Məhkəmə qərarları › İş №e-2(004)-2241/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2241/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2241/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra “xxxx” BOKT MMC) borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC - nin baş ofisi ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 770/SM-17 nömrəli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə xx xxxxx 2019-cu il tarixə qədər 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1" qrafiki tərtib edilmiş və borclu Cavabdeh hər ay 194. (bir yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat məbləğində ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa xx xxxxxxx 2017-ci il tarixdə borclu Cavabdeh ilə “xxxx” BOKT MMC arasında № 766/Şm-17 saylı girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus 37,6 qram ağırlığındakı qızıl-ziynət əşyaları 1785 manat məbləğində qiymətləndirilərək borclu Cavabdehə Əzizağa qızı tərəfindən “xxxx” BOKT MMC-yə girov qoyulmuşdur. Kreditor “xxxx” BOKT MMC -nin Baş ofisi öz üzərinə düşən öhdəliyi icra edərək göstərilən kredit məbləğini 2200 (iki min iki yüz) manatı xx xxxxxxx 2017-ci il tarixdə borclu Cavabdehə Əzizağa qızına ödəmişdir. Lakin borclu Cavabdeh öz öhdəsinə düşən öhdəliyi lazımınca icra etməmiş, götürmüş olduğu xx xxxxxxx 2017-ci il tarixli, 770/SM-17 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit və faiz borcunu lazımınca və zamanında icra etməmişdir. Buna görə də Cavabdeh xx.xx.2017-ci il tarixli notarial qaydada vermiş olduğunuz razılıq ərizəsinə və xx xxxxxxx 2017-ci il tarixli, 770/SM-17 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən təşkilatda girov saxlanmış qızıl-ziynət əşyalarının qalıq hissəsi hərrac yolu ilə 1480 manata satılaraq əldə edilən məbləğ Cavabdeh kredit borcundan silinmişdir. Lakin Cavabdeh girov saxlamış olduğu qızıl ziynət əşyaları satıldıqdan sonra belə onun təşkilata kredit borcu qalmışdır. “xxxx” BOKT MMCnin baş ofisinin xx xxxxxx 2018-ci il tarixli, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən müqavilə öhdəliyinin yaranması ilə bağlı yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Bildiriş poçt vasitəsi ilə borclu Cavabdeh qızma ünvanlanmış və Cavabdehə Əzizağa qızı həmin Pretenziyanı xx xxxxxx 2018-ci il tarixdə rəsmi qaydada almışdır. Həmin bildiriş ilə borcluya “xxxx” BOKT MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 770/SM-17 nömrəli Kredit müqaviləsi ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş qrafik üzrə cəmi 1 156,55 (bir min bir yüz əlli altı manat əllibeş qəpik) manat pulun qeydsiz şərtsiz olaraq 10 (on) gün müddət ərzində “xxxx” BOKT MMC-yə ödəməyi təklif olunmuşdur. Lakin göndərilmiş bildirişi Cavabdeh almasına baxmayaraq, ona edilən şifahi və yazılı xəbərdarlıqlara heç bir məhəl qoymadan krediti və ona dair hesablanmış faiz borclarını ödəməkdən yayınmış və “xxxx” BOKT MMC -nin Baş ofisi ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 770/SM-17 kredit müqaviləsinin 2.3-cü bəndinin tələblərinə əsasən üzərinə düşən öhdəlikləri borclu Cavabdeh lazımı qaydada icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7876/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1156,55 (bir min yüz əlli altı manat əlli beş qəpik) manat əsas borc, 30 (otuz) manat komissiya haqqı üzrə borc olmaqla, cəmi 1186,55 (bir min yüz səksən altı manat əlli beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” BOKT MMC-nə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7876/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Məhkəmə əmrinə etiraz belə əsaslandırılmışdır ki, məhkəmə əmrindən onun xəbəri olmamışdır. “xxxx” BOKT MMC-nə qızıllarını qoyub pul götürmüşdür. Pulun hamısını ödəmişdir. Sonradan onun xəbəri olmadan məhkəməyə şikayət verilib və məhkəmə əmri çıxarılmışdır. Buna görə də məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2241/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 554,85 (beş yüz əlli dörd manat səksən beş qəpik) manat əsas borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, “xxxx” BOKT MMC onun arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə xx xxxxx 2019-cu il tarixinə qədər 2200 manat kredit götürmüş, kreditin təminatı olaraq qızılları girov qoymuşdur. İlk zamanlar ödənişləri vaxtında və tam icra etmiş, sonradan işdən çıxması ilə əlaqədar olaraq ödənişləri edə bilməmişdir. Girov qoyulmuş qızıllar hərracda satılmışdır. Borc məbləğinin restrukturizasiyasından sonra 554,85 manat borcu qalmışdır. Həmin borcu ödəməyə razıdır. Lakin hiss-hissə ödəmək imkanı vardır. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 770/SM- 17 nömrəli kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən borclu Cavabdeh illik 4 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 770/ŞM- 17 nömrəli girov müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 770/SM-17 nömrəli kredit müqaviləsinin təminatı olaraq müqavilənin 1-ci bəndində göstərilmiş ümumi dəyəri 1785 manat olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. “xxxx” BOKT MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixli 770/SM-17 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməmiş hissəsinin 10 gün müddətində ödənilməyəcəyi təqdirdə müvafiq tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə dair arayışın elektron çıxarışından görünür ki, Cavabdeh “xxxx” BOKT MMC-nə 554,85 (beş yüz əlli dörd manat səksən beş qəpik) manat əsas borcu vardır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh 2200 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Cavabdeh borcu tələb edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçı “xxxx” BOKT MMC-nə ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumu cavabdeh şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 554,85 (beş yüz əlli dörd manat səksən beş qəpik) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnarə Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar