Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2382/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərzəsi ilə 05.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.03.2021ci il tarixə olan 37392,99 manat əsas, 2675,22 manat faiz, 225,47 manat dəbbə borcu, ümumilikdə 40293,68 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumun Cavabdeh müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın 30.01.2019-cu il tarixli, 702 saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı mənzilə yönəldilməsi, həmin evin açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, sonrakı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, iddiaçı PSG FİNANS” BOKT MMC ilə Cavabdeh arasında 30 yanvar 2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC tərəfindən şəxsi məqsədlər üçün 28 yanvar 2022-ci il tarixinədək illik 26% faiz olmaqla 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Həmin məbləğin və ona hesablanmış faizlərin qaytarılması üçün kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki tərtib olunmuşdur. Müəyyən müddətdə Cavabdeh bu ödənişləri etsə də, gecikmələrlə ödəniş etmişdir. Nəticədə qalığa görə faiz, kreditin gecikdirilməsinə görə ikiqat faiz hesablanmışdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafıkində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. Kredit Müqaviləsinin 2.4-cü bəndinə əsasən, borclu əsas məbləğə hesablanacaq faizlərin və cərimələrin ödənilməsinə razılıq vermişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «borc verən» qismində İddiaçı BOKT MMC ilə digər tərəfdən «borc alan» qismində Cavabdeh arasında bağlanmış 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. İş üzrə “ipoteka saxlayan” qismində İddiaçı BOKT MMC ilə “ipoteka qoyan” qismində Cavabdeh arasında notarial qaydada bağlanılmış 30.01.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh onunla bağlanmış 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 75000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə İddiaçı BOKT MMC tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən Cavabdeh 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi üzrə 04.03.2021-ci il tarixə 37392,99 manat əsas, 2675,22 manat faiz, 225,47 manat cərimə borcu olmaqla, cəmi 40293,68 manat borcu var. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi Cavabdeh tərəfinfən İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.02.2021-ci il tarixli, **********52 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04.10.2021-ci il tarixli 9/4851 saylı rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 04.03.2021-ci il tarixə İddiaçı BOKT MMC-yə olan borcu 36971,17 manat əsas, 867,56 manat faiz borcu təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə "xxxx" MMC tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, LP-093/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı mənzilin hazırki dövr üçün bazar qiyməti 120000 manat, likvid dəyəri isə 105000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqavilələri üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən az olduğundan cavabdehdən rəyə uyğun məbləğdə borc tutulmalıdır. Məhkəmə cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və müqavilələr üzrə hesablanmış dəbbə pulu azaldılmalıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə borcunun miqdarı 30.01.2019cu il tarixli, 702 saylı kredit müqaviləsi üzrə 50 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tutulmalı olan borc Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi 30.01.2019-cu il ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 75000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı mənzilin hazırki dövr üçün bazar qiyməti 120000 manat, likvid dəyəri isə 105000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 105000 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada Cavabdeh tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş ekspertiza cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 30.01.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi üzrə 36971,17 manat əsas, 867,56 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 37888,73 (otuz yeddi min səkkiz yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 105000 (yüz beş min) manat olmaqla Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin ev ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılaraq bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılsın. Əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-2382/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2382/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver