Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2220/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Xırdalan” şöbəsi ilə X2 arasında bağlanmış BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 22 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X1 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixlikredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 217.69 manat borcu qalmışdır. Miras əmlak, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD855124 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi XTA210630L2293370, mühərrikin nömrəsi ******* və buraxılış ili 1989-cu il olan VAZ 21063 MİNİK markalı 99ZY426 dövlət nömrə nişanlı nəqliiat vasitəsindən ibarətdir. Cavabdeh X1vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Göstərilənlərə əsasən, Cavabdeh 217.69 manat və dövlət rüsumu olaraq ödənilmiş 32,35 (otuz iki manat otuz beş qəpik) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan "xxxx" ASC-nin “Xırdalan” şöbəsi ilə X2 arasında bağlanmış BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 22 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh X1 vərəsəsidir, miras əmlakı Vaz 21063 markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir və cavabdeh miras əmlakından tam hissədə pay almışdır. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X1 "xxxx" ASC-yə BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 217.69 borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X2 vəfat etdiyindən “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh X1 vərəsəsidir və o, miras əmlakından müvafiq pissədə pay almışdır. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739, 741, 1151.1, 1306.1 və 1307-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, "xxxx" ASC-nin “Xırdalan” şöbəsi ilə X2 arasında bağlanmış BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 22 ay müddətinə, illik 20 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X1 vərəsəsidir, miras əmlakı Vaz 21063 markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir və cavabdeh miras əmlakından tam hissədə pay almışdır. X1 "xxxx" ASC-yə BPM**********39 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 217.69 borcu vardır. Öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişinə əsasən sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdeh (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Məlumdur ki, miras aktivi olan Vaz 21063 markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri öhdəliyin həcmində yüksək məbləğdə təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 217.69 (iki yüz on yeddi manat altmış doqquz qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 217.69 (iki yüz on yeddi manat altmış doqquz qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2220/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2220/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver