Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2436/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 2909,57 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2909,58 manat, tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 299,22 manat, faiz borcu üzrə 09,79 manat olmaqla, cəmi 309,01 manat olmaqla, ümumilikdə 3218,59 (üç min iki yüz on səkkiz manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,09 manat və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən X2 illik 23 faizlə 48 ay müddətinə 3030 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 3030 manat məbləğində kredit borcunun və 300 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2909,57 manat, vəfat etdiyi tarixə 0,01 manat faiz borcu olmaqla, cəmi 2909,58 manat borcu mövcuddur. Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 299,52 manat, faiz borcu üzrə 9,79 manat olmaqla, cəmi 309,01 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 52,49 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən X2 illik 23 faizlə 48 ay müddətinə 3030 manat məbləğində nağd kredit verilmişdir. Həmin müqavilənin 4.1.1.2-ci maddəsinə əsasən isə X2 illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 "xxxx" ASC-yə BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 2909,57 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2909,58 manat borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 "xxxx" ASC-yə tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 299,22 manat, faiz borcu üzrə 9,79 manat olmaqla, cəmi 309,01 manat borcu vardır. İş materiallarında olan 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin 24 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh2dur. Miras əmlak ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil və AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş 1170 manat pul vəsaitindən ibarətdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, 1151.1 və 1306.1-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. İş materiallarından məlum olmuşdur ki, borclu X1 vərəsəsi Cavabdeh2dur. Göründüyü kimi, kredit müqaviləsi üzrə “Borcalan” X3 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 52,09 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 BPM**********47 nömrəli xx.xx.2021ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 2909,57 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2909,58 manat, tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 299,22 manat, faiz borcu üzrə 09,79 manat olmaqla, cəmi 309,01 manat olmaqla, ümumilikdə 3218,59 (üç min iki yüz on səkkiz manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,09 manat və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 2909,57 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2909,58 manat, tam kart krediti ilə əlaqədar əsas borc üzrə 299,22 manat, faiz borcu üzrə 09,79 manat olmaqla, cəmi 309,01 manat olmaqla, ümumilikdə 3218,59 (üç min iki yüz on səkkiz manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52,09 manat və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2436/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2436/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver