Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2321/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və FEBA MTK-dan iddiaçı “X1” ASC-nin xeyrinə müştərək qaydada 48555,41 manat əsas, 4334,30 manat faiz borcu, olmaqla cəmi 52889,71 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 10,65 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqı cavabdehdən tutulması; Cavabdeh1 ipoteka qoyulmuş Yasamal rayonu, X4 prospekti, 190A, m 13, m 5 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190A, m 13, m 5 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv/m olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka ola borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməуə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq “X1" ASC-yə ödənilməsi və ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və FEBA MTK-dan iddiaçı “X1” ASC-nin xeyrinə müştərək qaydada 48555,41 manat əsas, 3781,99 manat faiz borcu, olmaqla cəmi 52337,4 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 10,65 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqının cavabdehdən tutulması; Cavabdeh1 ipoteka qoyulmuş Yasamal rayonu, X4 prospekti, 190A, m 13, m 5 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv/m olan mənzildən istifadə hüququna xitam verilməklə çıxarılması və mənzilin boşaldılması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190A, m 13, m 5 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv/m olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka ola borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməуə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq “X1" ASC-yə ödənilməsi və ödənilmiş 249 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 380-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 və Cavabdeh2 MTK arasında bağlanılmış 380-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 illik 10 faiz olmaqla, 240 ay müddətinə 51981 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 380-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2016-cı il tarixli 1 saylı əlavə imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən ümumi sahəsi 52.3 kv/m olan 5 saylı mənzilin ipotekaya qoyulması barədə xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə Banka 48555,41 manat əsas, 3781,99 manat faiz borcu, olmaqla cəmi 52337,4 manat borcu mövcuddur. Cavabdehlər Kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də, borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, tələb olunan borc məbləği ilə razıdır. Maddi vəziyyəti ilə əlaqədar bir müddət borcu ödəyə bilməmişdir. Lakin sonradan hər ay ödənişləri ödəyir. Mənzilin satılmasına razı deyildir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 və Cavabdeh2 MTK-nın nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 380-xx-xx-2016-HR-FE nömrəli Təminatlı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətinə illik 10% dərəcəsi ilə 51981 manat məbləğində kredit verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilənmüddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 51981 manat məbləğində krediti qəbul etmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2036-cı il tarixədək hər ay 501,70 manat sonuncu ay 447,31 manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 380-xx-xx-2016-HR-FE nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 1 nömrəli əlavədən görünür ki, təflərin razılığı ilə müqavilədə Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 4 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzil ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 22 avqust 2016-cı il tarixli, 380-xx-xx-2016-HR-FE nömrəli və Cavabdeh3, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 22 avqust 2016-cı il tarixli, 380-xx-xx- 2016-HR-FE nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 MTK və Cavabdeh3 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC-nin Abşeron filialı və ipoteka qoyan-borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzili 22 avqust 2016-cı il tarixli, 380-xx-xx-2016-HR-FE nömrəli kredit müqaviləsinə və 25 avqust 2016-cı il tarixli 1 nömrəli əlavəyə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoeka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə dair "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklülük xx.xx.2016-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predimetinə tutmanın yönəldilməsi haqqında bildirişin və qeyd edilən bildirişin çatdırılmasına dair qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC -nin xx.xx.2021-ci il tarixli, ********** nömrəli elektron müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 48555,41 manat əsas borc, 3781,99 manat faiz borcu olmaqla, cəmi 52337,40 manat borcu yaranmışdır. İş materiallarında olan "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 01 iyun 2022-ci il tarixli 004-058/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilin bazar dəyəri 91800 manat, likvid dəyəri 84500 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 380-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 10 faiz olmaqla, 240 ay müddətinə 51981 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə 380-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməli, 748555,41 manat əsas borc və 3781,99 manat faiz borcu Cavabdeh1 iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MTK -nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, ipoteka saxlayan "xxxx" ASC-nin Abşeron filialı və ipoteka qoyan-borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzili 22 avqust 2016-cı il tarixli, 380-xx-xx-2016-HR-FE nömrəli kredit müqaviləsinə və 25 avqust 2016-cı il tarixli 1 nömrəli əlavəyə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2016-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı "xxxx" ASC) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) "xxxx" ASC hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana-Cavabdeh1 qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 01 iyun 2022-ci il tarixli 004-058/2022 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. "Yeni Dövr" Qiymətləndirmə Məkrkəzinin 01 iyun 2022-ci il tarixli 004-058/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilin bazar dəyəri 91800 manat, likvid dəyəri 84500 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilin ilkin satış qiyməti (likvid) 84500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid ediir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 249,40 manat dövlət rüsumu və bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,77 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, aparılmış məhkəmə-qiymətləndirmə ekspertizasının xərci olan 350 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada 48555,41 (qırx səkkiz min beş yüz əlli beş manat qırx bir qəpik) manat əsas borc, 3781,99 (üç min yeddi yüz səksən bir manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 52337,40 (əlli iki min üç yüz otuz yeddi manat qırx qəpik) manat borc və iş üzrə ödənilmiş 249,40 (iki yüz qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti (likvid) 84500 (səksən dörd min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına cavabdehlər Cavabdeh1, “FEBA" MTK-dan və Cavabdeh3 tutulmalı olan ümumilikdə 52617,57 (52337,40+249,40+30,77=52617,57) manat pul iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh1 qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, Mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və ən geci 1 (bir) ay ərzində Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 350 (üç yüz ə manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN ********** (bankın VÖENİ), kod:505141, hesablaşma hesabı AA75PAHA40060AZNHC**********, müxbir hesab AZ82NABZ********************, SWİFT: PAHAAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada 48555,41 (qırx səkkiz min beş yüz əlli beş manat qırx bir qəpik) manat əsas borc, 3781,99 (üç min yeddi yüz səksən bir manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 52337,40 (əlli iki min üç yüz otuz yeddi manat qırx qəpik) manat borc və iş üzrə ödənilmiş 249,40 (iki yüz qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 84500 (səksən dörd min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına cavabdehlər Cavabdeh1, “FEBA" MTK-dan və Cavabdeh3 tutulmalı olan ümumilikdə 52617,57(52337,40+249,40+30,77=52617,57) manat pul iddiaçı "xxxx" ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X4 prospekti, 190 A, Mərtəbə 13 ünvanında yeləşən 5 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilsin və ən geci 1 (bir) ay ərzində Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 350 (üç yüz ə manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-dan və Cavabdeh3 müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN ********** (bankın VÖENİ), kod:505141, hesablaşma hesabı AA75PAHA40060AZNHC**********, müxbir hesab AZ82NABZ********************, SWİFT: PAHAAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2321/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2321/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver