Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2322/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi ilə, Ərizəçi İddiaçı Xaqani qızının maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Xaqani qızı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.05.2009-cu il təvəllüdlü X1 üçün 193 manat alimentin onun xeyrinə tutulmasına dair aralarında bağlanmış 11.03.2022-ci il tarixli, MSB/6-1399 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X10 oglu ilə birgə nikahlarından 26.05.2009-cu il tarixdə X8 anadin olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun himayəsinə verilmiş və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 19.01.2022-ci il tarixdə Cavabdeh alimentin məbləğinin artırılması barədə mediasiya prosesinin tətbiqi barədə təklif gdndərmiş və 11.03.2022-ci il tarixdə mediator X3 iştirakı ilə aralarında barışıq sazişi baglanmış, 26.05.2009-cu il təvəllüdlü X2 üçün hər ay 193 manat aliment ödəmək barədə razılığı gəlmişdirlər. Lakin, Cavabdehu barışıq sazişinin şərtlərini könüllü icra etmədiyi ücün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış ərizəçi İddiaçı Xaqani qızı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3185/2013 saylı, 27.12.2013-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 26.05.2009-cu il təvəllüdlü X5 anası İddiaçı Xaqani qızının himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarınaa olan, mediasiya reyestrində M-00274 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X6 tərəfindən tərtib olunaraq İddiaçı Xaqani qızı ("Birinci tərəf") və X7 ("İkinci tərəf") arasında bağlanmış, "İkinci tərəf' “Birinci tərəf'lə birgə nikahlarından anadan olmuş 26.05.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün "Birinci tərəf'ə hər ay 193 manat aliment ödəmək barədə öhdəlik götürmüşdür. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı şəxs Cavabdeh tərəfindən ərizəçi İddiaçı Xaqani qızı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 11.03.2022-ci il tarixli, MSB/6-1399 saylı barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı Xaqani qızı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 11.03.2022ci il tarixli, MSB/6-1399 saylı barışıq sazişi təsdiq edilsin. X4 26.05.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq, İddiaçı Xaqani qızına ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2322/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2322/2022
11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver