Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2322/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit müqavilələri üzrə pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh X3 qarşı “kredit müqavilələri üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR4999963A103 saylı kredit müqaviləsinə əsasən 5331,48 AZN əsas, 717,73 AZN faiz, cəmi 6049,21 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit kartına dair müqaviləyə əsasən 2101,12 AZN əsas, 568,36 AZN faiz, cəmi 2669,48 AZN borcun və ödənilmiş 107,19 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyilazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsinə əsasən 5331,48 AZN əsas, 717,73 AZN faiz, cəmi 6049,21 AZN borcu, xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit kartına dair müqaviləyə əsasən 2021,12 AZN əsas, 568,36 AZN faiz, cəmi 2669,48 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini bildirərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana xx.xx.2025-ci il tarixinədək qeyri-taksit əməliyyatları üzrə 25%, taksit əməliyyatları üzrə 0% olmaqla, 2100 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit müqaviləsinə əsasən birkart kredit növü ilə 60 ay müddətinə 2100 manat 25% faiz dərəcəsi ilə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli tarixli ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2100 manat məbləğində, BBLK4999962A103 nömrəli müqavilə ilə birkart verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. Həmçinin Cavabdeh "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesabları, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etmişdir. Ərizəsini nağdsız hesablaşmaların aparılması üçün hesabları və pul vəsaitləri üzrə sərəncam hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 103 nömrəli balansdankənar kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh 1 ədəd plastik kart almışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 35 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla, 6000 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 6000 manat məbləğində, 35 ay müddətinə GTKR4999963A103 nömrəli müqavilə ilə gündəlik tələbat krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. Həmçinin Cavabdeh "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesabları, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etmişdir. Ərizəsini nağdsız hesablaşmaların aparılması üçün hesabları və pul vəsaitləri üzrə sərəncam hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsində razılaşdırılmış 6000 manat məbləğində pulu almışdır. xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinə əsasən Cavabdeh 35 ay müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 224,61 manat, xx.xx.2025-ci il tarixi üçün 228,16 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. 22 dekabr 2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsi üzrə 5331,48 AZN əsas, 717,73 AZN faiz, cəmi 6049,21 AZN məbləğində borcu, xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit kartına dair müqaviləyə əsasən 2101,12 AZN əsas, 568,36 AZN faiz, cəmi 2669,48 AZN borcu vardır. 21 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə göndərdiyi 9/4175 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu əsas borc üzrə 5316,48 manat, faiz borcu üzrə 520,87 manat təşkil etmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu əsas borc üzrə 2101,12 manat, faiz borcu üzrə 568,36 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 107,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4999963A103 saylı kredit müqaviləsi üzrə 5316,48 manat əsas borc, 520,87 manat faiz borcu olmaqla, cəmi 5837,35 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli BBLK4999962A103 saylı kredit müqaviləsi üzrə 2101,12 manat əsas borc, 568,36 manat faiz borcu olmaqla cəmi 2669,48 manat məbləğində borc və 107,19 manat dövlət rüsumu tutularaq iddiaçı Kapital Bank ASC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli, GTKR4999963A103 saylı kredit müqaviləsinə əsasən 5316.48 (beş min üç yüz on altı manat qırx səkkiz qəpik) manat əsas, 520.87 (beş yüz iyirmi manat səksən yeddi) manat faiz olmaqla, cəmi 5837.35 (beş min səkkiz yüz otuz yeddi manat otuz beş qəpik) borc və xx.xx.2022-ci il tarixli, BBLK4999962A103 saylı kredit kartına dair müqaviləyə əsasən 2101.12 (iki min yüz bir manat on iki qəpik) manat əsas, 568.36 (beş yüz altmış səkkiz manat otuz altı qəpik) manat faiz olmaqla, cəmi 2669.48 (iki min altı yüz altmış doqquz manat qırx səkkiz qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 8506,83 (səkkiz min beş yüz altı manat səksən üç qəpik) manat pul, həmçinin ödənilmiş 107,19 (bir yüz yeddi manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN:**********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK:CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab:AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2322/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2322/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver