqlaşdırılaraq 95000 (doxsan beş min) manat təşkil etdiyi müəyyən edilmişdir. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 19 oktyabr 2024-cü il tarixə 7991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas borc, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 504,50 (beş yüz dörd manat əlli qəpik) manat, 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat cərimə olmaqla, ümumilikdə 17943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat məbləğində borcu vardır. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixdə 2021/00935 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Məmmədovaya 32000 (otuz iki min) manat məbləğində kredit vəsaiti 36 ay müddətinə və illik 32% faizlə verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı məqsədilə xx.xx.2021-ci il tarixdə 2021/00935-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43,30 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə İddiaçı tərəfindən müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş, lakin müqavilə üzrə bütün öhdəliklər tam şəkildə icra edilməmişdir. xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışda da qeyd olunduğu kimi, müqavilə üzrə ödənilməli cəmi 50.174,67 manat vəsaitdən 44.034 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyində də İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı 2021/00935 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam yerinə yetirilmədiyi, hesabat tarixində onun müəyyən məbləğdə borcunun qaldığı müəyyən edilmişdir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla, o cümlədən hesabdan çıxarış və arayışlarla uyğunluq təşkil etdiyindən məhkəmə həmin rəyi əsas götürür. İlkin iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bütün ödənişləri vaxtında yerinə yetirib, lakin cavabdeh tərəfindən əsas borc əvəzinə ödənişlər əsassız olaraq faiz və dəbbə borclarına silinmişdir. Bununla belə, iddiaçı öz iddiasını təsdiqləyən sübutları təqdim etməmiş, ödənişlərin hansı qaydada silindiyinə dair bank sənədlərinin düzgün aparılmadığını göstərən heç bir rəsmi maliyyə sənədi təqdim edilməmişdir. İş üzrə məhkəməyə təqdim edilən sənədlər, o cümlədən "xxxx" MMC tərəfindən verilmiş arayışlar, hesablama cədvəlləri və ekspert rəyi göstərir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənişlərdə fasilələr olmuş, öhdəliklərin icrası tam yerinə yetirilməmiş, bu səbəbdən də faiz və dəbbə borcları formalaşmışdır. İddiaçının 3 aylıq güzəştin tətbiq olunması barədə yazdığı ərizəyə dair sübut təqdim olunmamış, bank tərəfindən də belə bir güzəştin tətbiq edildiyini təsdiq edən razılaşma mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2025-ci il tarixli 9/2227 saylı ekspert rəyinə əsasən X3 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmiş və iddiaçının ödənilməmiş borcu qalmışdır. Buna görə də, iddiaçının ödənilməmiş borcu qaldığından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, ilkin iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələbi əsasında təqdim edilən sənədlərdən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə əsas borc, faiz və dəbbə borcu müəyyən olunmuşdur. Bununla belə, qarşılıqlı iddia ərizəsində göstərilən məbləğlərin bir hissəsi — xüsusilə də dəbbə və faiz hesablamalarının tam həcmdə əsaslandırılmadığı, müqavilə müddətindən sonrakı dövr üzrə hesablanmaların bir hissəsinin həddindən artıq olduğu müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 7991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, 504,50 (beş yüz dprd manat əlli qəpik) Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 17943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 6991,98 (altı min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas borc (müqavilənin bitmə tarixindən sonra 1000 manat ödəniş edildiyindən həmin məbləğ çıxılmaqla 7991,98-1000=6991,98 manat), müqavilənin bitmə tarixinə - 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 504,50 (beş yüz dörd manat əlli qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8151,13 (səkkiz min yüz əlli bir manat on üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2025-ci il tarixli 9/2227 saylı ekspert rəyinə əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 8446,63 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 7.991,98 manat; faiz borcu üzrə 454,65 manat. Həmçinin rəydə qeyd olunmuşdur ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən sonrakı dövrdə 1000 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 1000 manat ödəniş nəzərə alınmadı. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 504,50 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, cavabdeh İddiaçı tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh İddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə yönəlməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun və xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 (əlli bir) xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “X4 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 95000 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil boşaldılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 6991,98 (altı min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 504,50 (beş yüz dörd manat əlli qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8151,13 (səkkiz min yüz əlli bir manat on üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə yönəldilsin, mənzil ilkin satış qiyməti 95000 manat müəyyən olunmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd olunduğundan, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia isə qismən təmin edildiyindən, ödənilmiş 149,24 (yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun 70,30 (yetmiş manat otuz qəpik) manat hissəsi və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ödənilmiş 350 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 6991,98 (altı min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 504,50 (beş yüz dörd manat əlli qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8151,13 (səkkiz min yüz əlli bir manat on üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə yönəldilsin, mənzil ilkin satış qiyməti 95000 manat müəyyən olunmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzil boşaldılsın. Ödənilmiş 149,24 (yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun 70,30 (yetmiş manat otuz qəpik) manat hissəsi və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2202/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2202/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver