Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2482/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 ilə, İddiaçı “X1” Bakı filialının cavabdehlər Cavabdeh1 oğluna (borcalan), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı filialı cavabdehlər Cavabdeh1 oğluna (borcalan), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan (borcalan), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) xx.xx.2022-cü il tarixli 875 nömrəli kredit müqaviləsi üzrə yaranmış 10408,76 manat əsas borc, hesablanmış 969,15 manat faiz borcu və ödənilmiş 123,20 manat dövlət rüsumu olmaqla, cəmi 11.501,11 manat pulun müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, kreditor “X1” Bakı filialı ilə borcalan Cavabdeh1 oğlu arasında imzalanmış xx.xx.2022-ci il tarixli 875 nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 oğluna illik 19% hesablanmaqla 36 ay müddətinə 16.000 manat kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 986 saylı zaminlik müqaviləsi və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 987 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 - ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 586,50 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə Borcalan tərəfindən Kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan 08 Aprel 2024-cü il tarixə Banka kredit borcu üzrə 11.143,50 manat ödəniş etməli olduğu halda, 8.843,00 manat ödəniş etmişdir. Bank borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıq etmişdir. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. xx.xx.2022-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 10408,76 manat əsas borc, hesablanmış 969,15 manat faiz borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, “X1” Bakı filialı ilə borcalan Cavabdeh1 oğlu arasında imzalanmış xx.xx.2022-ci il tarixli 875 nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 oğluna illik 19% hesablanmaqla 36 ay müddətinə 16.000 manat kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə onun və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Borcalan Cavabdeh1 oğlu onların müdiri olmuş, onun xahişi ilə o, İlhamla birlikdə zamin durmuşdur. Borcalan borcu ödəmədiyinə görə müqavilə üzrə zamin olduğundan borcu qaytarmağa məcburdur. Lakin borcu hissə-hissə ödəməyə imkanı çatır. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1 oğluna (borcalan), Cavabdeh2 (zamin) məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 875 nomrəli kredit müqaviləsinə əsasən “X1” Bakı filialı illik 19% faiz hesablanmaq şərti ilə 36 ay müddətinə borcalan Cavabdeh1 oğluna 16.000 manat kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə müvafiq olaraq xx.xx.2022-ci il tarixli 987 və 986 saylı zaminlik müqavilələri bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən edilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalan Cavabdeh1 oğlu müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə kreditor “X1” Bakı filialı Cavabdeh1 oğlundan borcu tələb etməklə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini ləğv etmişdir. Borcalan Cavabdeh1 oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 10408,76 manat əsas borc, hesablanmış 969,15 manat faiz borcu olmaqla, cəmi 11.377,91 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 oğlundan (borcalan), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) xx.xx.2022-cü il tarixli 875 nömrəli kredit müqaviləsi üzrə yaranmış 10408,76 manat əsas borc, hesablanmış 969,15 manat faiz borcu və ödənilmiş 123,20 manat dövlət rüsumu olmaqla, cəmi 11501,11 manat pul müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan (borcalan), Cavabdeh3 (zamin) və Cavabdeh2 (zamin) xx.xx.2022-cü il tarixli 875 nömrəli kredit müqaviləsi üzrə yaranmış 10408,76 manat əsas borc, hesablanmış 969,15 manat faiz borcu və ödənilmiş 123,20 manat dövlət rüsumu olmaqla, cəmi 11501,11 (on bir min beş yüz bir manat on bir qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2482/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2482/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver