Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2399/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 500 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 20 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “X16” markalı 99JC204 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 tərəfindən idarə olunan “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan (müvafiq “CE” kateqoriyası olmadan) idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi ilə bağlı 500 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, onlar Cavabdeh1 tanımırlar, avtomobilin onun əlinə necə keçməsi barədə məlumatları yoxdur. Daxili lizinq müqaviləsini onlar X5 ilə imzalamış və tərəf də Cavabdeh2 MMC qarşısında öhdəliyini tam icra edərək sözügedən nəqliyyat vasitəsini Cavabdeh2 MMC-nin balansından çıxararaq öz adına keçirmişdir. Bu baxımdan iddia tələbinin onlara aid hissədə rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 05 avqust 2020-ci il tarixli, 2001/0712 nömrəli etibarnaməyə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan **-JC-*** dövlət nömrə nişanlı “X16” yük avtomobili lizinq alan X3 nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. Həmin etibarnaməyə əsasən bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarında olan Ekolizinq” MMC (lizinq verən), X6 (satıcının nümayəndəsi) və X5 (lizinq alan) arasında bağlanmış 05 avqust 2020-ci il tarixli, 2002/0712 nömrəli “daxili lizinq müqaviləsi”nə əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq verən Lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin dəqiq təsviri, həmçinin bu müqavilənin ayrılmaz hissəsi olan və tərəflər arasında lizinq obyektinin təhviltəslimi xarakterini daşıyan 1 saylı Əlavədə də göstərilir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Lizinq alan X5 arasında 05 avqust 2020ci ildə bağlanmış 2001/0712 saylı daxili lizinq müqaviləsinə 1 saylı Əlavəyə əsasən 36000 AZN (otuz altı min manat) qiyməti olan, ban nömrəsi WDF9440321B962735 olan **-JC-*** dövlət qeydiyyat nişanlı X16 yük avtomobilini lizinq alan X1 verən Cavabdeh2 MMC-dən təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən xx.xx.2021-ci il tarixində X16 1843 yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli X12 haqqında Qərara əsasən xx.xx.2021-ci il tarixində X16 1843 yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə “40” manat cərimə olunmuşdur. xx.xx.2021-ci il tarixli, 109186 nömrəli ödəniş tapşırığına əsasən “Günay Bank” tərəfindən X4 hesabına 500 AZN köçürülmüşdür. "xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 500 AZN müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin PGU-212597 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “X16” markalı **- JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Mercedes Benz 320” markalı **-DF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşması nəticəsində “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 500 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən Yasamal rayon DYPİ bildirir ki, xx.xx.2021-ci il tarixdə saat 23:30-da yol nəqliyyat hadisəsi baş vermiş, “X16” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Toqquşma baş verərkən “X16” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 MMC, sürücüsü Cavabdeh1 olmuşdur. İş materiallarında olan 860410 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “X16” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır. İş materiallarında olan 908356 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Özüboşaldan” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən sürücülük vəsiqəsinə dair Çıxarışdan görünür ki, Cavabdeh1 B,C kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün “CE” kateqoriyalı sürücülük vəsiqəsi tələb edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də 20 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “X16” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 tərəfindən idarə olunan “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 500 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı "xxxx" ASC zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləğini cavabdehlərdən tutularaq iddiaçıya verilməsini tələb edir. Yuxarıda göstərilənləri, nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 dəymiş zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan (müvafiq “CE” kateqoriyası olmadan) idarə etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “Mercedes Benz 320” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə 500 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi 500 manat məbləğində verilmiş sığorta ödənişinin Cavabdeh2 MMC-dən alınıb "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Belə ki. irəli sürülən tələb yalnız Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, İş materiallarında olan 05 avqust 2020-ci il tarixli, 2001/0712 nömrəli etibarnaməyə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan **-JC-*** dövlət nömrə nişanlı “X16” yük avtomobili lizinq alan X3 nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. Həmin etibarnaməyə əsasən bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2 MMC daxili lizinq müqaviləsini Cavabdeh1 ilə deyil, X5 ilə bağlamışdır. Bu baxımdan Cavabdeh1 vurduğu ziyana görə ‘Ekolizinq” MMC məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 dəymiş zərərə görə 500 (beş yüz) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2399/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2399/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver