Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2320/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının, Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nın vəkili və nümayəndəsi Vəkil Vələddin qızının iştiraklkarı ilə, İddiaçı “Azərbaycan Beynalxalq Bank" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Beynalxalq Bank" ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 023-R.P nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 97915.74 AZN, faiz borcu üzrə 19172.47 AZN, cəmi 117088.21 AZN kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 407.09 AZN dövlət rüsumu və 0.61 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 12:15-ə təyin olunmuşdur. Daha sonra iddiaçı "xxxx" ASC AZEMİS vasitəsilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbi üzrə iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nın vəkili və nümayəndəsi Vəkil Vələddin qızı ayrı-ayrılıqda mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının ərizəsini və cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2320/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2320/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver