Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-230/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 71.051,2 manat əsas borc, 10.880,1 manat faiz borcu olmaqla, cəmi 81.931,3 manat (səksən bir min doqquz yüz otuz bir manat 30 qəpik) manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 336 (üç yüz otuz altı) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilməsi, torpaqların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borcuna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərbaycan Mikro Kredit BOKT” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 30 ay müddətinə, illik 25% ödəmək şərti ilə 258.000 (iki yüz min əlli səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********02 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Sumqayıt şəhəri, Novxanı bağ massivi, 507 saylı bağ evini götürmüş olduğu kreditinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçının razılığı əsasında ipoteka predmeti satılaraq borc yönəldilmişdir. Daha sonra qalıq qalmış 108.876,63 manat kredit borcunun təminatı olaraq xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsini, xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı ipoteka müqaviləsinə əsasən X1 özünə məxsus ünvan 2da yerləşən torpaq sahəsini Cavabdeh2 götürmüş olduğu kreditinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, 2572/2020 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1, borclu Cavabdeh2 kreditor təşkilat qarşısında yaranmış 108.876.63 manat öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsinin şərtlərini dəfələrlə pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə, cavabehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayarq, bunun bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 iddiaçı təşkilata 71.051,2 manat əsas borcu və 10.880,1 manat faiz borcu olmaqla, cəmi 81.931,3 manat kredit borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, mütəxəssis rəyi ilə razılaşmır. Belə ki, torpaq sahələrinin dəyəri rəydə çox göstərilmişdir. Bu rəyə əsasən qətnamə qəbul edilsə bank ziyana düşə bilər. Əmlakın yenidən qiymətləndirilməsini və qiymətləndirmənin ƏN-in MEMə həvalə edilməsini xahiş edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, o, müqavilə bağlayaraq bankdan kredit götürmüşdür. Daha sonra bankla aralarında yeni müqavilə bağlanmış və kredit müqaviləsinin müddəti uzadılmışdır. Tikinti şirkəti olmuş və iflas etmişdir. Buna görə də borcu vaxtında qaytara bilməmişdir. Hazırda borcunu qəbul edir. Ekspert rəyi ilə razıdır. Əmlakın müəyyən edilmiş dəyəri borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borcu ümumi qaydada ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kreditor "xxxx" BOKT ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, bank borcalana sahibkar-digər qeyri-istehsal və xidmət sahəsi məqsədləri üçün 30 ay müddətinə illik 25% ödəmək şərtilə 258.000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə üzrə 108.876.63 manat qalıq borc müəyyən edilmiş və müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, müqavilə üzrə müəyyən edilmiş digər şərtlərin dəyişdirilməyərək qalması müəyyən edilmişdir. - "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə zamin kimi borclu ilə birlikdə tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - ipoteka saxlayan "xxxx" BOKT ASC, borc alan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi və ona 01 nömrəli əlavənin təminatı olaraq mülkiyyətində olan “ünvan 3 ünvanda yerləşən torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. - ipoteka saxlayan "xxxx" BOKT ASC, borc alan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi və ona 01 nömrəli əlavənin təminatı olaraq mülkiyyətində olan ünvan 2da yerləşən torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. - "xxxx" BOKT ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 6800 saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi və ona 01 nömrəli əlavə üzrə xx.xx.2023-cü il tarixə 71.051,2 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 10.880,1 manat faiz borcu, cəmi isə 81.931,3 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişlərdən müəyyən edilir ki, iddiaçının müraciətinə əsasən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ipoteka predmeti olan torpaq sahələrinə tutma yönəldilməsi ilə bağlı bildiriş qeydə alınmışdır. - iş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0134 saylı əmlakın qiymətləndirilməsinə dair hesabata əsasən torpaq sahələrinin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinin likvid dəyəri 45.000 manat manat təşkil edir. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh2 kredit müqaviləsi və ona əlavə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2572/2020 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada borcun tutulması hissəsində əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş əmlaka dair hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə yaranan borcun tutulması ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın hər birinin bazar dəyəri 14.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinin likvid dəyəri 45.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti (likvid dəyər) – 45.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan ipoteka müqavilələrindən müəyyən edilir ki, ayyı-ayrılıqda olan torpaq sahələrinin ölçüləri eyni olmaqla hər birinin dəyəri müqavilə üzrə 14.000 (on dörd min) manat qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində ipoteka predmeti olan hər iki torpaq sahəsinin ümumilikdə likvid dəyəri 45.000 manat manat müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, hər bir torpaq sahələrinin ilkin satış qiyməti (likvid dəyər) – 22.500 manat olmaqla, ikisi birlikdə 45.000 manat müəyyən edilməlidir. İddiaçının nümayəndəsinin "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş məbləğə münasibətdə etirazı ilə bağlı məhkəmə qeyd edir ki, etirazın dəlilləri mötəbər sübutlarla əsaslandırılmadığından əsassız hesab edilməklə rədd edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə tutma yönəldildikdən sonra həmin əmlak ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə 71051.2 manat əsas, 10880.1 manat faiz borcu olmaqla, cəmi 81931.3 (səksən bir min doqquz yüz otuz bir manat iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 336 (üç yüz otuz altı) manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalı; xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilməli, həmin əmlakların ilkin satış qiyməti hər biri 22.550 manat olmaqla ümumilikdə 45000 (qırx beş min) manat müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılmalı və satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə 71051.2 manat əsas, 10880.1 manat faiz borcu olmaqla, cəmi 81931.3 (səksən bir min doqquz yüz otuz bir manat iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 336 (üç yüz otuz altı) manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilsin, həmin əmlakların ilkin satış qiyməti hər biri 22.500 manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat müəyyən edilsin, torpaq sahələri ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-230/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-230/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver