Məhkəmə qərarları › İş №e-2(004)-2486/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2486/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2486/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8840 manat maddi ziyanın, vəkil xidməti üçün ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 119 manat, ümumillikdə 9459 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyişilməli hissələr üçün 25344 manat, təmir-bərpa işləri üçün 990 manat, vəkil xidməti üçün ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 197 (119+78) manat, ümumillikdə 27031 (27031-5000) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyişilməli hissələr üçün 25344 (iyirmi beş min üç yz qırx dörd) manat, təmir-bərpa işləri üçün 990 manat, vəkil xidməti üçün ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 197 (119 +78 ) manat, həmçinin ekspertiza ödənişi olan 300 manat pul vəsaiti olmaqla, ümumillikdə 22331 (27031-5000 sığorta ödənişi) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh manevr qaydasını pozaraq xx.xx.2024cü il tarixdə mülkiyyətində olan avtomobili vurmuş və nəticədə ona 8840 manat maddi ziyan dəymişdir. Məlum ziyan daha da çox təşkil edir və bu qüsur aktı ilə müəyyən olunur. Lakin o avtomobilin detallarını tanışları vasitəsi ilə Dubay şəhərindən gətizdirib təmir etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Sığorta ödənişi çıxılmaq şərti ilə hesab edir ki, cavabdehə 5000 manat məbləğində maddi ziyan dəymişdir. Maşın servisdə təmir edilməmişdir. Yazılan detalların çoxu maşın Amerikadan Azərbaycana gətirilərkən üzərində olmamışdır. Ekspert avtomobilin şəklinə, qəza vəziyyətinə baxmamış, yalnız qüsur aktına əsaslanmışdır. Avtomobilin yalnız buferinin uc hissəsi, təkər və çuloka maddi ziyan dəymişdir. İnzibati xəta haqqında qərardan şikayət verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 21:39-da Ə.Ələkbərov küçəsi ərazisində “HUNDAİ ACCENT” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat mbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan BB199487 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “HUNDAİ ACCENT” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:40-da Ə.Ələkbərov küçəsi ərazisində “HUNDAİ ACCENT” minik markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin zədələnməsi barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Ə.Ələkbərov küçəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı və “HUNDAİ ACCENT” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sol yan tərəfi əzilmiş və s. zədələnmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ehtiyat hissələrin qiyməti 30424 manat, işçilik 1227 manat olmaqla, cəmi 31651 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 520 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam həcmini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2024-cü il tarixli, 9/3897 nömrəli ekspert rəyinə əsasən “JEEP WRANGLER minik” markalı **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29664 manat olmaqla: dəyişilməli hissələrin qiyməti 28674 manat, təmir-bərpa işlərinin qiyməti 990 manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 25344 manat olmaqla: dəyişilməli hissələrin qiyməti 24354 manat, təmir-bərpa işlərinin qiyməti 990 manat müəyyən edilmişdir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, Cavabdeh xx.xx.2024-cü il tarixdə əlavə məhkəmə ekspertizanın təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, 2(004)-2486/2024 saylı mülki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin edilmiş və mülki iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “X2 Mərkəzi” MMC-nin ekspertlərinə həvalə edilmişdir. “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin bərpa xərci ehtiyat hissələrin qiyməti 26520 manat, təmirbərpa işləri 2140 manat olmaqla, cəmi 28660 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus “HUNDAİ ACCENT” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, iddiaçıya məxsus əsasən “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat mbləğində inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “JEEP WRANGLER minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ona 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarla və digər iş materialları ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləğinin mülki iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2024-cü il tarixli, 9/3897 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməsi daha ağlabatandır və iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi də nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 20344 (25344 manat-5000 manat) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184 (yüz səksən dörd) manat pul cavabdehdən alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 13 (on üç) manat (197- 184=13) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, İddiaçı tərəfindən ödənilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 (üç yüz) manat məbləğində pul isə İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 20344 (iyirmi min üç yüz qırx dörd) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184 (yüz səksən dörd) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 13 (on üç) manat (197-184=13) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 20344 (iyirmi min üç yüz qırx dörd) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184 (bir yüz səksən dörd) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 13 (on üç) manat (197-184=13) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 (üç yüz) manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar