Məhkəmə qərarları › İş №e-2(004)-2487/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2487/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2487/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 146,31 (yüz qırx altı dollar otuz bir sent) ABŞ dolları məbləğində əsas borc, 79,06 (yetmiş doqquz dollar altı sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 225,37 (iki yüz iyirmi beş dollar otuz yeddi sent) ABŞ dolları məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması” müqaviləsinə əsasən sonuncuya ABŞ dolları valyutasında debet (Mastercard WBlack edition PP) kartı verilmişdir. Cavabdeh “Qoşulma razılaşması” müqaviləsi əsasında yaradılmış 547453***9811 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2022-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 146,31 ABŞ dolları məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 146,31 ABŞ dolları məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 146,31 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 146,31 ABŞ dolları məbləğində əsas, 79,06 ABŞ dolları məbləğində faiz borc olmaqla, cəmi 225,37 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması“ müqavilənin əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Həmin müqavilənin 2.1-ci maddəsinə qeyd edilmiş linkdə yerləşdirilmiş qoşulma razılaşmasına əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. Bildirir ki, xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması“ və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəmə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə bildirişini aldıqdan sonra İddiaçı ASC ilə əlaqə saxlamış, mübahisənin əsasını öyrəndikdən sonra mübahisənin qarşılıqlı razılıq yolu ilə həlli məqsədi ilə borcun ödənilməsini həyata keçirmişdir.. Bank tərəfindən ona borcun mövcud olmamasına dair “təmizlik aktı”nın 10 gün müddətində təqdim olunacağı, lakin buna kimi mübahisənin məhkəmədənkənar qaydada həll olunması barədə məhkəməyə məlumat veriləcəyi bildirilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ******* saylı Kompleks Bank Xidməti müqaviləsi əlavəsinə əsasən, Bank müştəriyə 40-1542722-4 saylı ABŞ dolları valyutasında kart hesabı (bundan sonra – bank hesabı) açır və ödəniş vasitəsi olan MC WORLD BE NeoCard Debit PayPass növlü ödəniş kartı (bundan sonra- kart) təqdim edir, habelə elektron bank xidmətlərində istifadə edilməsi imkanını verir. Tərəflərin bank hesabı üzrə habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar bu əlavə və ******* saylı Kompleks Bank Xidməti müqaviləsi ilə tənzimlənir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması” müqaviləsinə əsasən sonuncuya ABŞ dolları valyutasında debet (Mastercard WBlack edition PP) kartı verilmişdir. xx.xx.2024-cü il tarixli "Bank Respublika” ASC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixə olan borcu əsas borcu üzrə 75,64 ABŞ dolları, faiz üzrə 23,15 ABŞ dolları, əsas borc üzrə cərimə 23,15 ABŞ dolları olmaqla cəmi, 98,79 ABŞ dolları təşkil etmiş, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh overdraft borcunun faizləri, penyanın hesablanması haqqında İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, overdraft nəticəsində yaranan borcun məbləği 75.64 ABŞ dolları, faiz borcunun məbləği 24.88 ABŞ dolları olmaqla, cəmi borcu 100.52 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** saylı Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh overdraft borcunun faizləri, penyanın hesablanması haqqında İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Overdraft nəticəsində yaranan borc 26.20 ABŞ dolları, faiz borcu 0.24 ABŞ dolları olmaqla, cəmi borc 26,44 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması” müqaviləsinə əsasən sonuncuya ABŞ dolları valyutasında debet (Mastercard WBlack edition PP) kartı verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh kart hesabında yetərli pul vəsaiti olmadığı halda 146,31 ABŞ dolları məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə kart hesabının qalığından artıq məbləğlərdə əməliyyat aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Ona görə də, iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Hazırda İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Overdraft nəticəsində yaranan borc 26.20 ABŞ dolları, faiz borcu 0.24 ABŞ dolları olmaqla, cəmi borc 26,44 ABŞ dolları təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.20 (iyirmi altı dollar iyirmi sent) ABŞ dolları əsas, 0.24 (iyirmi dörd sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 26.44 (iyirmi altı dollar qırx dörd sent) ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı "Bank Respublika” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.20 (iyirmi altı dollar iyirmi sent) ABŞ dolları əsas, 0.24 (iyirmi dörd sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 26.44 (iyirmi altı dollar qırx dörd sent) ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı "Bank Respublika” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar