Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2495/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 Fizullayevnanın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Fizullayevna və Cavabdeh1 Fizullayeviçə qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 Fizullayevnadan və Cavabdeh1 Fizullayeviçdən müştərək qaydada nağd kredit üzrə 7627,56 (yeddi min altı yüz iyirmi yeddi manat əlli altı qəpik) manat, kart krediti üzrə 1021,57 (min iyirmi bir manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 8649,13 (səkkiz min altı yüz qırx doqquz manat on üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,50 (yüz altı manat əlli qəpik) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 19%-lə, 36 ay müddətinə 10000 manat məbləğində nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 136369 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh3 Fizullayevna və Cavabdeh1 Fizullayeviç notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən cavabdehlərə xx.xx.2021-ci il tarixində “Vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmişnağd kredit üzrə 7627,56 manat əsas borcu olmaqla, cəmi 7627,56 manat borcu, kart krediti üzrə 1021,57 manat əsas borcu olmaqla, cəmi 1021,57 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2-26397/2023 nömrəli, 6-2-22/2-26398/2023 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Fizullayevnanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya iddia müddətinin tətbiq edilərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1a qarşı “ölmüş şəxsin kreditor borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək “X3 vərəsələri Cavabdeh2ıı, Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə nağd kredit üzrə 7627,56 manat əsas borcu olmaqla, cəmi 7627,56 manat borcu, kart krediti üzrə 1021,57 manat əsas borcu olmaqla, cəmi 1021,57 manat borcun və ödənilmiş 106,5 manat dölət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.” İddiaçı "xxxx" ASC-nin tələbin əsasını iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli tam kart çərçivə müqaviləsi təşkil etmişdir. Hesab edir ki, icraatda olan, "xxxx" ASC-nin ölmüş şəxsin kreditor borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair” iddiasına iddia müddəti tətbiq edilməli və tələb iddia müddəti Ötürülərək verildiyi üçün rədd edilməlidir. Belə ki, 136369 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və bununla bağlı məlumat kredit müqaviəsi üzrə növbəti ödəniş tarixində (xx.xx.2021-ci il tarixdə) iddiaçıya verilmişdir. Cavabdeh1 Fizullayeviçə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********14 saylı TAM KART çərçivə müqaviləsi və müqavilənin 4.1.1.1-ci bəndinə uyğun olaraq ödəniş cədvəlinə əsasən X4 illik 19 faizlə 36 ay müddətinə 10000 manat məbləğində nağd kredit verilmiş, bank kartına kredit limitinin təyin edilməsinə dair razılaşmaya əsasən X4 illik 24 %-lə, 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli BPM**********14 saylı TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 7627,56 (yeddi min altı yüz iyirmi yeddi manat əlli altı qəpik) manat, kart krediti üzrə 1021,57 (min iyirmi bir manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 8649,13 (səkkiz min altı yüz qırx doqquz manat on üç qəpik) manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 3 saylı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinin 27 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh3 Fizullayevna və Cavabdeh1 Fizullayeviçdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, 1151.1 və 1306.1-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. İş materiallarından məlum olmuşdur ki, borclu X2 vərəsələri Cavabdeh3 Fizullayevna və Cavabdeh1 Fizullayeviçdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə “Borcalan” X5 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 106,50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 Fizullayevnadan və Cavabdeh1 Fizullayeviçdən müştərək qaydada nağd kredit üzrə 7627,56 (yeddi min altı yüz iyirmi yeddi manat əlli altı qəpik) manat, kart krediti üzrə 1021,57 (min iyirmi bir manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 8649,13 (səkkiz min altı yüz qırx doqquz manat on üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,50 (yüz altı manat əlli qəpik) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə eyni zamanda, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, mərhumla kredit müqaviləsi 04 mart 2020-ci il tarixdə 36 y müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitir. Eyni zamanda, məhkəmə araşdırması ilə də müəyyən olundu ki, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 27 iyul 2021-ci il tarixdə tərtib edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 Fizullayevnadan və Cavabdeh1 Fizullayeviçdən müştərək qaydada nağd kredit üzrə 7627,56 (yeddi min altı yüz iyirmi yeddi manat əlli altı qəpik) manat, kart krediti üzrə 1021,57 (min iyirmi bir manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 8649,13 (səkkiz min altı yüz qırx doqquz manat on üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,50 (yüz altı manat əlli qəpik) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2495/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2495/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver