Məhkəmə qərarları › İş №e-2(004)-2284/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2284/2023

05.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2284/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sədrəddinova İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 494,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə daxil olmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qohumu X1 arvadıdır. Hazırda cavabdehlə X5 arasında nikah münasibətləri pozulmuş, tərəflər arasında nikahın ləğvi və əmlak tələbi barədə məhkəmə çəkişməsi başlamışdır. Lakin cavabdeh son günlərdə iddiaçı ilə heç bir əlaqəsi olmadan ona məxsus olan daşınmaz əmlaka - ünvan 1 ünvanındakı 494,3 kv.m. sahəli qeyri-yaşayış sahəsinə müdaxilə edir, binadan çıxmaqdan imtina edir, həmin obyektlərdə normal təsərrüfat fəaliyyətini iflic edir. Həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin Cavid Hüseynova və Cavabdehə aidiyyatı yoxdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil İlyas oğlu iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbini tamamilə əsassız hesab edir. İddia ərizəsində göstərilmişdir ki, guya Cavabdeh ilə X5 arasında nikah münasibətləri pozulmuş, tərəflər arasında nikahın ləğvi və əmlak tələbi barəsində məhkəmə çəkişməsi başlanmışdır. Cavid Hüseynovla cavabdehin nikah münasibətləri hazıradək pozulmamışdır. Əgər belə bir qətnamə və bunun əsasında alınan nikahın pozulması haqqında şəhadətnamə mövcud olsaydı, iddiaçı tərəf həmin sənədləri sübut kimi məhkəməyə təqdim edərdi. Çünki hazırda Gəncə şəhər Məhkəməsində nikahn pozulması ilə bağlı məhkəmə icraatı davam edir və İddiaçı vəkili Nümayəndə eyni zamanda həmin iş üzrə Cavid Hüseynovun hüquqlarını müdafiə etməkdədir. Yəni nikahın pozulması barədə hər hansı mötəbər sənəd olsaydı, iddiaçının nümayəndəsi həmin sənədi hazırkı iddia ərizəsinə əlavə edərdi. İddia ərizəsində göstərildiyi kimi X3 qarşı nikah dövründə əldə olunmuş, ümumi mülkiyyət sayılan "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalının ½ hissəsinə, habelə birgə nikah dövründə əldə olunmuş 73 (yetmiş üç) ədəd daşınmaz əmlaka pay hüququnun tanınması tələbinə dair Samux Rayon Məhkəməsində iddia qaldırılmış və iş hazırda icraatdadır (hakim Gündüz Şirinov). Qeyd edilməlidir ki, nikah dövründə Cavid Hüseynov xx.xx.2016-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı "Casamia” MMC-də (bundan sonra - MMC, VÖEN: **********) sahib olduğu 100 (bir yüz) payını almışdır. İddia ərizəsində göstərilən ünvanda yerləşən qeyri-yaşayış sahəsində müvafiq icarə müqaviləsi əsasında "xxxx" MMC-nin mağazası fəaliyyət göstərir, başqa sözlə, faktiki olaraq cavabdehin 50 faiz payı olan MMC-nin 1 mağazası sözügedən ünvandadır. Qeyri-yaşayış sahəsinin mülkiyyətçi olaraq cavabdehə aidiyyəti olmadığı kimi, MMC-nin də iddiaçıya aidiyyəti yoxdur. Mübahisəli ünvanda "xxxx" MMC-yə məxsus mağazanın fəaliyyət göstərməsini həmin MMC-nin internet saytından (www.casamia.az) da aydın şəkildə görmək mümkündür. Beləliklə, məhkəmə hazırkı iddianı təmin edərsə, faktiki olaraq cavabdehin 50 faiz payı olan və dövriyyəsi milyon manatlarla ölçülən "xxxx" MMC-nin mağazasına nəzarət hüququ, habelə sahiblik və istifadə hüququndan qanunsuz olaraq məhrum etmiş olacaqdır. Qeyd olunanlara əsasən iddiaya etiraz edir və tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil İlyas oğlu etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 494.3 kv. m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X2 (icarəyə verən) ilə "xxxx" MMC-nin adından X4 (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, bina 51, qapı 1 ünvanında yerləşən, ümumi sahəsi 926.5 kv.m. olan olan qeyri-yaşayış sahəsini icarəçiyə verir(lər), icarəyə götürən icarəyə verənə aylıq 3000 manar icarə haqqı ödəyir. “www.casamia.az” saytından əldə olunmuş məlumatlardan görünür ki, "xxxx" mağazalar şəbəkəsinin “İnqilab” filialı Nərimanov rayonu, X8 küçəsi, bina 51 ünvanında, “Azadlıq” filialı Nəsimi rayonu, Azadlıq prospekti 199 ünvanında, “Yasamal” filialı Yasamal rayonu, Mikayıl Müşviq küçəsi 11/13 ünvanında, “X10” filialı Neftçilər prospekti 151 ünvanında yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər üçüncü şəxslərin hüquqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı (mülkiyyətçi) özünə məxsus qeyriyaşayış sahəsini icarəyə verib, orada ticarət obyekti fəaliyyət göstərir. Ticarət obyekti isə hamının buxarılması üçün açıq olan yerdir. Ona görə də iddiaçının (mülkiyyətçinin) öz mülahizəsi ilə cavabdehin qeyri-yaşayış sahəsinə gəlməsini qadağan etməsi cavabdehin istehlakçı kimi hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360, 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar