Məhkəmə qərarları › İş №e-2(004)-2259/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2259/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2259/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi ilə, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə əsasən 4884.13 AZN əsas; 527.09 AZN faiz;cəmi 5411.22 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə əsasən 156.84 AZN əsas; 29.48 AZN faiz,cəmi 186.32 AZN borcun və ödənilmiş 75.98 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6690 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona Dövlət rüsumunun ödənilməsi haqqında məlumat məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı Kredit Xətti müqaviləsinə əsasən ona 300 AZN məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestri əlavə edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3299123Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdilənləri nəzərə alaraq, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6690 AZN məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kredit sığortası şəhadətnaməsindən görünür ki, Sığortalı tərəfindən sığorta müddəti ərzində (xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək) məşğulluğun itirilməsi halının baş verməsi ilə əlaqədar Sığortalının Faydalanan şəxs (İddiaçı ASC) qarşısında kredit öhdəliyinin qarşılanması təminatı verilmişdir. Sığorta məbləği maksimum 5 ay olmaqla aylıq kredit kartı limitinin (6690 manat) 10%-i həcmində müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən ona Birbank Cashback ödəniş kartı verilmiş, şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti açılmış və ilkin olaraq 300 AZN məbləğində kredit verilmiş, müştəri isə kartdan və kredit xəttindən istifadə etməsinə görə yaranmış borcları Banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd Plastik kart verilmiş, borclu onu almasına dair orderə imza etmişdir. xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən borclu Əmiraslanov Ramil Eldar oğluna kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə AR-nın qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirin görüləcəyini bildirilmişdir. xx.xx.2025-ci il tarixli, № 15/01361 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə əsasən 4884.13 manat əsas; 527.09 manat faiz;cəmi 5411.22 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə əsasən 156.84 manat əsas; 29.48 manat faiz,cəmi 186.32 manat borcu yaranmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə ilə İddiaçı ASC üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Bunun nəticəsində cavabdehin banka xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə əsasən 4884.13 manat əsas; 527.09 manat faiz;cəmi 5411.22 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə əsasən 156.84 manat əsas; 29.48 manat faiz,cəmi 186.32 manat borcu yaranmışdır.Odur ki, iddiaçı cavabdehdən borcu tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə əsasən 4884,13 (dörd min səkkiz yüz səksən dörd manat on üç qəpik) manat əsas; 527,09 (beş yüz iyirmi yeddi manat doqquz qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə əsasən 156,84 (bir yüz əlli altı manat səksən dörd qəpik) manat əsas; 29,48 (iyirmi doqquz manat qırx səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 5597,54 (beş min beş yüz doxsan yeddi manat əlli dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 75,98 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR9263794A299 saylı kredit müqaviləsinə əsasən 4884,13 (dörd min səkkiz yüz səksən dörd manat on üç qəpik) manat əsas; 527,09 (beş yüz iyirmi yeddi manat doqquz qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli, BRCB6098144A226 saylı kredit kartına dair müqaviləyə əsasən 156,84 (bir yüz əlli altı manat səksən dörd qəpik) manat əsas; 29,48 (iyirmi doqquz manat qırx səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 5597,54 (beş min beş yüz doxsan yeddi manat əlli dörd qəpik) manat pul və 75,98 (yetmiş beş manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar