Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2497/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 21% ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir və xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kredit və tam kart çərçivə müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 2V-330 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1296 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1137 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 2V- 731 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh Borc alan X2 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 21% ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən 6099.66 (altı min doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 84,70 (səksən dörd manat yetmiş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6184,36 (altı min yüz səksən dörd manat otuz altı qəpik) manat və xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 989.66 (doqquz yüz səksən doqquz manat altmış altı qəpik) manat əsas, 31,43 (otuz bir manat qırx üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1021,09 (min iyirmi bir manat doqquz qəpik) manat, yekun olaraq 7 205,45 ( yeddi min iki yüz beş manat qırx beş qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ İİ 230470 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-330 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1296 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1137 reyestr nömrəli, xx.xx.2023cü il tarixli 2V-731 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən müəyyən olunur ki, cavabdeh Məmmədov Cavabdeh Rəna Məmməd qızının vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə) və 1306.1-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X4 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli 2V-330 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1296 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1137 reyestr nömrəli, xx.xx.2023cü il tarixli 2V-731 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh Borc alan X2 qanun üzrə vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Nəticə etibarilə, MM-in 739, 741, 1151.1 və 1306.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən 6099.66 (altı min doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 84,70 (səksən dörd manat yetmiş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6184,36 (altı min yüz səksən dörd manat otuz altı qəpik) manat və xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 989.66 (doqquz yüz səksən doqquz manat altmış altı qəpik) manat əsas, 31,43 (otuz bir manat qırx üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1021,09 (min iyirmi bir manat doqquz qəpik) manat, yekun olaraq 7 205,45 ( yeddi min iki yüz beş manat qırx beş qəpik) manat borcu yaranmışdır. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 2V-330 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1296 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-1137 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 2V-731 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh Borc alan X2 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 92,45 (doxsan iki manat qırx beş qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən 6099.66 (altı min doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 84,70 (səksən dörd manat yetmiş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6184,36 (altı min yüz səksən dörd manat otuz altı qəpik) manat və xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 989.66 (doqquz yüz səksən doqquz manat altmış altı qəpik) manat əsas, 31,43 (otuz bir manat qırx üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1021,09 (min iyirmi bir manat doqquz qəpik) manat, yekun olaraq 7 205,45 ( yeddi min iki yüz beş manat qırx beş qəpik) manat pul və ödənilmiş 92,05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən 6099.66 (altı min doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 84,70 (səksən dörd manat yetmiş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 6184,36 (altı min yüz səksən dörd manat otuz altı qəpik) manat və xx.xx.2020-ci il tarixli BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 989.66 (doqquz yüz səksən doqquz manat altmış altı qəpik) manat əsas, 31,43 (otuz bir manat qırx üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1021,09 (min iyirmi bir manat doqquz qəpik) manat, yekun olaraq 7 205,45 ( yeddi min iki yüz beş manat qırx beş qəpik) manat pul və ödənilmiş 92,05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2497/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2497/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver