Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2496/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 124 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 54263,14 (əlli dörd min iki yüz altmış üç manat on dörd qəpik) manat pul, faiz borcu üzrə 693,24 (altı yüz doxsan üç manat iyirmi dörd qəpik) manat, cəmi 54956,38 (əlli dörd min doqquz yüz əlli altı manat otuz səkkiz qəpik) manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 254,87 (iki yüz əlli dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 124 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə ünvanında tikilən, bina E, 3-cü blok, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 43,8 kv.m. olan 1 otaqlı 1 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə 10 faiz dərəcəsiylə 70258 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 124/Z-F saylı zaminlik müqaviləsi, Cavabdeh3 Mənzil Tikinti kooperativi arasında xx.xx.2019-cu il tarixli 124-F saylı zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixli, 124 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 54 263,14 (əlli dörd min iki yüz altmış üç manat on dörd qəpik) manat, faiz borcu üzrə 693,24 (altı yüz doxsan üç manat iyirmi dörd qəpik), cəmi 54956.38 (əlli dörd min doqquz yüz əlli altı manat otuz səkkiz qəpik) əlli dörd min doqquz yüz əlli altı manat otuz səkkiz qəpik) manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 254.87 (iki yüz əlli dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti kooperativinə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı “"xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarına iddiaçı tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 124 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 120 ay müddətində (xx.xx.2029-cu il tarixədək 70258 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% ödəmək şərti ilə kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 124 saylı saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2029-cu il tarixədək sonuncu ay 919,81 manat, hər ay 927,48 manat olmaqla, ümumilikdə 70258 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 kredit müqaviləsində razılaşdırılmış 70258 (yetmiş min iki yüz əlli səkkiz) manat məbləğində pulu almışdır. xx.xx.2019-cu il tarixli, 124/Z-F saylı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilə uzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2019 tarixli 124 saylı Kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Müqavilənin 6.1-ci bəndinə görə bu müqavilənin 6.2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, müqavilə xx.xx.2032-ci il tarixədək qüvvədədir. xx.xx.2019-cu il tarixli, 124/Z-F saylı "xxxx" ASC ilə Cavabdeh3 MTK arasında bağlanılmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilə uzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2019 tarixli 124 saylı Kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Müqavilənin 6.1-ci bəndinə görə bu müqavilənin 6.2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, müqavilə xx.xx.2032-ci il tarixədək qüvvədədir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 124 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 54263,14 manat əsas, 693,24 manat faiz olmaqla, cəmi 54956,38 manat məbləğində borcu vardır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 124 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 54263,14 manat əsas, 1642,84 manat faiz olmaqla, cəmi 55905,98 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 254,87 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, 124 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 120 ay müddətində illik 10% ödəmək şərti ilə 70258 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Bankla Cavabdeh3 MTK və Cavabdeh2 arasında eyni tarixli Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehlərin həmin müqavilə üzrə kredit təşkilatına xx.xx.2024-cü il tarixə 54263,14 manat əsas, 693,24 manat faiz olmaqla, cəmi 54956,38 manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 MTK-dan müştərək qaydada 54263,14 (əlli dörd min iki yüz altmış üç manat on dörd qəpik) manat pul, 693,24 (altı yüz doxsan üç manat iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 54956,38 (əlli dörd min doqquz yüz əlli altı manat otuz səkkiz qəpik) manat pul və 254,87 (iki yüz əlli dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-dan müştərək qaydada 54263,14 (əlli dörd min iki yüz altmış üç manat on dörd qəpik) manat pul, 693,24 (altı yüz doxsan üç manat iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 54956,38 (əlli dörd min doqquz yüz əlli altı manat otuz səkkiz qəpik) manat pul və 254,87 (iki yüz əlli dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlikedən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2496/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2496/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver