Məhkəmə qərarları › İş №e-2(004)-2265/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2265/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2265/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X5 20000 manat, 150 manat vəkilə verilən pul, 151 manat məbləğində dövlət rüsumunun, cəmi 20301 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X6 arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən 20000 manat pulu borc şəklində X4 vermişdir. X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. Sonuncu AR-İ 796896 nömrəli etibarnamə ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327,6 kv.m olan fərdi yaşayış evinin 1/15 hissəsinə dair İddiaçı onun adından bir çox hərəkətləri etməyinə etibar etmişdir. X2 mülkiyyətində olmuş mirası qanun üzrə vərəsələri Cavabdeh2 və X12 tərəfindən xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisində 2V-503 nömrəli qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə ilə qəbul edilmişdir. Hazırda mirası qəbul edənlər cavabdehlik daşıyır. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, cavabdehlərin anası X6 13 sentyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 365.1.7. maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi həmin etibarnamənin qüvvəsinə xitam verilməsi üçün əsasdır. Bu o deməkdir ki, mərhum X6 tərəfindən hazırki iş üzrə İddiaçı verilmiş AR-İ 796896 nömrəli etibarnamənin qüvvəsinə artıq xitam verilmişdir. Hazırda sözügedən etibarnamənin heç bir hüquqi güvvəsi yoxdur. Eyni zamanda, iddiaçı iddia edir ki, mərhum X6 arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən 20.000 manat pulu borc şəklində X4 vermişdir. Qeyd olunmalıdır ki, mərhumun qızı hazırki iş üzrə Cavabdeh2 iddiaçını tanımır və mərhum anasının ona borclu olması barədə heç bir məlumatı olmamışdır. Əgər borclu olubsa da, həmin iddia olunan borc məbləği iddiaçıya qaytarılmışdır. Belə ki, mərhum X6 ölüm ayağında olduğu zaman heç kimə borclu qalmadığını, yalnız banka 4000 manata yaxın borcunun olmasını qızına Cavabdeh2 şifahi şəkildə bildirmişdir. İddiaçı həmin borc məbləğinin qaytarılmamasını nə ilə sübut edə bilər o da sual doğurur. Qeyd edilənləri nəzərə alıb İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, o borcla bağlı Şükufə ilə danışmışdır. Ondan pulu istəyirdi. O, alverlə məşğul idi. Bildirirdi ki, pulu olanda onunla görüşəcək. O, qızının yanına getmiş və qızı demişdir ki, bu haqda bilmir. Anasının ona pul müqabilində evin çıxarışını verdiyini demişdir. 30 ildir ki, Şükufə xanımı tanıyır. Ondan da pulu alver etmək məqsədilə götürmüşdü, bildirmişdir ki, hissə-hissə qaytaracaq. Puldan ona heç bir məbləğ qaytarmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanılmış müqaviləyə əsasən iddiaçı X4 20000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə X6 vəfat etmişdir. Bunun əsasında da onlar 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmişlər. Onlara belə bir cavab verildi ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində 2V-503 nömrəli qanun üzrə vərəsəlik işi açılıb və şəhadətnamə verilərək Cavabdeh2 və X12 tərəfindən miras əmlak qəbul edilib. Hesab edirlər ki, miras əmlakı qəbul etmiş şəxslər vərəsələr hesab olunduğuna görə borc da onlardan tələb olunmalıdır. Ona görə də 20000 manat borc, 150 manat vəkil xərci və 151 manat dövlət rüsumunun tutulmasını tələb edirlər. Xanım çıxarışın əslini pulun qarşılığında girov kimi iddiaçıya verib. Etibarnamə ilə hər hansı əməliyyat aparılmayıb. Vərəsəlik cavabdehlər tərəfindən qəbul olunub, onlar da bundan sonra iddia qaldırmışlar. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, anasının “Azərbaycan Beynəlxalq Bankı”na 4000 manat borcu olub. İddiaçıya anasının borcunun olması ilə bağlı heç bir məlumatları yoxdur. İddiaçını heç vaxt görməmişdir, tanımır. Anası bu barədə onlara heç nə deməyib. Ölüm ayağında olarkən dedi ki, onun heç kimə borcu yoxdur, sadəcə 4000 manata qədər “Azərbaycan Beynəlxalq Bankı”na borcu var. İddiaçıdan borc götürülüb və ödənilib. Məbləğ 20000 manat olmayıb, 6000 manata qədər olub. Anasının iddiaçıdan götürdüyü 6000 manatın ödənilməsinə dair məlumatı yoxdur. Digər cavabdehin də mövqeyindən çıxış edir. O, notariusa gedib çıxarış istəyəndə onlara iddiaçını tanıdıqlarını bildirdilər, həmçinin evini göstərdilər, həmin notariusla işlədiyini, faiz verdiyini bildirdilər. İddiaçı hətta onların evinə də bir dəfə gəlib. Onu tanıyıb-tanımadıqlarını soruşmuş və onun da onları tanımadığını bildirmişdir. Çıxarışın iddiaçıda olduğunu bilməmişdir. O, elə eşitmişdir ki, iddiaçı 6000 manat faizlə verib, onun da hamısı qaytarılıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddia ərizəsində qeyd olunur ki, iddiaçı tərəfə X6 796896 nömrəli etibarnamə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında yerləşən ümumi sahəsi 327,6 m2 olan fərdi yaşayış evinin 1/15 hissəsinə dair bir çox hərəkətləri etməyə etibarnamə verilmişdir. Bu hissədə bildirmək istəyir ki, X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mülki Məcəllənin 365.4.7-ci maddəsinə əsasən etibarnamə vermiş şəxsin ölməsi həmin etibarnamənin qüvvədən düşməsinə əsasdır. Bu o deməkdir ki, X6 tərəfindən hazırki iş üzrə iddiaçıya verilmiş etibarnamə qüvvədən düşmüşdür. Hazırda həmin etibarnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Tərəflər arasında borcla bağlı kredit müqaviləsi 2019-cu ildə bağlanılmışdır və 2019-cu ildən 2021ci ilə qədər cavabdehlər iddiaçını tanımayıblar. Anaları yaşlı olub, ölüm ayağında olduqda əmlakla bağlı məlumat verib və qeyd edib ki, 4000 manat banka borcu var. Tələb olunan borcla bağlı ümumiyyətlə heç bir məlumat yoxdur. Böyük ehtimal borc bağlanılıb. Etibarnamənin vaxtı bitdiyinə görə yəqin ki, ödənişlər də həyata keçirilib. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 və onların hər biri miras əmlakdan (paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus olan hissəsindən) 1/3 irs almalıdırlar. İş materiallarında olan AZ-İİ 220199 seriya nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu bardədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 759 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh2 reyestrdə 8İ-8053 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh2 ünvan 2 ünvanında yaşamış və 13 sentyabr 2021-ci il tarixdə vəfat etmiş anası X1 qalmış miras əmlakı qəbul edir. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: oğlu Cavabdeh1 və qızı X11. İş materiallarında olan Cavabdeh1 reyestrdə 8İ-8054 nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh1 ünvan 2 ünvanında yaşamış və 13 sentyabr 2021-ci il tarixdə vəfat etmiş anası X1 qalmış miras əmlakı qəbul edir. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: qızı Cavabdeh2 və qızı X11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən borc verən (İddiaçı) borc alana (X7) 20000 manat məbləğində pul verir, borc alan krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 271 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 xx.xx.2022-ci il tarixində 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində vərəsələrinə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. İş materiallarında olan ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/15 hissəsi xx.xx.2016-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR-İ 796896 nömrəli etibarnamə ilə X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327,6 kv.m olan fərdi yaşayış evinin 1/15 hissəsinə dair İddiaçı onun adından bir çox hərəkətləri etməyinə etibar etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən borc verən (İddiaçı) borc alana (X7) 20000 manat məbləğində pul vermiş, borc alan krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan reyestrdə 8İ-8053 və 8İ-8054 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yaşamış və 13 sentyabr 2021-ci il tarixdə vəfat etmiş anaları X1 qalmış miras əmlakı qəbul etdikləri bildirmək üçün notariusa müraciət etmişlər və xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 və onların hər biri miras əmlakdan (paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus olan hissəsindən) 1/3 irs almalı olduqları qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu miras qoyanın vərəsələrindən tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, X10 151 manat məbləğində dövlət rüsumunu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, X10 vəkil üçün xidmət haqqı olan 150 manat məbləğində pul vəsaitini Salyan Rayon Vəkil Bürosuna ödəmişdir. Odur ki, məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə görə 150 manat və ödənilmiş 151 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X8 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 151 (yüz əlli bir) manat məbləğində pul tutularaq iddiaçı X8 ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar