Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2513/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və X9 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X1rşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X1rşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək “X20” tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X17 Birliyinə 169.981 manat “qaytarılmış məbləğ” və ondan Teleradio İBnin xeyrinə tutulmalı olan 120.892 manat arasındakı fərqi təşkil edən 49.088 manat pulun və məhkəmə xərcinin əvəzi olan 237 manat olmaqla, ümumilikdə 49.325 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X8 və X9 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X18 X12 rəisi vəzifəsində işləyərkən filialın baş mühasibi X8 və mühasib X10 ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, 07 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313 və 314.1 maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2011-ci il tarixli hökmü ilə 1(101)-168/11 saylı cinayət işi üzrə mulki iddia təmin edilərək "İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan 359.303,2 (üç yüz əlli doqquz min üç yüz üç manat iki qəpik) və 2.250 (iki min iki yüz əlli) manat İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X19 və X17 birliyinin xeyrinə tutulması" hökm edilmişdir. Hökmə əsasən 28 noyabr 2011-ci il tarixli icra vərəqəsi vermişdir. Mülki iddianın onun öhdəsinə düşən hissəsinin təmin edilməsi üçün o, zərərçəkmiş şəxs qismində tanınmış Birliyə mənzil təklif etmişdir. Həmin mənzil “Azərekspertiza” Birliyi tərəfindən orta bazar qiyməti 175.000 manat, likvid qiyməti 150.000 manat qiymətləndirilmişdir. Cinayət işi materiallarına əsasən qardaşı Tahir Əliyev xx.xx.2011-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2011-ci tarixli etibarnamə əsasında sözügedən mənzilə aid alğı-satqı müqaviləsini, maliyyə arayışını və 169.981 manat pulun kassa mədaxil orderinin qəbzini cavabdeh Birliyin direktoruna təqdim etmişdir. Bundan sonra Birliyin baş direktoru Əflatun Şərifov daşınmaz əmlakın qəbul edilməsi barədə apellyasiya məhkəməsinə xx.xx.2011-ci il tarixli arayış təqdim etmişdir. Lakin bundan sonra mənzilin Teleradio İB-nin mənafeyinə necə realizasiya edilməsi (balansa götürülməsi, satılması və s.) haqqında 28 noyabr 2011-ci il tarixli icra sənədinin onun icrasına nəzarət edən Bakı Ağır Cinayətlər Məhkəməsinə rəsmi məlumat verilməmiş, Birliyin baş direktoru qərəzli mövqe tutaraq iddiaçıya qarşı qanunsuz icra hərəkətlərini davam etdirmişdir. Belə ki, Birliyin direktorunun xx.xx.2015-ci il tarixli məktubu əsasında Binəqədi rayon İcra şöbəsinin icra məmuru Tural Süleymanov tərəfindən 28 noyabr 2011ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa iddiaçının izahatı əsasında icra şöbəsi tərəfindən verilən sorğuya cavab olaraq cavabdeh Birlik xx.xx.2015-ci il tarixli məktubunda “Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-140/12 saylı, xx.xx.2012-ci il Qərarına əsasən İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə 150.000 manat dəyərində əmlak Teleradio İB-nə təqdim edilmişdir” məzmunda cavab vermişdir. Göstərilənlərlə yanaşı o, 28 noyabr 2011-ci il tarix icra vərəqinə izah verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə isə 1(101)-168/11 saylı, 21 iyul 2015-ci tarixli məktubunda “müştərək” sözünün izahı verərək hökmlə təmin edilən mülki iddianın cavabdehlər arasında tam bərabər bölünməsinin nəzərdə tutulmasını qeyd etmişdir. Bundan sonra Binəqədi rayon icra şöbəsinin xx/xx-10374-9 saylı, xx.xx.2015-ci tarixli qərarı ilə 28 noyabr 2011-ci il tarixli icra vərəqəsi ona aid olan hissədə icra edildiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılmışdır. Belə olan halda, icra sənədinə əsasən tərəflərin hər birindən 119.767,73 manat olmaqla cəmi 359.303,2 manat; ondan və Məhəbbət İbadovadan ayrılıqda 1125 manat olmaqla cəmi 2.250 tutulmalıdır. Dolayısı ilə o, icra sənədinə əsasən ondan tutulmalı olan məbləğ 119.767,73+1125=120.892,73 manat təşkil edir. O, öhdəsinə düşən həmin borcun təminatı olaraq orta bazar qiyməti 175.000 manat, likvid qiyməti 150.000 manat olan əmlakı cinayət işi üzrə zərərçəkmiş, hazırda isə icra sənədi üzrə tələbkar olan Birliyə təhvil vermişdir. Lakin təhvil verilmiş əmlakın dəyəri ilə ondan icra sənədi üzrə tutulmalı olan borc məbləğinin fərqi ona geri qaytarılmamışdır. İcra sənədi üzrə digər borclular X8 və X9 tərəfindən borcdan hansı məbləğdə pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi məqsədilə tərəfindən Yasamal rayon icra şöbəsinə sorğu vermiş və onlar tərəfindən hazıradək hər hansı məbləğdə pul vəsaitinin ödənilmədiyini aşkar etmişdir. Eyni zamanda onun tərəfindən Birliyə təhvil verilmiş mənzilin realizasiyasının müəyyən edilməsi məqsədilə sorğu verilmiş, ona ünvanlanmış xx.xx.2022ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, həmin mənzil Birliyin hesabına qəbul edilmiş, “X20” tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışa əsasən mənzil üçün ödənilmiş məbləğ Birliyə geri qaytarılmışdır. Beləliklə həmin cavabdan belə nəticə gəlinir ki, mənzil Birlik tərəfindən “X20”na satılmışdır. Göstərilənlərlə yanaşı iddia ərizəsində qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-168/11 saylı cinayət işi materiallarında olan kassa mədaxil orderinə əsasən onun tərəfindən mənzilə görə 169.981 manat pul vəsaiti ödənilmişdir. Bundan isə belə nəticəyə gəlinir ki, cavabdeh Birliyin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilən “X20” tərəfindən ona qaytarılmış məbləğ 169.981 manat təşkil edir. AR Mülki Məcəlləsinin tələblərinə əsasən əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir. Yuxarıda sadalanan işin hallarına əsasən “X20” tərəfindən mənzilə görə Birliyə qaytarılmış məbləğlə (yəni 169.981 manat) ondan Birliyin xeyrinə tutulmalı olan 120.892,73 manat arasındakı fərq 49.088 manat təşkil edir. Odur ki, həmin məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Tələblə bağlı məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə göndərilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə pul vəsaitinin geri qaytarılmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hökmə əsasən verilmiş icra sənədi ona münasibətdə Binəqədi rayon İcra Şöbəsi tərəfindən geri qaytarılmışdır. Çünki tələb ona münasibətdə icra edilmişdir. Hazırda o, icra sənədinə əsasən ondan tutulmalı olan 120.892,73 manat məbləğə münasibətdə artıq ödənilmiş pul vəsaitinin cavabdehdən ona geri qaytarılmasını tələb edir. Mənzil onun tərəfindən alınarkən “X22”a 169.000 manat ödəniş etmişdir. Birliyin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, mənzilə ödənilmiş vəsait “X22” tərəfindən Birliyə qaytarılmışdır. Buradan isə belə nəticəyə gələrək hesab edir ki, 169.000 manat Biliyə geri qaytarılmışdır. Ağır Cinayətlər Məhkəməsinin ona ünvanlanmış cavab məktubunda isə izah verilərək qeyd edilmişdir ki, müştərək qaydada tutulma ümumi borc məbləğinin borclulardan bərabər hissələrlə tutulması deməkdir. Ona görə də hesab edir ki, cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq təhvil verdiyi mənzilə görə Birliyə 169.000 manat geri qaytarıldığından, icra sənədinə əsasən ümumi borc məbləğindən onun payına 120.892,73 manat düşdüyündən, həmin məbləğlər arasında olan fərq onun tərəfindən artıq ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını və tərəfindən artıq ödənilmiş 49.088 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbinin dəlilləri əsassızdır. Belə ki, icra sənədinə əsasən borcun müştərək qaydada tutulması dedikdə, bərabər hissələrlə tutulması anlamına gəlmir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi bacısı Məhəbbət İbadovanı hazırki iş üzrə iddiaçı olan İddiaçı özü cinayət əməlini törətməyə sövq etmişdir. Məhəbbət İbadovanın övladı epilepsiya xəstəsi olduğundan, bununla bağlı maddi ehtiyacı yarandığından İddiaçı onu cinayətə cəlb etməyə nail olmuşdur. İbadova Məhəbbət vurulmuş zərərə görə 73.500 ödəniş etmişdir. Hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, o, Birlikdə siravi işçi olmuş və hər hansı səlahiyyət sahibi olmamışdır, cinayət əməli nəticəsində əldə edilmiş vəsaitdən onun payına düşən hissəsini cinayət işi üzrə aparılan icraat zamanı ödəmişdir. Hesab edir ki, onun borcu yoxdur. İcra sənədi üzrə borcun müştərək qaydada ödənilməsi nəzərdə tutulsa da, hər hansı məbləğdə ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli hökmünə əsasən müəyyən edilir ki, İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimova AR CM-nin 179.3.1, 179.3.2, 313 və 314.1-ci maddələri ilə təqsirli bilinmişlər. Belə ki, hökmlə müəyyən edilmişdir ki, İddiaçı X7 Mərkəzi Radio-X12 rəisi vəzifəsində işləyərkən bir neçə cinayətin törədilməsi, yəni mütəmadi olaraq özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi Məhəbbət İbadova və mühaisibi Şəlalə İbrahimovadan ibarət mütəşəkkil dəstə təşkil etməklə, 2004-cü ilin avqust ayından 2009-cu ilin avqust ayınadək olan dövrdə, öz qulluq mənafeyindən istifadə edərək etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, işə laqeyid münasibət göstərib xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib X7 Mərkəzi Radio- X12 qanunla qorunan maraqlarına mühüm zərər vurmuş, külli miqdarda əmlakını, yəni 612746,32 manat pul vəsaitini talamışdır. Həmçinin hökmlə iş üzrə verilmiş mülki iddia təmin edilərək İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan 359.303,2 (üç yüz əlli doqquz min üç yüz üç manat, iki qəpik) manat və 2.250 (iki min iki yüz əlli) manat İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulması, İddiaçı və Məhəbbət İbadovanın bank hesablarına qanunsuz köçürülən pullara görə, sığorta haqqı kimi köçürdükləri 116.934,8 (yüz on altı min doqquz yüz otuz dörd manat, səkkiz qəpik) manat pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan alınaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio- Televiziya Yayım və X17 Birliyinə ödənilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli hökmü İddiaçı aid hissədə dəyişdirilmiş, İddiaçı, X8, X2 müştərək qaydada 209.303,2 manat, İddiaçı və X3 müştərək qaydada 2.250 manat Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio- Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulması qərara alınmışdır. Həmin qərarın məzmunun həmçinin müəyyən edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə 150.000 manat dəyərində əmlakını Birliyə vurulmuş zərərin əvəzində təqdim etmişdir. - AR ƏN Pentensiyar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı binada, 14-cü mərtəbədə, sağ tərəfdə yerləşən 3 otaqlı mənzilin özəlləşdirilməsi, satılması, girov qoyulması və digər hərəkətlərin edilməsi, həmçinin onun adından müvafiq sənədləri imzalaması və ərizə verməsi üçün səlahiyyətlərini qardaşı X16 etibar etmişdir. - “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 53-Ə saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı binada, 14-cü mərtəbədə, sağ tərəfdə yerləşən 3 otaqlı mənzilin xx.xx.2011-ci il tarixə olan təxmini bazar qiyməti 175.00 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, məhkəmə tərəfindən İddiaçı 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli məhkəmə hökmündə mülki iddianın, yəni 359.303,2 manat və 2.250 manat məbləğində pulun İddiaçı və İbadova Məhəbbətdən müştərək qaydada Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X17 Birliyinin hesabına tutulması hissədə “müştərək qaydada” tutulması dedikdə göstərilən məbləğin borclular arasında tam bərabər bölünməsinin nəzərdə tutulduğu bildirilmişdir. - AR ƏN Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi İddiaçı münasibətdə icra edildiyi üçün məhkəməyə geri qaytarılmışdır. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-168/2011 nömrəli, xx.xx.2011-ci il tarixli hökmü üzrə verilmiş xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-ci il tarixdə başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb borclular X8 və X9 tərəfindən yerinə yetirilməmişdir. Daha sonra məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş və İddiaçı, X3 və X2 müştərək qaydada 209.303,2 manat, həmçinin İddiaçı və X3 müştərək qaydada 2.250 manat tələbkar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı üzrə icra sənədi icraata daxil olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X17 Birliyində vəzifədə çalışmış və bu dövrdə törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, eyni zamanda mülki iddia təmin edilərək İddiaçı, X3 və X2 müştərək qaydada 359.303,2 manat, İddiaçı və X3 isə 2.250 manat məbləğində pulun Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X17 Birliyinin xeyrinə tutulması qərara alınmışdır. Hökm mülki iddia hissəsində icra edilməsi üçün borclular X8 və X5 aid hissədə Yasamal rayon İcra Şöbəsinə, İddiaçı aid hissədə isə Binəqədi rayon İcra Şöbəsinə yönəldilmişdir. Bundan sonra isə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-491/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli hökmü İddiaçı münasibətdə dəyişdirilib cəzanın həddi endirilmiş, həmçinin hökm mülki iddia hissəsində də dəyişdirilərək İddiaçı, X3 və X2 müştərək qaydada 209.303,2 manat, İddiaçı və X3 müştərək qaydada 2.250 manat tələbkar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio- Televiziya Yayım və X17 Birliyinin xeyrinə tutulması qərara alınmışdır. Belə, məhkəmə hökmünün dəyişdirilməsinə əsas olan hal ondan ibarət olmuşdur ki, apelyasiya icraatı zamanı İddiaçı tərəfindən cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzində özünə məxsus əmlakın (mənzili) tələbkara verilməsi üçün qardaşı X16 etibarnamə vermiş və bu etibarnamə əsasında iddiaçıya məxsus mənzil 150.000 manat dəyərində qiymətləndirilməklə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyininə təqdim edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü əsasında verilmiş icra sənədi Yasamal rayon İcra Şöbəsində icraatda olduğu halda, Binəqədi rayon İcra Şöbəsi tərəfindən İddiaçı tərəfindən icra edildiyi üçün ona münasibətdə xitam vermişdir. Buna əsas isə Bakı Ağır Cianyətlər məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubu olmuşdur. Belə ki, məktubda məhkəmə hökmündə mülki iddianın, yəni 359.303,2 manat və 2.250 manat məbləğində pulun İddiaçı və İbadova Məhəbbətdən müştərək qaydada Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X17 Birliyinin hesabına tutulması hissədə “müştərək qaydada” tutulması dedikdə göstərilən məbləğin borclular arasında tam bərabər bölünməsinin nəzərdə tutulduğu bildirilmişdir. Hazırda iddiaçı cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X17 Birliyinə borcun əvəzi kimi təqdim edilmiş mənzilə görə ona 169.000 manat geri qaytarılmasını, icra sənədinə əsasən ümumi borc məbləğindən onun payına 120.892,73 manat düşdüyündən, həmin məbləğlər arasında olan fərqin onun tərəfindən artıq ödənilməsini iddia edərək, artıq ödənilmiş 49.088 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavbadehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə icra sənədinin tam icra edilmədiyini, buna görə də “artıq ödənilmiş məbləğ”-in olmadığını bildirərək iddianın əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tələbini müdafiə edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsaslanaraq borclulardan “müştərək qaydada” tutulan borc məbləğinin borclular arasında bərabər şəkildə bölünməsini ehtiva etdiyini və Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədinin onun tərəfindən icra edildiyindən xitam verildiyini bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə aktına əsasən bir neçə cavabdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər. Buna baxmayaraq, hazırkı halda iddiaçı icra sənədi üzrə borcu qismən icra edərək ona aid hissəsini icra etdiyini bildirir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsində iddiaçının və ya iddiaçıların tələbi üzrə cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qətnamə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlıdırlar. Birgə iştirakçıların olduğu işlərdə və ya icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, məhkəmə tələbkarın xahişi ilə bir neçə icra vərəqəsi verə bilər. Onlardan hər birində tutulmalı olan məbləğ və ya konkret əşyalar göstərilməlidir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırlarsa, hər biri icra vərəqəsində xüsusi qeyd edilir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırsa və məhkəmə qətnaməsində müştərək qaydada məsuliyyət daşıyan bu borcluların barəsində bir icra vərəqəsi verilməsi nəzərdə tutulmuş və verilmişdirsə, onda tərəflərin müraciəti əsasında işə baxan hakim, MPM-in 231.1-ci maddəsi qaydasında icraatın üsulu və ya qaydasının dəyişdirilməsi, hər bir borclu barədə ayrı icra vərəqəsi verilməsi barədə qərardad qəbul edə bilər. Bu icra vərəqələri üzrə icra şöbələrinin birində (icra vərəqəsini vermiş məhkəmənin yerləşdiyi ərazinin icra şöbəsində) ümumi icraat qaldırılmalıdır. Belə icra icraatına nəzarət isə icra xidmətinin rəhbəri tərəfindən həyata keçirilməli və ya bu nəzarəti öz müavinlərindən birinə və ya da yerli icra qurumunun rəhbərinə (böyük icra məmuruna) həvalə etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq bildirir ki, icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsinin müəyyən edilməsinə dair məhkəmə aktı mövcud olmadığından, iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2015-ci il tarixli məktubunu, eyni zamanda Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsini təsdiq edən məktubunu məcburi hüquqi qüvvəyə malik olan sənəd və ya mötəbər sübut kimi qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə mülki iddia üzrə İddiaçı münasibətdə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamaqla tələbkarın hüquqlarını pozmaqla nəticələnmişdir. Beləliklə, məhkəmə bütün qeyd olunanları nəzərə alaraq qeyd edir ki, hazırkı halda iddiaçının icra sənədi üzrə borcun əvəzi olaraq tələbkara (hazırkı iş üzrə cavabdehə) təqdim edilmiş əmlakın dəyərindən artıq qalan 49.088 manat məbləğində pulu cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və X9 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X19ı və X1rşı "pul" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2513/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2513/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver