Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2525/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) iddiaçı "xxxx" ASCnin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 898,19 (səkkiz yüz doxsan səkkiz manat on doqquz qəpik) manat əsas borc, 41,73 (qırx bir manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 939,92 (doqquz yüz otuz doqquz manat doxsan iki qəpik) manat pu manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Hüseynov Nurlan Yaşar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Yaşar oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 7 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisitərəfindən verilən məlumata əsasən mərhum Hüseynov Nurlan Yaşar oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022ci il tarixdə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı buraxılış ili 2005-ci il olan JEEP GRAND CHEROKEE minik markalı ** TU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Hüseynov Nurlan Yaşar oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 898,19 manat əsas borc, 41,73 manat faiz borcu olmaqla, cəmi 939,92 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Hüseynov Nurlan Yaşar oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 939,92 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbi ilə razı olmayaraq, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" - Azərbaycan Beynəlxalq Bankı ASC, digər tərəfdən “Borc alan” Hüseynov Nurlan Yaşar oğlu adlandırılacaq. Bu müqaviləyə əsasən, Borc verən Borc alana 36 ay müddətində 900 (doqquz yüz) manat məbləğində kreditdən istifadəyə görə illik 24 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, borcalan Hüseynov Nurlan Yaşar oğlunun xx.xx.2021ci il tarixli, BPM**********51 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 898,19 manat, faiz üzrə 41,73 manat olmaqla, cəmi 939,92 manat borcu vardır. 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin V-147/2022 nömrəli vərəsəlik işi üzrə 106 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci il tarixdə vəfat etmiş Hüseynov Nurlan Yaşar oğlunun vərəsələri : ünvan 1 ünvanında qeydiyyatda olan - Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və onların hər biri bir miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD581735 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1J8HCE8M15Y563901, mühərrikin nömrəsi və buraxılış ili 2005-ci il olan JEEP GRAND CHEROOKEE Minik markalı 99TU152 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 002021 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Nurlan Yaşar oğlu ilə X1 xx.xx.2014-cü il tarixində nikaha daxil olmuşlar və bu barədə 542 nömrəli akt qeyd edilmişdir. 3 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 367388 nömrəli doğum şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə Salyan rayonunda anadan olmuş və onun ata qrafasında Hüseynov Nurlan Yaşar oğlu, ana qrafasında Cavabdeh4dır. 3 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 721319 nömrəli doğum şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş və onun ata qrafasında Hüseynov Nurlan Yaşar oğlu, ana qrafasında Cavabdeh4dır. xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh Hüseynov Nurlan Yaşar oğlunun vərəsələləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Borc verən tərəf - "xxxx" ASC “Borc alan” tərəf - Hüseynov Nurlan Yaşar oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 900 manat kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh Hüseynov Nurlan Yaşar oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 7 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisitərəfindən verilən məlumata əsasən mərhum Hüseynov Nurlan Yaşar oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vərəsələrindən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Nurlan oğlu və Cavabdeh3 (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) və Cavabdeh2 (qanuni nümayəndəsi vasitəsilə) müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 898,19 (səkkiz yüz doxsan səkkiz manat on doqquz qəpik) manat pul, 41,73 (qırx bir manat yetmiş üç qəpik) faiz borcu olmaqla, cəmi 939,92 (doqquz yüz otuz doqquz manat doxsan iki qəpik) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh4, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) və Cavabdeh2 (qanuni nümayəndəsi vasitəsilə) müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 898,19 (səkkiz yüz doxsan səkkiz manat on doqquz qəpik) manat pul, 41,73 (qırx bir manat yetmiş üç qəpik) faiz borcu olmaqla, cəmi 939,92 (doqquz yüz otuz doqquz manat doxsan iki qəpik) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2525/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2525/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver