Məhkəmə qərarları › İş №e-2(004)-2231/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2231/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2231/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5689/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahlarından anadan olmuş – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2012-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ciil təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5689/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2012-ci il tarixli 2771 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, azyaşlı övladlarının saxlanılması üçün aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. 2021-ci ildə tərəflər nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında nikah pozulmuş, uşaqların saxlanılması üçün cavabdeh tərəfdən əmək haqqının üçdə bir hissəsi qədər aliment tutulması üzrə qətnamə çıxarılmışdır. Həmin məbləğ hazırda uşaqların saxlanılması üçün kifayət etmədiyinə görə, iddiaçı tərəf 2023-cü ildə uşaqları saxlanılması üçün alimentin artırılmasını, hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə isə 440 (dörd yüz qırx) manat aliment tutulmasını tələb edir. Cavabdeh tərəf iddiaçıya hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ödəyir. Cavabdeh qeyd etsə də ki, alimenti ödəməyə imkanı yoxdur. Onun şəhərin mərkəzində obyektləri, bir neçə evləri, bağ evləri, maşınları və s. var. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, hər ay əlavə olaraq kart hesablarına 20 (iyirmi) manat məbləğində pul köçürür. İddianı qəbul etmir. Halhazırda işləmir. Onun faktiki olaraq tələb olunan aliment məbləğini ödəməyə maddi imkanım çatmır. Əvvəllər şirkətdə təchizatçı kimi işləmişdir. Heç bir xəstəliyi və ya əlilliyi yoxdur. İddianın heç bir hissəsini qəbul etmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5689/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2012-ci il tarixli 2771 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 018690 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZ-İİİ 171473 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5689/2021 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir. Ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2013-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2013-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2013-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar