Məhkəmə qərarları › İş №e-2(004)-2395/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2395/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2395/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4243990A218 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.180,86 manat əsas borc, hesablanmış 975 manat faiz borcu, xx.xx.2022-ci il tarixli BRED4711923A218 nömrəli kredit kartına dair müqavilə üzrə yaranmış 386,30 manat əsas borc, hesablanmış 90,65 manat faiz borcu və ödənilmiş 96,33 manat dövlət rüsumu olmaqla, cəmi 7.729,14 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8160 manat kredit vermişdir. xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona plastik kart verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli GTKR4243990A218 saylı kredit müqaviləsinə əsasən 6.180,86 manat əsas borc, 975 manat faiz borcu; xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 386,30 manat əsas borcu; 90,65 faiz borcu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcun ödənilməsini təmin etməmişdir. Odur ki, bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8160 manat kredit almışdır. xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən birkart plastik kartı almış və kreditdən istifadə etmişdir. O, müharibə əlili kimi pensiya almış və vaxtında borcunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə onun əllik müddəti başa çatmışdır, təkrar müayinə zamanı ona əlillik təyin edilməmiş və pensiyası dayandırılmışdır. Bu səbəbdən borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda əlilliyinin bərpa edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. O, əlilliyini bərpa etdikdən sonra hissə-hissə olmaqla banka olan borcunu ödəyəcəkdir. Onun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6.180,86 manat əsas borc, hesablanmış 975 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqavilə üzrə 386,30 manat əsas borc, hesablanmış 90,65 manat faiz borcu olmasını etiraf edir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8160 manat kredit vermişdir. xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh 4169 73******4479 nömrəli plastik kart verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit kartı və kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 15/2138 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli GTKR4243990A218 nömrəli kredit müqaviləsi üzrə 6.180,86 manat əsas borc, hesablanmış 975 manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRED4711923A218 nömrəli kredit kartına dair müqavilə üzrə 386,30 manat əsas borc, hesablanmış 90,65 manat faiz borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4243990A218 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.180,86 manat əsas borc, hesablanmış 975 manat faiz borcu, xx.xx.2022-ci il tarixli BRED4711923A218 nömrəli kredit kartına dair müqavilə üzrə yaranmış 386,30 manat əsas borc, hesablanmış 90,65 manat faiz borcu, ödənilmiş 96,33 manat dövlət rüsumu olmaqla, cəmi 7.729,14 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4243990A218 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.180,86 manat əsas borc, hesablanmış 975 manat faiz borcu, xx.xx.2022-ci il tarixli BRED4711923A218 nömrəli kredit kartına dair müqavilə üzrə yaranmış 386,30 manat əsas borc, hesablanmış 90,65 manat faiz borcu, ödənilmiş 96,33 manat dövlət rüsumu olmaqla, cəmi 7.729,14 (yeddi min yeddi yüz iyirmi doqquz manat on dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar