Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2493/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 18 yaşınadək saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsində nəzərdə tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 500 manat olmaqla, ümumilikdə 1000 manat alimentin mediasiyaya müraciət tarixindən hesablanaraq Cavabdeh tutularaq X4 verilməsi, mediasiya üçün ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X6 ilə Cavabdeh birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 18 yaşınadək saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsində nəzərdə tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 500 manat olmaqla, ümumilikdə 1000 manat alimentin mediasiyaya müraciət tarixindən hesablanaraq Cavabdeh tutularaq X4 verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 24 sentyabr 2006-cı il tarixində birgə nikaha daxil olumuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3084 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilimiş və xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilmişdir. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 anaları X3 himayəsindədir və onların bütün ehtiyacları və dərsləri ilə daima anaları məşğul olur. İddiaçı bildirir ki, övladları 7 və 15 yaşındadır. Onlar məktəbə, hazırlıqlara gedirlər. 170 manat aliment isə uşağların keyfiyyətli təhsil alması və saxlanması üçün kifayət deyil. Ölkə ərazisində hazırki inflyasiyanı və bazar qiymətlərini də nəzərə alsaq 170 manat uşaq üçün bir aylıq yaşayış minimumdan da az məbləğdir, bu olduqca azdır. İddiaçı bildirir ki, qanun yalnız uşağın qidalaması minimumunu müəyyən edir. Lakin uşaqların qidalanmasından əlavə, digər xərclər üçün də ödəniş lazımdır. İddiaçının övladının 18 yaşına çatana kimi ehtiyaclarının qarşılanmağı (məktəb ləvazimatlarının alınması, əlavə kurslara göndərməklə bağlı xərclər, həkim xərcləri və s.) ilə bağlı aylıq hər uşaq üçün ayrılıqda 500 manat alimentin müəyyən edilməsinə ehtiyacı var. Alimentin artırılması ilə bağlı 03 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət olunub və mediasiya arayışı alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, X6 ilə Cavabdeh birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 18 yaşınadək saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsində nəzərdə tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 500 manat olmaqla, ümumilikdə 1000 manat alimentin mediasiyaya müraciət tarixindən hesablanaraq Cavabdeh tutularaq X4 verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil, eyni zamanda ərizə ilə müraciət edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər uşağa 200 manat olmaqla ümumilikdə 400 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan AA ******* seriyalı nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4159/2020 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2006-cı il tarixli Bakı şəhəri Səadət Sarayında 3084 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentİN İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixindən tutulması qət etmişdir. İş materiallarında olan MŞB/2-02299/2023 nömrəli 06 mart 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına mediasiya xərcinə görə Həsənova (Qubatova) Aysel Fizuli qızı tərəfindən 50 manat ödəniş edilmişdir. Məhkəmə, uşaqların yüksək mənafeyini, uşaqlar üçün yaşayış minimumunu, cavabdehin qismən etirafını nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 500 manat olmaqla, ümumilikdə 1000 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin əlavə gəlirlərinin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci, 84.2.2-ci və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, iddiaçı dəyişdirilmiş alimentin mediasiyaya müraciət edilən vaxtdan tutulmasını xahiş etsə də, məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməli, ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4159/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat iddiaçı X3 xeyrinə tutulsun. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2493/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2493/2023
24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver