Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2296/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 8121***-*******01 nömrəli müqavilə üzrə cavabdehlərdən müştərək qaydada 14564.01 (on dörd min beş yüz altmış dörd manat bir qəpik) manat əsas kredit borcu, 1471.03 (min dörd yüz yetmiş bir manat üç qəpik) manat faiz borcu, 143.79 (yüz qırx üç manat yetmiş doqquz qəpik) manat penya olmaqla ümumilikdə 16178.83 (on altı min yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat pul və ödənilmiş 138.54 (yüz otuz səkkiz manat əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 8121***-*******01 nömrəli müqaviləsinə əsasən cavabdehə illik 21% dərəcəsi ilə 48 ay müddətinə 22500 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin qismində iştirak edən müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə əsas əsas borclu Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyırlar. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8121***-*******01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 21% dərəcəsi ilə 48 ay müddətinə 22500 manat kredit verilmişdir. İş materiallarında olan 8FİZAM127618201 saylı 12 oktyabr 2021-ci il tarixli və 8FİZAM127747802 saylı 12 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə əsas öhdəliyin təminatı tədbiri qismində öz üzərlərinə götürmüşlər. Müqavilə üzrə zaminlər əsas borclu ilə bərabər məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 8121***-*******01 nömrəli kredit müqaviləsinə əsasən 14564.01 (on dörd min beş yüz altmış dörd manat bir qəpik) manat əsas kredit borcu, 1471.03 (min dörd yüz yetmiş bir manat üç qəpik) manat faiz borcu, 143.79 (yüz qırx üç manat yetmiş doqquz qəpik) manat penya olmaqla ümumilikdə 16178.83 (on altı min yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış Kredit müqaviləsinin və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (cərimə öhdəliyinə münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zaminlər Cavabdeh3 və Cavabdeh1 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış Kredit müqaviləsinin və zaminlik müqavilələrinin şərtləri və MM-in 421, 462, 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 8121***-*******01 nömrəli müqaviləsinə əsasən cavabdehə illik 21% dərəcəsi ilə 48 ay müddətinə 22500 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin qismində iştirak edən müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə əsas əsas borclu Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 14564.01 (on dörd min beş yüz altmış dörd manat bir qəpik) manat əsas kredit borcu, 1323.22 (min üç yüz iyirmi üç manat iyirmi iki qəpik) manat faiz borcu, 85.54 (səksən beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 15972.77 (on beş doqquz yüz yetmiş iki manat yetmiş yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 138.54 (yüz otuz səkkiz manat əlli dörd qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 14564.01 (on dörd min beş yüz altmış dörd manat bir qəpik) manat əsas kredit borcu, 1323.22 (min üç yüz iyirmi üç manat iyirmi iki qəpik) manat faiz borcu, 85.54 (səksən beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 15972.77 (on beş doqquz yüz yetmiş iki manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 138.54 (yüz otuz səkkiz manat əlli dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 14564.01 (on dörd min beş yüz altmış dörd manat bir qəpik) manat əsas kredit borcu, 1323.22 (min üç yüz iyirmi üç manat iyirmi iki qəpik) manat faiz borcu, 85.54 (səksən beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 15972.77 (on beş doqquz yüz yetmiş iki manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 138.54 (yüz otuz səkkiz manat əlli dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2296/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2296/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver