Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-238/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iradə ifadəsini bildirməklə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, müəyyən edilir ki, iddiaçı iradə ifadəsinin bildirməklə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Nəticə etibarilə, mülki işin faktiki və hüquqi halları ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin dispozitiv tələbləri eynilik təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 171.67 (yüz yetmiş bir manat altmış yeddi qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-238/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-238/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver