Məhkəmə qərarları › İş №e-2(004)-2461/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2461/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2461/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-vərəsə Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsə Cavabdeh Turab oğlundan iddiaçi "xxxx" KB ASC-nin xeyrinə 1824,66 manat əsas, 57,74 manat faiz olmaqla, cəmi 1882,40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 38,83 manat məbləğində pulun tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökümət ödəniş portalı vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmaq üçün 38,83 (otuz səkkiz manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-vərəsə Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılmalı, kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 38,83 (otuz səkkiz manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdeh-vərəsə Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 38,83 (otuz səkkiz manat səksən üç qəpik) manat pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" KB ASC, kod 507666, VÖEN **********, Müxbir hesab AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22XXX) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar