Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2308/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 17 avqust 2015-ci il tarixdən 22 fevral 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12925,06 ABŞ dolları əldən çıxmış fayda borcun və 156,11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 70000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 17 avqust 2015-ci il tarixli 2(006)-5200/2015 saylı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 26 noyabr 2013-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 54700 ABŞ dolları pul məbləğinin tutulması qət edilmişdir. 26 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə 17 avqust 2015-ci il tarixdən 22 fevral 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12925,06 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər və cərimələr cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə “Lexus 570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil 2247,19 ABŞ dollarına satılıb, onun satışından gələn gəlir çıxıb və avtomobil qəzalı olduğu üçün 31780,48 ABŞ dolları sığortadan gələn vəsait çıxılıbdır. Qeyd etmişdir ki, buna baxmayaraq, sonradan cavabdeh hərracın protokolunu mübahisələndirmiş və həmin protokol məhkəmə tərəfindən ləğv olunmuşdur. Lakin avtomobilin qiyməti ilkin hərrac ilə 4000 manat qiymətləndirilmişdir. Ümumilikdə cavabdehin 2018-ci ilin fevral ayında 20672,33 ABŞ dolları qalıq borcu qalmışdır, yəni 2015-ci il tarixdən ödənilməyən məbləğ 20672,33 ABŞ dollarıdır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarına əsasən əldən çxmış fayda kimi 5 faizinin ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş matariallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5200/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" X1 xeyrinə 26 noyabr 2013-cü il tarixli, 23-A-1-0-168-13 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 48530 ABŞ dolları əsas kredit borcu, 6058 ABŞ dolları faiz borcu, 112 ABŞ dolları dəbbə (cərimə) borcu, cəmi 54700 (əlli dörd min yeddi yüz) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, həmin tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “Lexus 570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3936/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Hərracın nəticələri haqqında” 14/04 nömrəli, 03 mart 2017-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, “Lexus-570” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobilə dair X2 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, “Lexus-570” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobilə dair aparılmış əvvəlki qeydiyyat, yəni Cavabdeh Qabil oğlunun mülkiyyət hüququnun bərpa edilməsi, X5 tərəfindən “Lexus-570” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobilin alınması üçün ödənilmiş 4000 manat məbləğində pul vəsaitinin X3 qaytarılması qət olunmuşdur. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3417/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3936/2017 saylı iş üzrə 21 avqust 2017-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" İKB ASC-nə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı ASC tərəfindən Cavabdeh Qabil oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə (hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh Qabil oğlu (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 12925,06 ABŞ dolları borcu vardır. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinin təmin etməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış fazilərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh Qabil oğlundan borcu xəbərdarlıq məktubunu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfindən borc məbləğinin borcludan tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq və Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı ASC-nin 26 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Qabil oğlunun 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən illik 17 faizlə 36 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 avqust 2015-ci il tarixindən 22 fevral 2024-cü il tarixinədək Cavabdeh Qabil oğlunun illik 5%-lə hesablanmış 12925,06 ABŞ dolları borcu vardır. Göründüyü kimi, "xxxx" ASC (Nikoyl İKB) Cavabdeh Qabil oğluna qarşı borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması ilə bağlı məhkəməyə müraciət etmiş, həmin zaman əldən çıxmış fayda ilə bağlı hər hansı bir iddia tələbi olmamış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5200/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə borc məbləğinin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Həmin iddia tələbi irəli sürülərkən əsas, faiz və cərimə borcu hesablanmış və cəmi borc məbləğinin tutulması qət edilmişdir. Hazırda iddiaçı borclunun (cavabdehin) 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 54700 ABŞ dolları borcu olduğuna görə illik 5 faizlə hesablanmış borc faizinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5200/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" X1 xeyrinə 26 noyabr 2013-cü il tarixli, 23-A-1-0- 168-13 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş cəmi 54700 (əlli dörd min yeddi yüz) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, həmin tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “Lexus 570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Cavabdeh 2015-ci il tarixdən qalıq borcu 20672,33 ABŞ dolları təşkil edir. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarına istinad edərək, əldən çxmış fayda kimi 5 faizinin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin 17 avqust 2015-ci il tarixdən 22 fevral 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12925,06 ABŞ dolları əldən çıxmış fayda borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 12925,06 ABŞ dolları əldən çıxmış fayda ümumi borca, yəni 54700 (əlli dörd min yeddi yüz) ABŞ dollarına münasibətdə hesablanmışdır. Lakin cavabdehin 2015-ci il tarixdən qalıq borcu 20672,33 ABŞ dolları təşkil edir və iddiaçı əldən çıxmış fayda kimi 5 faizi 20672,33 ABŞ dollarına münasibətdə hesablamalı idi. 20672,33 ABŞ dollarının 5 faizi (20672,33 x 5% = 1033,6165) 1034 ABŞ dolları təşkil edir. 1034 ABŞ dollarının 1 ayı (1034:12=86,134) 86,10 ABŞ dolları təşkil edir. Göründüyü kimi İddiaçı ASC iddia tələbini maliyyə arayışına əsasən 26 fevral 2024cü il tarixədək tələb edir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddiaya iddia tələbi həcmində qiymət verilməli və 26 fevral 2024-cü il tarixə olan borc hesablanmaqla 08 il 06 ay 05 günə olan borcu müəyyən edilməklə (8 il üzrə (1034 x 8 = 8272) 8272 ABŞ dolları, 6 ay üzrə (6 x 86,10 = 516,06) 516,06 ABŞ dolları, 5 gün üzrə (86,10 : 30 x 5 = 14,33 ABŞ dolları), cəmi 8802,39 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8802,39 (səkkiz min səkkiz yüz iki dollar 39 sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 156,11 (yüz əlli altı manat 11 qəpik) manat məbləğində dövlət rüsumunun 106,31 (yüz altı manat 31 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 49,80 (qırx doqquz manat 80 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8802,39 (səkkiz min səkkiz yüz iki dollar 39 sent) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutulsun. İş üzrə ödənilmiş 156,11 (yüz əlli altı manat 11 qəpik) manat məbləğində dövlət rüsumunun 106,31 (yüz altı manat 31 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, qalan 49,80 (qırx doqquz manat 80 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2308/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2308/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver