Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2389/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 16295,69 manat məbləğində qalıq, ona hesablanmış 3731,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4169,30 manat məbləğində dəbbə pulu, cəmi 24196,19 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 163,4 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan marka/model: KİA FORTE, tip: SEDAN, buraxılış ili: 2021, ban: № 3KPF34AD1ME404805, rəngi: tünd boz metallik, mühərrik həcmi 1999 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 16295,69 manat məbləğində qalıq, ona hesablanmış 3731,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4169,30 manat məbləğində dəbbə pulu, cəmi 24196,19 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 163,4 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 17300 (on yeddi min üç yüz) manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan marka/model: KİA FORTE, tip: SEDAN, buraxılış ili: 2021, ban: № 3KPF34AD1ME404805, rəngi: tünd boz metallik, mühərrik həcmi 1999 sm3, nəqliyyat vasitəsini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan girov müqaviləsi xx.xx.2024-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikasının Dövlət X1 müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən ÇİXARİŞ: AA153234). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 30000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: xx.xx.2025-ci il tarixinə kreditin əsas borcu üzrə 16.295,69 manat məbləğində qalıq, ona hesablanmış 3731,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4169,30 manat məbləğində dəbbə pulu, cəmi 24196,19 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC-nin nümayəndəsi AZEMİS vasitəsi ilə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə proseslərinin çox olması səbəbindən məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, bank tərəfindən ona şişirdilmiş məbləğdə cərimə borcu hesablanmışdır. Eyni zamanda bildirir ki, avtomobili sonradan digər şəxsə etibarnamə əsasında satmış, həmin şəxs tərəfindən banka olan borc ödənilməli olduğu halda, aylıq ödənişlər edilməmişdir. Bu səbəbdən tutulmalı məbləğin avtomobilə yönəldilməsini, avtomobilin hərracda satılmasını və qətnamə qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK nömrəli kredit müqaviləsinə əsasən bank – İddiaçı BOKT ASC tərəfindən müştəriyə – Cavabdeh avtomobil almaq məqsədi üçün 36 ay müddətinə illik 30% ödəmək şərtilə 17300 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «KİA FORTE» markalı, sedan tipli, 2021-ci il buraxılışlı, ban: № 3KPF34AD1ME404805, tünd boz metallik rəngli, mühərrik həcmi 1999 sm3 olan avtomaşını bank qarşısında yüklü etmişdir. - İddiaçı BOKT ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc haqqında arayışa əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK nömrəli kredit müqaviləsinə üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh 16295,69 manat əsas, 3731,20 manat məbləğində faiz borcu, 4169,30 manat məbləğində cərimə, cəmi 24196,19 manat məbləğində borcu vardır. - İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 16295,69 manat əsas borcu, 3120,10 manat faiz borcu və 3373,50 manat cərimə borcu olmaqla, cəmi 22789,29 manat borcu yaranmışdır. Borcun 5 gün müddətində ödənilməməsi təqdirdə, kredit müqaviləsini ləğvi, müqavilədən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və hərracdan satılması barədə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişdir. - İddiaçı BOKT ASC tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında məktubuna əsasında bildiriş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeydə alınmışdır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 162,59 (yüz altmış iki manat əlli doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 30 faiz olmaqla 17300 manat məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan «KİA FORTE» markalı, sedan tipli, 2021-ci il buraxılışlı, ban: № 3KPF34AD1ME404805, tünd boz metallik rəngli, mühərrik həcmi 1999 sm3 olan avtomaşını banka ipoteka qoyulmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 16295,69 manat, faiz borcu üzrə 3731,20 manat və cərimə borcu üzrə 4169,30 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK nömrəli kredit müqaviləsinə əsasən faiz üzrə hesablanmış borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalı, həmin hissədə iddia qismən təmin olunaraq cavabdehdən xx.xx.2024-cü il tariхli, 2024/00093- 01AK nömrəli kredit müqaviləsi üzrə 3120,10 manat faiz bocu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tariхli, 2024/00093-01AK nömrəli kredit müqaviləsi üzrə 500 (beş yüz) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş marka/model: 2021-ci il buraxılışlı, “KİA FORTE MİNİK” markalı, sedan tipli, 3KPF34AD1ME404805 ban nömrəli, tünd boz metallik rəngli avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli; Cavabdeh 16295,69 (on altı min iki yüz doxsan beş manat altmış doqquz qəpik) manat əsas borc, 3120,10 (üç min yüz iyirmi manat on qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 19915,79 (on doqquz min doqquz yüz on beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan marka/model: 2021-ci il buraxılışlı, “KİA FORTE MİNİK” markalı, sedan tipli, 3KPF34AD1ME404805 ban nömrəli, tünd boz metallik rəngli nəqliyyat vasitəsinə yönəldilsin, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 163,40 (yüz altmış üç manat qırx qəpik) manat dövlət rüsumunun 134,50 (yüz otuz dörd manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16295,69 (on altı min iki yüz doxsan beş manat altmış doqquz qəpik) manat əsas borc, 3120,10 (üç min yüz iyirmi manat on qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 19915,79 (on doqquz min doqquz yüz on beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan marka/model: 2021-ci il buraxılışlı, “KİA FORTE MİNİK” markalı, sedan tipli, 3KPF34AD1ME404805 ban nömrəli, tünd boz metallik rəngli nəqliyyat vasitəsinə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. Ödənilmiş 163,40 (yüz altmış üç manat qırx qəpik) manat dövlət rüsumunun 134,50 (yüz otuz dörd manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2389/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2389/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver