Məhkəmə qərarları › İş №e-2(004)-2382/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2382/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2382/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və mənzilə mülkiyyət hüququnun tanınması və s” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və mənzilə mülkiyyət hüququnun tanınması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümumi sahəsi 141,45 kv.m olan 2 saylı mənzilə dair 23 avqust 2013-cü il tarixli GMPE1-2/2013 saylı alqı-satğı müqaviləsinin tanınması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış ünvan 2 ünvanında yerləşən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümumi sahəsi 141,45 kv.m olan 2 saylı mənzilə dair hissəsində ləğv edilməsinə, ünvan 3 ünvanında yerləşən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümumi sahəsi 141,45 kv.m olan 2 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildə “Gilan MMC”-nin Bakı şəhəri, Yasamal rayonunda yerləşən X1 (ünvan 4 ünvanında) tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümumi sahəsi 141,45 kv.m olan 2 saylı mənzil əldə etmişdir. Mənzilin dəyəri tərəfindən tam ödənilmiş və buna dair Maliyyə arayışda mövcüddur. Şikayətçiyə məxsus olan, Cavabdeh2 MMC-nin Şəfaət Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərin 13 sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən satışını həyata keçirən “İcraçı” Cavabdeh1 MMC olmuşdur və mənzillərin alğı-satqı müqavilələri Cavabdeh1 MMC tərəfindən imzalanmışdır. Qeyd edil\n mənzili artıq 8 ildir ki, tam təmir etdirib yaşayır. Lakin Cavabdeh2 MMC qeyd edilən mənzilə və ümumiyyətlə bütün kompleksə vahid çıxarış alaraq binanı öz mülkiyyətinə qəbu ledərək onlara mülkiyyət sənədi vermir, hədə qorxu gələrək hüquqlarıı tapdalayır, qanunsuz pullar tələb edir və mənzilinin mülkiyyət sənədinin əldə olnumasına dair müqavilə üzrə üzərinə düşən hərəkətləri etmir. Cavabdeh2 MMC adını dəyişdirərək Cavabdeh3 MMC kimi müəyyən olunmuşdur ki, Cavabdeh3 MMC onun hüquqi varisi hesab edilir. Beləliklə, Cavabdeh3 MMC öz hərəkətsizliyini nümayiş etdirərək onun mülkiyyət hüququnu pozması ilə yanaşı müqavilə üzrə öz üzərinə götürdüy öhdəliyi yerinə yetirmir. Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 2/2013 saylı müqavilənin 3.2-ci bəndində sifarişçinin vəzifələri hissəsində qeyd edilir: Aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədləri əslini və ya onalrın notarial qaydada təsdiq edilmiş sürətlərini icraçının tələbinə uyğun hazırlayıb təqdim etmək sənədləşmə zamanı bütün notarial xərcləri ödəməyi öz öhdəsinə götürür. Lakin halhazırda iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyinə baxmayaraq cavabdehlər mənzilin mülkiyyət sənədlərinin əldə olunmasını təmin etmir, bu istiqamətdə hər hansı hərəkət nümayiş etdirmir. Daha sonra iddiaçının vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Gilan MMC” və Cavabdeh1 MMC-nin üzərinə ünvan 5 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümümu sahəsi 141.45 kv.m olan 2 saylı mənziliə dair Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətində mülkiyyət sənədinin alınmasına dair bütün lazımı sənədlərin verilməsi, və bu işlə bağlı notariat hərəkətlərin aparılması öhdəliyinin qoyulması tələbi əsas iddia tələbinə əlavə edilməsini təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC tərəfindən iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı mənzilinin sənədləşdirilməsinə Cavabdeh1 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MMC sözügedən mənzil İddiaçı vasitəçilik xidməti göstərərək, tapşırıq əsasında satmışdır. Bununla bağlı bütün sənədləşdirmə işini digər şirkət həyata keçirirdi. Mənzilə dair veriliş maliyyə arayışına diqqət yetirəndə görünür ki, arayışı verən Cavabdeh1 MMC deyil. Bundan başqa, mənzil yerləşən binanın mülkiyyətçisi Gilan MMC”dir. Belə olan halda Cavabdeh1 MMC mülkiyyət hüququ başqa şirkətə məxsus olan ərazidə yerləşən mənzilə istəsə belə heç bir sənəd verə bilməz. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 MMC-yə aid olan hissədə iddia tələbinin rədd etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti küçəsi, 194,196,198,200 Ş.Mehdiyev küçəsi 129,133 mənzilləri üzərində xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 MMC-nin tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh1 (bundan sonra “İcraçı”) digər tərəfdən İddiaçı (Sifarişçi) arasında bağlanmış 23 avqust 2013-cü il tarixli GMPE1-2/2013 nömrəli müqavilədən görünür ki, “İcraçı” 13 sentyabr 2011-ci il etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ə.Ələkbərov küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun tikilmiş “Sifarişçiyə” satmasına, “Sifarişçi“ isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun “Sifarişçinin“ ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürür. “İcraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, 23 mərtəbəli, 2 bloklu bina, “E1” bloku 4-cü mərtəbə, 2 nömrəli mənzilində yerləşməklə, razılaşma qiyməti ümumi dəyəri 141450 manat, ümumi satış sahəsi 141,45 kv.m, 1 ədəd 3 otaqdan ibarət olan mənzil olacaqdır. xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 80000 manat pul ödənilmişdir. xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 1500 manat pul ödənilmişdir. xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 1500 manat pul ödənilmişdir. xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 1500 manat pul ödənilmişdir. xx.xx.2013-cü il tarixli tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 1500 manat pul ödənilmişdir. xx.xx.2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 50950 manat pul ödənilmişdir. xx.xx.2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 3000 manat pul ödənilmişdir. xx.xx.2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X3” MMC-yə 1500 manat pul ödənilmişdir. 23 fevral 2016-cı il tarixli Maliyyə arayışından görünr ki, Cavabdeh2 MMC-nin ünvan 6 ünvanında yerləşən binasında E1 bloku, 4-cü mərtəbə, ümumi sahəsi 141,45 kv.m olan 2 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə pretenziya məktubunun məzmunundan görünür ki, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mənzilə mülkiyyət hüququnun əldə edilməsi üçün üzərlərinə düşən sənədləri, o cümlədən həmin işlə bağlı zəruri hərəkətləri 3 təqvim günü ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı 23 avqust 2013-cü il bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, Cavabdeh2 MMC tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. İddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi həmin hissədə haqlı tələbdir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən 23 mərtəbəli, 2 bloklu binanın E1 blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 141,45 kv. m. olan 3 otaqlı 2 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 23 mərtəbəli, 2 bloklu binanın E1 blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 141,45 kv. m. olan 3 otaqlı 2 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar