Məhkəmə qərarları › İş №e-2(004)-2448/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2448/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2448/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (X3 vərəsəsi) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə nağd kredit üzrə 8438.05 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 47.67 manat olmaqla, cəmi 8485.72 manat məbləğində kredit borcunun və ödənilmiş 104.86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə X8 arasında bağlanmış CL-EE000723662 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 9100 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kreditin məbləğini və ona hesablanan faizləri ödəməlidir. 362667 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş 2999 nömrəli məktubdan görünür ki, X3 adına Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X3 xx.xx.2025-ci il tarixədək kredit üzrə banka borcu 8438.05 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş faiz borcu 47.67 manat olmaqla, cəmi 8485.72 manat təşkil edir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-4954/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, mərhum bacısı X3 vərəsəsi olaraq notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versə də, bacısının adına heç bir əmlak olmadığından vərəsəlik şəhadətnaməsi almadığını, miras olaraq heç bir əmlak əldə etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000723662 nömrəli kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borcalan X4 48 ay müddətinə, illik 18.9% ödəmək şərtilə 9100 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, CL-EE000723662 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə ilə borcalan X8 48 ay müddətinə, illik 18.9% ödəmək şərtilə 9100 manat məbləğində kredit götürmüş, hər ay ödəniş məbləği 271.62 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu ZAQS tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, V-ЖГ 376690 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 4010 nömrə ilə qeyd edilmişdir. X6, anası X2r. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu ZAQS tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, XVİ-ЖГ 392591 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3012 nömrə ilə qeyd edilmişdir. X6, anası X2r. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 362667 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 522 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 139648 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1527 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ 641008 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1042 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində onun Bakı şəhəri, Alatava 1 D/K ünvanda yaşayan bacısı X8 ölmüşdür. Mirasın tərkibi: bütün miras əmlakdan ibarətdir. Ondan başqa bu vərəsələr vardır: X7. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan olan ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X7, xx.xx.2023-cü il tarixində ölmüş bacısı X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə ax hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən Cavabdeh xeyrinə imtina edir. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən ABB Problemli Kreditlərlə İş Departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2999 nömrəli cavab məktubuna əsasən Bakı şəhəri 23 saylı notariat ofisində mərhum X4 vərəsəlik işi açılmışdır, lakin vərəsələr müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edə bilmədiyindən vərəsələlik şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (pretenziya) əsasən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nəsimi" filialı ilə X8 arasında bağlanmış CL- EE000723662 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi hesablanmaqla 9100 manat məbləğində kredit verilmişdir. 362667 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh Hüseynəliyeva Lamiyə əsən qızının vərəsəsi olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəfindən ödənilməmişdir. Bankın məsul əməkdaşlarının borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq, üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Qeyd edilən CL-EE000723662 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə əsas borca görə 8438.05 manat və buna müvafiq olaraq hesablanmış faiz borclarının mövcud olduğu, kredit müqaviləsi üzrə yaranmış öhdəliyini tam olaraq 3 gün müddətində yerinə yetirməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Poçt göndərişinə əsasən Cavabdeh bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X3 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, CL-EE000723662 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 8438.05 manat əsas, vəfat etdiyi tarixə 47.67 manat faiz borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan məktubuna əsasən X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən,müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.1-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış CL-EE000723662 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bacısı (cavabdeh) Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvan mirası qəbul etdiyi barədə ərizə vermiş, digər bacısı X7 isə mirasın ona çatası hissəsindən Cavabdeh xeyrinə imtina etmişdir. Müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə cavabdehin mərhum bacısı X8 öhdəlik götürsə də, bu öhdəlik lazımınca icra edilməmişdir. Öhdəliyin lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, mərhum bacısı X3 vərəsəsi olaraq notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versə də, bacısının adına heç bir əmlak olmadığından vərəsəlik şəhadətnaməsi almadığını, miras olaraq heç bir əmlak əldə etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Hazırki işdə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi və s. bu kimi halların mövcudluğunun iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, kreditorların vərəsələrə qarşı iddialarında sübutetmə yükü vərəsələrin üzərinə düşür. Cavabdeh mərhum X3 miras əmlakının olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (X3 qanun üzrə vərəsəsi) 8438,05 manat əsas borc, 47.67 manat faiz borcu olmaqla, cəmi 8485,72 manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 104.86 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (X3 qanun üzrə vərəsəsi) 8438,05 (səkkiz min dörd yüz otuz səkkiz manat beş qəpik) manat əsas borc, 47.67 (qırx yeddi manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 8485,72 (səkkiz min dörd yüz səksən beş manat yetmiş iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 104.86 (bir yüz dörd manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar