Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2329/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 339748-CNS-38769 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə Banka borclu olduğu 4.908,14 manat məbləğində əsas borc, 431,80 manat məbləğində faiz borcu, 93,20 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.433,14 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,33 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia ərizəsi əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. xx.xx.2023-cü il tarixli (GPP qəbz nömrəsi: **********) qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 74,33 manat məbləğində pul Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2329/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2329/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver