Məhkəmə qərarları › İş №e-2(004)-2458/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2458/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2458/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2041,23 (iki min qırx bir manat iyirmi üç qəpik) manat əsas borc, 1,39 (bir manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2042,62 (iki min qırx iki manat altmış iki qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 40,43 (qırx manat səksən üç qəpik) manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh İsayeva Minaxanım Fətulla qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Fətulla qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum İsayeva Minaxanım Fətulla qızının xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, İsayeva Minaxanım Fətulla qızının kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2041,23 manat əsas borc, 1,39 manat faiz borcu olmaqla, cəmi 2042,62 manat borcu qalmışdır. Cavabdeh İsayeva Minaxanım Fətulla qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2042,62 manat olduğundan, tərəflərindən 40,43 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ifadəsində bildirmişdir ki, Cavabdeh iddianı qəbul edir və borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, BMP**********06 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" - Azərbaycan Beynəlxalq Bankı ASC, digər tərəfdən “Borc alan” İsayeva Minaxanım Fətulla qızı adlandırılacaq. Bu müqaviləyə əsasən, Borc verən Borc alana 48 ay müddətində (xx.xx.2023-cü il tarixinədək) 3700 (üç min yeddi yüz) manat məbləğində kreditdən istifadəyə görə illik 24 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfin verilmiş 19 noyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən İsayeva Minaxanım Fətulla qızı 11 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi “kəskin respirator çatmamazlıq” olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2265 nömrə ilə qeyd edilmişdir. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin 19 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş İsayeva Minaxanım Fətulla qızının vərəsəsi əri - Cavabdeh 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V/446 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. Maliyyə arayışından görünür ki, İsayeva Minaxanım Fətulla qızı xx.xx.2019-cu il tarixli BMP**********06 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2042,62, manat məbləğində borcu vardır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, cavabdeh İsayeva Minaxanım Fətulla qızı BMP**********06 saylı kredit müqaviləsində razılaşdırılmış 3663 manat məbləğində pulu almışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh İsayeva Minaxanım Fətulla qızının vərəsəsi Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli BMP**********06 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinə əsasən İsayeva Minaxanım Fətulla qızı 48 ay müddətinə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 120,07 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 40,43 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Borc verən tərəf - "xxxx" ASC “Borc alan” tərəf - İsayeva Minaxanım Fətulla qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3700 manat kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh İsayeva Minaxanım Fətulla qızı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə cavabdeh İsayeva Minaxanım Fətulla qızının 2041,23 (iki min qırx bir manat iyirmi üç qəpik) manat əsas borc, 1,39 (bir manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2042,62 (iki min qırx iki manat altmış iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İsayeva Minaxanım Fətulla qızı xx.xx.2021-ci ildə vəfat etmişdir. İsayeva Minaxanım Fətulla qızının vərəsəsi Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V/446 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 2041,23 (iki min qırx bir manat iyirmi üç qəpik) manat pul, 1,39 (bir manat otuz doqquz qəpik) faiz borcu olmaqla, cəmi 2042,62 (iki min qırx iki manat altmış iki qəpik) manat pul və 40,83 (qırx manat səksən üç qəpik) manat dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2041,23 (iki min qırx bir manat iyirmi üç qəpik) manat pul, 1,39 (bir manat otuz doqquz qəpik) faiz borcu olmaqla, cəmi 2042,62 (iki min qırx iki manat altmış iki qəpik) manat pul və 40,83 (qırx manat səksən üç qəpik) manat dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar