Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2217/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun iddiaçının kredit tarixçəsindən silinməsi və avtomobilin girovdan çıxarılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun iddiaçının kredit tarixçəsindən silinməsi və avtomobilin girovdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5564,01 ABŞ dolları kredit borcunun onun kredit tarixçəsindən silinməsi və mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı, “GEELY SED AN” markalı minik avtomobilinin girovdan çıxarılması barədə Cavabdeh QSC Bank olmayan kredit təşkilatının üzərinə öhdəlik qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı arasında bağladığı xx.xx.2013-cü il tarixli, 1260 saylı kredit müqaviləsinə əsasən ona illik 17% olmaqla 36 ay müddətinə 14360 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SED AN” markalı minik avtomobil ipoteka ilə yüklü edilmişdir. Tərəfindən qeyd olunan kredit borcundan 2013-cü ilin oktyabr ayından 2015-ci ilin iyun ayınadək hər ay 511,97 ABŞ dolları olmaqla ümumilikdə 10751,37 ABŞ dolları ödənilmiş, 2015-ci ilin iyul ayında "xxxx" ASC-nin əməkdaşları ödəniş qəbul etməmiş, ödənişlərin Cavabdeh QSC-yə ödəniləcəyini, bu barədə rəsmi məlumatların təqdim ediləcəyini bildirmişdir. 2015-ci ilin dekabr ayında ABŞ dollarının manatın məzənnəsinə əsasən kəskin bahalaşması səbəbindən ödəniş edə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 12887,70 manat borc 6630,08 manat azaldılaraq 6257,62 manat müəyyən edilmişdir. O, 6257,62 manat borcla bağlı yeni güzəştli kredit müqaviləsi bağlanması üçün banka müraciət etsə də, yeni güzəştli kredit müqaviləsi bağlanması barədə heç bir tədbir görülməmişdir. Sonradan Cavabdeh QSC tərəfindən ona qarşı 3680,98 ABŞ dolları əsas, 1883 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 5564,01 ABŞ dolları ödənilməsi, tutmanın mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı, “GEELY SED AN” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh QSC-nin hesabına ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh QSC tərəfindən qeyd olunmuş məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 5019/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Yekun məhkəmə qərarı qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq nə kredit borcu silinməmiş, nədə mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SED AN” markalı minik avtomobili girovdan çıxarılmamışdır. Buda onun mülkiyyətində olan avtomobildən sərbəst istifadəsinə maneçilik törədir. O, 5564,01 ABŞ dolları kredit borcunun onun kredit tarixçəsindən silinməsi və mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SED AN” markalı minik avtomobilinin girovdan çıxarılması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə xx.xx.2023-cü il tarixli 13-7/3-13/327 nömrəli məktubla cavab verərək 5564,01 ABŞ dolları kredit borcunun hesabından silinməsindən və mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SED AN” markalı minik avtomobilinin girovdan çıxarılmasından imtina etmiş, kredit borcunun ödənilməsi ilə bağlı müvafiq tədbirlərin davam etdirildiyini qeyd etmişdir. Halbuki qeyd etdiyi kimi, Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin ona qarşı kredit borcunun ödənilməsi ilə bağlı iddia tələbi rədd edilmişdir. Cavabdeh QSC tərəfindən qeyd olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 5019/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etiraz verərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Cavabdeh QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-AVK-1500 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən “Aqrarkredit’ QSC-yə verilmişdir. İddiaçı Cavabdeh QSC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcludan əsas borc üzrə 3680,98 (üç min altı yüz səksən ABŞ dolları, 98 sent) ABŞ dolları, faiz borcu üzrə 1883,03 (bir min səkkiz yüz səksən üç ABŞ dolları, 03 sent) ABŞ dolları, cəmi 5564,01 (beş min beş yüz altımış dörd ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 114,59 (bir yüz on dörd, 59 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı, “GEELY SEDAN” markalı minik (buraxılış ili 2013, Ban - L6T7844Z4DN022309, rəngi - qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdeh İddiaçı tutulub Cavabdeh QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-827/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh QSC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit borcunun kredit bürosundan silinməsi və avtomobilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC tərəfindən verilmiş şikayətlər çıxarılmış məhkəmə qətnamələrinə əsasən təmin edilməmiş və bu səbəbdən də İddiaçı kredit borcu kredit bürosundan silinməli və avtomobil girovdan azad edilməlidir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı iddia tələbi rədd edilməlidir. Belə ki, **-SX-*** dövlət qeydiyyat nişanlı, “GEELY SEDAN” markalı minik (buraxılış ili 2013, Ban - L6T7844Z4DN022309, rəngi - qara) avtomobil İddiaçı məxsusdur və kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir və hazırki tələb borcun silinməsinə, ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Hesab edir ki, borcun silinməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad olması üçün heç bir əsas olmadığından iddiaçı tərəfindən verilmiş iddia ərizəsi yuxarıda qeyd olunan əsaslara görə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində göstərdiyi 5564,01 ABŞ dolları məbləğində borc məhkəmənin iddia tələbində iddia müddətinin keçməsi səbəbindən məhkəmə qərarları ilə əsassız hesab olunub. Qeyd olunan məhkəmə qərarları onlara əsas verir ki, həmin borcun iddiaçının kredit borcunun silinməsi və girovda olan maşının ipoteka predmetindən azad olunması ilə bağlıdı iddia qaldırsınlar. Cavabdehin etiraz ərizəsində Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad olunmuşdur. Onlar bu qərarla razı deyillər, hesab edir ki, bu mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı qərardır. Sadəcə ali orqandır və qəbul etdiyi qərarı müzakirə edə bilməzlər. Amma onların tələbi iki hissədən ibarətdir: kredit borcunun silinməsi və avtomobilin girov premetindən çıxarılmasıdır. Hesab edir ki, borcun silinməsi ilə bağlı təkzib edəcək norma yoxdur. Çünki məhkəmə qeyd olunan cavabdehin əvvəlki iddia tələbi ilə tələb olunan borc iddia müddətinin keçməsi səbəbindən rədd olunub. Hazırda onların tələb etmək hüququ yoxdur. Hesab edir ki, həmin borcun hazırki iddia tələbi üzrə iddiaçının hesabında qalması əsassız olardı. Ona görə də tələbinin heç olmasa həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR MM-nin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra bank) cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə, 1260 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 14360 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nişanlı, “GEELY SEDAN” markalı minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 14360 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əsas borc üzrə 3680,98 ABŞ dolları, faiz borcu üzrə 1883.03 ABŞ dolları, cəmi 5564,01 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 114,59 manat və iddianın təmin tədbirinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan **- SX-*** dövlət qeydiyyat nişanlı “GEELY SEDAN” markalı minik (buraxılış ili 2013, Ban- L6T7844Z4DN022309, rəngi - qara) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdeh İddiaçı tutulub Cavabdeh QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişlər. Hal-hazırda İddiaçı tələb etmə hüququnun olmaması səbəbindən əmlakının girovdan azad edilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Beləliklə, göründüyü kimi, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd olunsa da, faktiki olaraq hazırki iş üzrə İddiaçı ödənilməmiş borcu qalıb və bu borc mərkəzləşdirilmiş sistemdə də öz əksini tapır. Buna görə də, iddiaçının ödənilməmiş borcu qaldığından iddia tələbi borcun silinməsi hissəsində əsassızdır, eyni zamanda Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarını rəhbər tutaraq, iddia tələbi avtomobilin girovdan çıxarılması hissəsində də əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun iddiaçının kredit tarixçəsindən silinməsi və avtomobilin girovdan çıxarılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2217/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2217/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver