Məhkəmə qərarları › İş №e-2(004)-2361/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2361/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2361/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Əsədov Nazim Əsəd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********70 kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 34 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Əsəd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Əsədov Nazim Əsəd oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə X2 vərəsəlik şəhadətnaməsi verilmişdir. Elektron məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsə kimi Cavabdeh müəyyən edilmişdir. Miras əmlakı Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (M.Sübhi) 133 ünvanında yerləşən ümumi sahəsi 96.6 kv.m., yaşayış sahəsi 48.5 kv.m., yardımçı sahəsi 48.1 kv.m. 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Maliyyə arayışına əsasən, Əsədov Nazim Əsəd oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu 538.45 manat əsas borcu qalmışdır. Cavabdeh vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməklə tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh Əsədov Nazim Əsəd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********70 kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 34 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Əsədov Nazim Əsəd oğlunun "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən 538.45 manat manat borcu vardır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, (arvad) X3 miras qoyan (ər) Əsədov Nazim Əsəd oğlunun vərəsəsidir və o, miras əmlakından müvafiq pissədə pay almışdır. Miras əmlakı daşınmaz əşya təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, X1 adına oğlu Cavabdeh ərizəsi əsasında vərəslik işi açılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin X1 vərəsəsi Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Əsədov Nazim Əsəd oğlu vəfat etdiyindən “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, (arvad) X3 miras qoyan (ər) Əsədov Nazim Əsəd oğlunun vərəsəsi olmuşdur. O, miras əmlakından müvafiq pissədə pay almışdır. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi isə övladı Cavabdehdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739, 741, 1151.1, 1306.1 və 1307-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Əsədov Nazim Əsəd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********70 kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 34 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Əsəd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Əsədov Nazim Əsəd oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə X2 vərəsəlik şəhadətnaməsi verilmişdir. Elektron məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsə kimi Cavabdeh müəyyən edilmişdir. Miras əmlakı Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (M.Sübhi) 133 ünvanında yerləşən ümumi sahəsi 96.6 kv.m., yaşayış sahəsi 48.5 kv.m., yardımçı sahəsi 48.1 kv.m. 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Əsədov Nazim Əsəd oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu 538.45 manat əsas borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdeh (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 538,45 (beş yüz otuz səkkiz manat qırx beş qəpik) manat pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 538,45 (beş yüz otuz səkkiz manat qırx beş qəpik) manat pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar