Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-244/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavə (KM021T10170002 nömrəli) üzrə yaranmış 1.796,77 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 2.022,84 manat faiz, 1.224,76 manat cərimə, müqavilənin müddətinin bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 267,75 manat faiz borcu olmaqla, cəmi 5.312,12 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,13 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqaviləyə və xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə (KM021T10170002 nömrəli) əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 29 faiz olmaqla 2.200 manat kredit vermişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh aldığı 2.220 manat krediti 36 ay müddətinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 92,19 manat, sonuncu ay 92,37 manat olmaqla, 2200 manat əsas borcu və 29%-lə hesablanan 1.119,02 manat faiz borcu olmaqla, cəmi 3.319,02 manat borcu İddiaçı ASC-yə ödəməli idi. Cavabdeh xx.xx.2023-cü il tarixə 1.796,77 manat əsas borcu, müqavilənin müddətinə xx.xx.2017-xx.xx.2020-ci il tarixə hesablanmış 2.022,84 manat faiz borcu, 1.224,76 manat cərimə, müqavilənin müddətinin bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 267,75 manat faiz borcu olmaqla, cəmi 5.312,12 manat borcu yaranmışdır. Cavabdehdən yazılı və şifahi olaraq borcun ödənilməsi tələb edilsə də, cavabdeh borcu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən o, İddiaçı ASC-dən 36 ay müddətinə illik 29 faiz hesablanmaqla 2200 manat borc almışdır. Kredit müqaviləsinə 5 nömrəli əlavə olan ödəniş cədvəlinə uyğun olaraq o, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hər ay 92,19 manat, sonuncu ay 92,37 manat olmaqla borcunu faizləri ilə birlikdə banka ödəməli idi. Ödəniş cədvəlinə əsasən banka 2.200 manat əsas borcu və hesablanmış 1.119,02 manat faiz borcu olmaqla, cəmi 3.319,02 manat pulu 36 ay müddətinə banka ödəməli idi. O, 6 ay ərzində borcunu ödəmiş, lakin sonradan ödəyə bilməmişdir. O, İddiaçı ASC-nin əməkdaşları ilə əlaqə saxlayaraq borcu ödəyə bilməyəcəyini bildirmişdir. Hesab edir ki, hazırda bankın ondan tələb etdiyi borcunun məbləği çox yüksəkdir. O, ekspert rəyi ilə razıdır. Onun banka müqavilə üzrə 1795,09 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 1331,44 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 263,28 manat faiz borcunu qəbul edir. Hissə hissə borcunu ödəməyə etiraz etmir. Dəbbə pulu ilə razı deyildir. İddianın ekspertizanın rəyinə uyğun olaraq təmin edilməsinə etiraz etmir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqavilənin və xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə (KM021T10170002 nömrəli) əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 29 faiz olmaqla 2.200 manat kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə (KM021T10170002 nömrəli) (ödəniş cədvəli) əsasən Cavabdeh aldığı 2.220 manat krediti 36 ay müddətinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 92,19 manat, sonuncu ay 92,37 manat olmaqla, 2200 manat əsas borcu və 29%-lə hesablanan 1.119,02 manat faiz borcu olmaqla, cəmi 3.319,02 manat borcu İddiaçı ASC-yə ödəməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********215 nömrəli maliyyə arayışında göstərilir ki, xx.xx.2017-ci il tarixli KM021T10170002S01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023cü il tarixə 1.796,77 manat əsas borcu, müqavilənin müddətinə xx.xx.2017-xx.xx.2020-ci il tarixə hesablanmış 2.022,84 manat faiz borcu, 1.224,76 manat cərimə, müqavilənin müddətinin bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 267,75 manat faiz borcu olmaqla, cəmi 5.312,12 manat borcu yaranmışdır. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən edilir ki, İddiaçı ASC (ləğv prosesindədir) (VÖEN 9********) hüquqi şəxs kimi - AZ1008, ünvan 1 ünvanı üzrə xx.xx.2004-cü-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Qanuni təmsilçisi X2r. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)- 3194/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmişdir. Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Qərar dərhal icra edilmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında borcun məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 5106/2023 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8962 nömrəli ekspert rəyi mülki işlə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-244/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8962 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 5 saylı əlavənin (KM021T10170002 nömrəli) kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas borc üzrə 1.795,09 manat, faiz borcu üzrə 1.331,44 manat; xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək illik 5%-lə hesablanmış faiz borcu üzrə 263,28 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehin borcunun məbləği xx.xx.2023-cü il tarixli 9/8962 nömrəli ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Həmçinin kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 1.224,76 manat cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavə (KM021T10170002 nömrəli) üzrə yaranmış 1795,09 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 1331,44 manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 263,28 manat faiz borcu və iş üzrə ödənilmiş 73,13 manat dövlət rüsumu olmaqla, cəmi 3562,94 manat pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi qalan hissələrində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavə (KM021T10170002 nömrəli) üzrə yaranmış 1795,09 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 1331,44 manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 263,28 manat faiz borcu və iş üzrə ödənilmiş 73,13 manat dövlət rüsumu olmaqla, cəmi 3562,94 (üç min beş yüz atmış iki manat doxsan dörd qəpik) manat pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-244/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-244/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver